"Sabir bəyi mən pis öyrətmişəm"
Digərləri 18 Mar 2025 17:34:00 59 0
Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən deputatı Tənzilə Rüstəmxanlı Modern.az-ın redaksiyasında qonaq olub.
Bu xəbəri də oxu: Bu həftə 4 bürc xoşbəxtlikdən "dəli olacaq"
Tənzilə söhbət əsnasında ictimai həyatından, qadınların siyasətdəki rolundan, ailə institutundan, eyni zamanda həyat yoldaşı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə münasibətindən danışıb.
- Tənzilə xanım, kənardan baxanda çox güclü qadına bənzəyirsiniz. Bu gücü haradan alırsınız?
- Mən həqiqətən də güclü qadınam, çünki çox mübariz, acılar yaşayan ailədən gəlmişəm. Nənəm türkiyəli olub, atamın atasının nənəmə görə çox başı ağrıyıb, həbs ediblər, sürgünə göndəriblər. Nənəm üç uşaqla təkbaşına qalıb. Mən bir az da Şahnisə nənəmə oxşayıram. Nənəm o bölgədə Kommunist partiyasının ilk üzvlərindən olub. Türk qızı o partiyaya üzv olub ki, ailəsini qorusun. İkinci Dünya müharibəsində əlində qamçı, atın belində kəndi idarə edib. Atam da bizi çox güclü böyütdü, mən əsasən ondan tərbiyə almışam. Atamın bizə əsas iki nəsihəti olub. Birincisi oxumaq, həmişə deyirdi ki, qızlarımın diplomu onun cehizidir; ikincisi mübariz olmaq. Ailəmiz həm də zəhmətkeş olub, atam gedərdi meşəyə odun qırmağa. Yadımdadır, yoğun ağacları daşımağa atama kömək edirdik, hamımız əməyə öyrəşmişdik. Bizdə iş bölgüsü yox idi, hamı iş görürdü. Nənəm Şahnisə sərt qaydaları olan bir qadın idi. Bir dəfə qoymurdu ki, biz şikayət edək. Yadımdadır, ortancıl qardaşım qonşu uşaqlarına döyülüb evə gəlmişdi deyə, nənəm onu qamçı ilə vurdu, dedi ki, ac qalacaqsan bu gecə, sənə yemək yoxdur. Mən də onda öyrəndim ki, güclü olmasam, məni də döyəcəklər.
Sonra oxudum, işlədim. Həmişə istədim ki, birinci olum. Heç vaxt razı olmazdım ki, mənə "sən bu işi bacarmadın" desinlər. Bir də bəlanın üstünə gedənəm. Sabir bəy həmişə deyir ki, sən bəlaya gəl-gəl deyənsən. Çünki özümə söz vermişəm, dünya dağılsa da, şantaja, təhdidə boyun əymərəm. Heç vaxt. Çünki o səni sənlikdən çıxarar. Ona boyun əydinsə, səni qaranlığa sürükləyər. Bir Nazim Quliyev var idi - Azərbaycanın bəlası. Ondan hamı qaçırdı, amma mən onunla uğraşdım. Çünki özümə arxayınam. İnsan başqalarına nələr yaşadırsa, hamısını özü yaşayır. Mən həyatımda iki dəfə haqsızlıq etmişəm, ikisi də vaxt keçəndən sonra öz başıma gəlib. O haqsızlığın üstündə nə qədər yaxşılıq etsəm də, yenə də onu yaşamışam.
Gücümü əsas da Sabir bəydən götürün. Sabir Rüstəmxanlının xanımı olmaq qolay məsələdir? Yer üzünün ən çapkın adamıdır... (gülür) Sabir bəylə evlənəndə atam mənə dedi ki, ay qız, sən hara gedirsən, bunun bütün ətrafı qadınla doludur. Dedim olsun, o qadınların öhdəsindən mən gələcəm.
- Öhdələrindən gələ bildinizmi?
- Görməzdən gəldim. Sabir Rüstəmxanlı ona gələn sevgi məktublarını orada-burada gizlədirdi.
Getdim arxivindən tapdım. Şairdir də, sevəcək, özü də şöhrətinin zirvəsində olan vaxtlar idi. 30-35 il bundan əvvəli danışıram sizə. Bir gün açdım, gördüm, ilahi, necə gözəl sevgi məktubları var. Lənkərandan bir qız yazmışdı, o məktubu oxuyanda ağladım. Dedim ki, ay Allah, bədii təfəkkürünə bax bunun, Sabir bəyi nə gözəl sevir, o məktublara baxanda qıza yazığım gəldi. Gözəl sevmək lazımdır, indiki gənclər elə sevə bilmir. İndiki sevgiləri əxlaqsızlıq ediblər. O məktubları götürdüm, Qənirə Bəyzadəni çağırdım, dedim sən yaxşı jurnalistsən, həm də alimsən. Gəl bu məktubları toplayaq, buna gözəl bədii don ver, məktubu yazanların adın verməmək şərti ilə kitab kimi çap edək. Sabir bəyin qarşıdan 50 illiyi gəlirdi, o kitabı həmin gün ona hədiyyə verdim. Şoka düşmüşdü, rəng alıb - rəng verirdi. Dedim ki, Sabir bəy, nə vaxta qədər gizlədəcəkdin bunu, sənin yaşanmış həyatın var, bu millət səni sevir, sevgisi olan qadın da olacaqdı. Yazıq deyilmi bu məktublara. O qədər gözəl məktublar idi ki, heyfim gəldi. Sonradan 100 dənə sevgi məktublarına aid kitabları çıxdı.
- Sabir müəllim yaradıcı insandır və deyilənə görə belə insanlarla yola getmək çətin olur. Həqiqətən də belədirmi?
- Soruşmazdım heç haradasan. Anam mənə bir dəfə dedi ki, şair, sənət adamları ata, ailə başçısı olanda özünəməxsus olur. Sabir bəy, ağır elin adamıdır, böyük nəsildən gəlir, mütəfəkkirdir, milli məfkurə daşıyıcısıdır. Millətimin dəyəridir. Bu adama heç bir iş gördürmək, heç bir problemi demək olmaz. Bu adam elə otursun yazsın-pozsun. Biz ona ailədə belə baxmışıq. Uşaqlarıma da bunu bir qayda olaraq öyrətmişdim ki, Sabir bəy içəri girəndə ayağa durmaq lazımdır. Hərəniz bir işin görün - biriniz pencəyini, biriniz ayaqqabısını götürün, çantasını alın. Hələ mən bir dəfə Sabir bəyi adı ilə çağırmamışam, utanmışam. O, gözümdə bu qədər dəyərli, qiymətlidir. Türklər yaxşı deyib, kişini qadın rəzil də edər, vəzir də, yaradıcı adamlarda bu ikiqatdır. Sabir bəy bir də görürsən çıxıb gedir, 3-4 gündür yoxdur. Narahat qalıram, ona zəng edirəm, buna zəng edirəm ki, haradadır? Məlum olur ki, yaradıcılıq evinə gedib, mənə deməyə heç ehtiyac duymayıb və yaxud çıxıb gedib rayona. Zəng etmişəm ki, ay Sabir bəy, haradasan, bəs saat 12-dir, gəlmirsən? Deyib ki, mən rayondayam. Deyirəm onu gedəndən sonra demək lazımdır? Niyə əvvəlcədən demirsən, səni bu qədər pis mən öyrətmişəm. Mən ona demişəm, get savaşını ver, arxadan rahat ol, bu evin başında sənin xanımın durub.
Ana kimi isə hökmlüyəm, başqa cür də ola bilməz. Oğlumun 37 yaşı oldu, o içdiyi çayı da mənimlə məsləhətləşir, amma ömründə oğlumun ailəsinə qarışmamışam. Çətindir bu zamanda ailə saxlamaq. Oğlumun ən böyük səhvi anası kimi qadın axtarmaq oldu. Mən həmişə düşünmüşəm ki, qadın nə qədər güclü olursa, ailədə güclü övlad böyüdəcək. Bir də qadının savadı çox önəmlidir, amma bunun yanında əmək olmasa, o bilgi, savad heç nəyə yaramaz.
- Sabir müəllim son seçkilərdə qeyd etmişdi ki, ailədə kimin namizədliyini verməyi müzakirə edəcəyik. Maraqlıdır, bundan əvvəlki seçkilərdə də hansınızın namizəd olması ilə bağlı müzakirələriniz olubmu?
- Danışırdıq, 2005-ci ildə mən Nəsimi rayonundan namizədliyimi irəli sürdüm, yaxşı kampaniya da aparırdıq. Sabir bəy də həmin il Yardımlıdan namizəd idi, dedilər olmaz. Mən namizədliyimi geri çəkdim. Sonrakı vaxtlarda mən namizədliyimi vermədim, Sabir bəy iştirak etdi. Sonuncu növbədənkənar çağırışda mənim namizəd olmağımı Sabir bəy istədi, təklifi o verdi. Dedi ki, mən bu il seçkiyə getməyəcəm, partiyadan sənin namizədliyini verəcəm. Sabir bəy çox böyük adamdır, onun gözündə məqam-mövqe boş şeydir. Bir adam ki, nazirliyindən istefa verib getsin. Cavanlıqdan şöhrəti görən adamdır. Onun cəsarəti məndə yoxdur. "Gəncə qapısı", "Cavad xan", "Sağ ol ana dilim", "Ömür kitabı"nı yazmaq nə qədər cəsarət tələb edirdi. Bu baxımdan çox rahat adamdır, heç vaxt özünü düşünməyib. Mənim ona o qədər ürəyim ağrıyıb ki... Ən çox onu cahil sürüsü, qaragüruh ilə üz-üzə qalanda, tanımadan-bilmədən dəyər-qiymət verən insanları görmək üzüb məni. Bunlar Sabir bəyin üzündə qırışlar, içində çatlar yaradıb. Bir şeiri var Sabir bəyin: Şərə meydan açan bir söz üstündə, Könlü şüşələnmiş bir qız üstündə, Heysiyət üstündə, namus üstündə, Bu millət ölməyi bacarır hələ. Nə olsun arada nadanı artıb, Kişi geyimində qadını artıb, Südünün mayası çürüyüb bir az, Düşmən torpağına yeriyib bir az, Özgə zurnasını çalanı çoxdur, Sözünün yaltağı yalanı çoxdur, Nəfsini çaşdırıb əyri tərəzi, Ruhunu kiçildib tayfa mərəzi Nə olsun zəmi də alaksız olmur, Çinar da yarasız,calaqsız olmur Alıb kölgəsinə tikanlıqları, Vüqar heykəli tək ucalır hələ, Elə daşa dönüb öz kökü üstə, Bu millət ölməyi bacarır hələ.
Bir bənddə görün nə böyük şeylər var.
- Tənzilə xanım, Sabir müəllimə qarşı da hökmünüzdən istifadə edirsiniz?
- Sabir bəyə hökm işləməz axı. O, bir dəfə dedi ki, əgər bir də məndən "haradasan?" soruşsan, ayağımın tozunu da bu qapıda görməyəcəksən. Mən də o gündən sonra dərsimi almışam. Sabir bəyi gözümdə başqa yerə qoymuşam. Başqası olsa, cavabın vermək olar, amma Sabir bəyə yox.
- Siz deputat seçildikdən sonra Vətəndaş Həmrəyliyi Partiyasının da rəhbərliyinə keçəcəyiniz müzakirə olunan mövzulardan idi. Bu fikir sizin üçün də gündəmdədir? Biz sizi qadın partiya sədri kimi görə biləcəyik?
- Yox. Bizim aramızda belə müzakirə olmayıb. Mən tamamilə bunun əleyhinəyəm. Allah ona uzun ömür versin, elə partiyanın başında özü dursun. YAP-dan sonra Azərbaycanda ən yaxşı təşkilatlanmış siyasi qurum Vətəndaş Həmrəyliyi Partiyasıdır ki, onun da öhdəsindən Sabir bəy gəlir. Sabir bəy həmişə orada olsun, biz də partiyanın üç millət vəkili kimi fəaliyyət göstərək.
