Britaniyadan Azərbaycanla Ermənistana ÇAĞIRIŞ
Siyasət 18 Mar 2025 16:51:00 116 0
Böyük Britaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların yekunlaşmasını alqışlayıb.
Bu xəbəri də oxu: "Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olub"
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi parlamentdə çıxışı zamanı deyib.
"Ermənistan və Azərbaycan tarixi sülh sazişi üzrə danışıqları yekunlaşdırıb. Biz bu nailiyyəti alqışlayırıq və hər iki tərəfi imzalanma ilə bağlı mümkün qədər tez irəliləməyə çağırırıq", - Lemmi deyib.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.
Müğənni Üzeyir Mehdizadə görüntüsü ilə gündəmə gəlib.

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əh

Türkiyədə yaşanan olan olay eşidənləri kədərləndirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərin

Tibdə kliniki ölüm deyilən bir anlayış yer alır. Kliniki ölüm üç-alt�

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı xüsusi tə

Martın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qə

Müğənni Türkan Vəlizadə açıqlaması ilə adından söz etdirib.

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev, 1054 ünvanında yerləşən, fizi

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava ş�

Macarıstanın Hava Yolları şirkəti olan "Wizz Air" Qəbələdən B

Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynovun Metbuat.az-a a

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanla

Novruz bayramı ilə əlaqədar ölkə yollarında nəqliyyat vasitələrinin v�
