Bələdiyyələr satdıqları torpaqlara qiymət müəyyən edə bilməyəcək


Digərləri 18 Mar 2025 12:01:00 58 0

Bələdiyyələr satdıqları torpaqlara qiymət müəyyən edə bilməyəcək

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin (qiymətinin) müəyyən olunması sahəsində səlahiyyətin tənzimlənməsi qaydası dəyişir.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriln iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.

Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir.

Beləliklə təklif olunur ki, bu qiymətlər bilavasitə bələdiyyələr tərəfindən deyil, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilsin. Bununla bağlı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunlarda, eləcə də "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də müvafiq dəyişiklik edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Xəbərə aid foto

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir like
  • 18 Mar 11:50  
Digərləri Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

arrow Ətraflı
Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı like
  • 18 Mar 11:46  
Digərləri Vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı

Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməll

arrow Ətraflı
VTB (Azərbaycan) Vaqif Mustafazadənin yubiley konsertinə dəstək olub like
  • 18 Mar 11:45  
Digərləri VTB (Azərbaycan) Vaqif Mustafazadənin yubiley konsertinə dəstək olub

Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli caz pianoçusu və bəstək

arrow Ətraflı
Yolu “Saray körpüsü”ndən düşən sürücülərin nəzərinə like
  • 18 Mar 11:40  
Digərləri Yolu “Saray körpüsü”ndən düşən sürücülərin nəzərinə

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü açılıb.

arrow Ətraflı
Qərbi Azərbaycan qaçqınlarına bu imtiyazlar verilə bilər  SİYAHI like
  • 18 Mar 11:34  
Digərləri Qərbi Azərbaycan qaçqınlarına bu imtiyazlar verilə bilər SİYAHI

Qərbi Azərbaycan qaçqınlarının hüquqları keçmiş məcburi köçkünlər

arrow Ətraflı
Fransa Mərkəzi Asiyada: “dostluq” adı altında hiylə like
  • 18 Mar 11:27  
Siyasət Fransa Mərkəzi Asiyada: “dostluq” adı altında hiylə

Fransa prezidenti Emmanuel Makronun diplomatik manevrləri getdikcə daha çox t

arrow Ətraflı
Mövqelərimiz yenidən atəşə tutuldu like
  • 18 Mar 11:24  
Digərləri Mövqelərimiz yenidən atəşə tutuldu

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
Həbs edilən polkovnikleytenanta qarşı əlavə ittihamlar like
  • 18 Mar 11:21  
Digərləri Həbs edilən polkovnikleytenanta qarşı əlavə ittihamlar

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzi

arrow Ətraflı
"Toyda məndən muğam istəyəni təhqir edirəm" like
  • 18 Mar 11:16  
Şou-biznes "Toyda məndən muğam istəyəni təhqir edirəm"

"Toyda məndən muğam istəyəni təhqir edirəm".

arrow Ətraflı
Milli Məclisin növbəti plenar iclası başlayıb like
  • 18 Mar 11:13  
Digərləri Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

arrow Ətraflı
Ermənistana girişçıxış bağlanır  Hazırlıq başladı? like
  • 18 Mar 11:11  
Dünya Ermənistana girişçıxış bağlanır Hazırlıq başladı?

Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti o

arrow Ətraflı
"Tramp bu gün Putini buna məcbur etməlidir" like
  • 18 Mar 11:02  
Dünya "Tramp bu gün Putini buna məcbur etməlidir"

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putinlə danışıql

arrow Ətraflı
Qədr gecəsinin əhəmiyyəti və ibadətləri  Nə edilir? like
  • 18 Mar 10:56  
Digərləri Qədr gecəsinin əhəmiyyəti və ibadətləri Nə edilir?

Qədr gecəsi (Leylətül-Qədr) İslam dinində ən müqəddəs gecələrdən b

arrow Ətraflı
Rihanna yenidən hamilədir? like
  • 18 Mar 10:50  
Şou-biznes Rihanna yenidən hamilədir?

Dünya pop musiqisinin ulduzu Rihanna üçüncü hamiləliyi ilə bağlı şayi�

arrow Ətraflı