Prezident Azərbaycan xalqını təbrik edib
Siyasət 18 Mar 2025 17:02:00 66 0
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu xəbəri də oxu: İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının birinci xanım ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb
Son.az xəbər verir ki, dövlətimizin başçısı təbrikində bildirib:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!".
Bir çox insanlar üçün 2025-ci il həyatın müxtəlif sahələrində böyük

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi

Müğənni Üzeyir Mehdizadə görüntüsü ilə gündəmə gəlib.

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əh

Türkiyədə yaşanan olan olay eşidənləri kədərləndirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərin

Tibdə kliniki ölüm deyilən bir anlayış yer alır. Kliniki ölüm üç-alt�

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı xüsusi tə

Martın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qə

Müğənni Türkan Vəlizadə açıqlaması ilə adından söz etdirib.

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev, 1054 ünvanında yerləşən, fizi

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava ş�

Macarıstanın Hava Yolları şirkəti olan "Wizz Air" Qəbələdən B

Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynovun Metbuat.az-a a
