Bu məhsullar saxtadır "Kərə yağı" adı ilə SATILIR
Digərləri 18 Mar 2025 15:19:00 68 0
Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynovun Metbuat.az-a açıqlamasında bildirib ki, bu məhsulların əksəriyyəti bitki yağlarının və müxtəlif kimyəvi qatqıların qarışığından hazırlanır:
Bu xəbəri də oxu: Yasamalda tonqal yanğına səbəb oldu
"Əsas problem isə ondan ibarətdir ki, belə yağlar adi marqarindən fərqli olaraq tərkibinə az miqdarda süd yağı əlavə edilməklə saxta kərə yağı kimi təqdim olunur. Bu isə istehlakçının məhsulu seçərkən yanılmasına səbəb olur. İnsanlar sağlam və keyfiyyətli qida aldığını düşünərək bu məhsulları alır, lakin sonradan onların kərə yağı olmadığını anlayırlar. Bununla belə, ciddi marketlər şəbəkəsində belə hallara nadir hallarda rast gəlinir. Çünki burada satılan yağlar Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır və əsasən Almaniyadan, Fransa, Yeni Zelandiya, Belarus kimi ölkələrdən idxal olunur".
E.Hüseynov Yeni Zelandiya kərə yağları ilə bağlı olan fikirlərə də aydınlıq gətirib:
"İnsanlar bu qədər uzaq bir ölkədən nisbətən münasib qiymətə kərə yağının gətirilməsinə şübhə ilə yanaşırdılar. Beş il öncə Yeni Zelandiyada keçirilən bir konfransda iştirak etdiyim zaman "Westgold" markalı yağı istehsal edən zavoda baş çəkdim. Zavod ölkənin Cənub adasında yerləşən "West Milk Production" müəssisəsidir. Burada yağlar Azərbaycana göndərilməzdən əvvəl Azərbaycan dilində markalanaraq qablaşdırılır. Bundan əlavə, həmin zavodun heyvandarlıq təsərrüfatına da baxış keçirdim. Gördüm ki, heyvanlar ilboyu açıq havada saxlanılır, süni yemlə qidalanmır və tam ekoloji şəraitdə böyüyür. Bu da həm məhsulun keyfiyyətini, həm də qiymətinin daha münasib olmasını təmin edir. Yəni bu yağlar həqiqətən də keyfiyyətlidir və ölkəmizə uyğun qiymətə çatdırılır. Qeyd edim ki, illər əvvəl bəzi ölkələrdən, o cümlədən Yeni Zelandiyadan saxta yağlar gətirilirdi. Lakin mən şəxsən "Westgold" markasını araşdırdım və bu məhsulun orijinal və keyfiyyətli olduğuna əmin oldum".
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanla

Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin v�

İnsan alveri və zorakılıq da daxil olmaqla çoxsaylı cinayətlərdə həbs

Tədqiqatçılar orqanizm kritik şəraitdə olduqda xüsusilə təhlükə ilə

ABŞ prezidenti Donald Tramp məşhur milyarder Cefri Epşteyn və keçmiş pre

Nəfəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı payla�

Rusiyanın Kursk bölgəsində baş verən döyüşlər zamanı Ukrayna qüvvəl

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sıxlığının qis

Azərbaycana pilotsuz uçuş aparatları ilə narkotik keçirən şəxslər saxl

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu g

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin b�

Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifə

Sosial xidmət göstərilməsinə nəzarət qaydası təkmilləşdirilir.