- Sabir müəllim bizə müsahibəsində bu suala zarafatla belə cavab verib demişdi: "Tənzilə mənim katibəm olsun, bəsidir".
- Mən onun katibəliyini də etmişəm, bəzən görmüşəm şeirlərini səhv deyir, tez yerimdən qalxıb kömək etmişəm. O mənim üçün ən böyük şərəfdir. Seçkidə mən onun təcrübəsini gördüm - elə siyasi gedişlər etdi ki, bunu bacarmazdım. O, çox təcrübəli və səbirli adamdır. Adamları necə idarə edir, necə yola verir... Mən bu konularda bir az radikalam. Sabir bəy deyir ki, niyə sən insanları görmək istədiyin kimi görürsən, onlar elə deyil axı. Allah ona çox uzun ömür versin, mənim hələ ona çox ehtiyacım var.
- Parlamentdə təmsil olunan 26 qadın deputatdan birisiniz. Qadınların siyasətdə fəaliyyətini necə qiymətləndirirsiniz? Yetəri qədər aktivdirlərmi, burada mövzu tək deputatlardan getmir, ölkənin bütün siyasi qurum, təşkilatında qadınların sayı azdır, bunun səbəbini nədə görürsünüz?
- Qadınlar siyasətə girməyə ehtiyat edir, qorxurlar. O qədər böyük əngəllərlə qarşılaşırlar ki. Bizdə qadının qadınlığı yaşına baxmadan ona silah olur.
Mənim millətimdə qadın çox müqəddəsdir, həyat yoldaşı qədər hökmlüdür, kişi qadının namusuna söz atmaz. İllərdir Avropa öz dəyərlərini bura gətirmək üçün işlədiyi projelərin nəticəsində doğulan nəsil var ki, mən onları tanımaq istəmirəm. Hansı ki, onlar siyasətə girmək istəyən qadınları təhqir edirlər. Bunlar hamısı fars əxlaqdır, türklərdə belə şeylər olmayıb. İndi də qadınlar siyasətə buna görə girməkdən qorxur. O çirkabı, iftiranı götürə bilən var, bilməyən var. Zərrə qədər həqiqət payı olsa deyərsən ki, düz deyir, amma elə deyil və Azərbaycandakı qədər çirkab heç yerdə yoxdur. Bu gün sosial mediada nələrə rast gəlmirsən, adam o sözləri heç təklikdə olanda deyə bilmir.
- Qadınlarla bağlı son illərdə çox müzakirə olunan məsələlərdən biri də boşanmalardır. Çoxları boşanmağın əsas səbəbi kimi qadınları görür. Müşahidələr də onu deməyə əsas verir ki, məhkəməyə müraciət edən şikayətçilərin də əksəriyyəti qadınlardır. Siz bu mövzuda qadınları günahlandırısınızmı?
Ötən ilin sentyabrında Acun Ilıcalı ilə ailə quran Ayça Çağla Altunkay

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsd

Dünyanın ən çox izlənilən cizgi seriallarından biri olan "The Simpso

Ziraat Bank Azərbaycan "Seyf qutuları" xidmətinin əhatə dairəsin

Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları "Miqrasiya orqanların

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını t

Bir çox insanlar üçün 2025-ci il həyatın müxtəlif sahələrində böyük

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi

Müğənni Üzeyir Mehdizadə görüntüsü ilə gündəmə gəlib.

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əh

Türkiyədə yaşanan olan olay eşidənləri kədərləndirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərin
