Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir
Digərləri 18 Mar 2025 11:50:00 80 0
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
Bu xəbəri də oxu: Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Lisenziyalar və icazələr haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilən ərazilərin rezidentləri tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azad edilib. Azadolmalar İqtisadiyyat Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında tətbiq edilir.
Qeyd edilən təsdiqedici sənədin "sahibkarlıq fəaliyyətinə verilən icazə" xarakterli olması nəzərə alınmaqla layihədə "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 75-ci maddəsi yeni redaksiyada veriləcək. Bununla da işğaldan azad edilən ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxil ediləcək.
Bu qanun həmin təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməll

Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli caz pianoçusu və bəstək

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü açılıb.

Qərbi Azərbaycan qaçqınlarının hüquqları keçmiş məcburi köçkünlər

Fransa prezidenti Emmanuel Makronun diplomatik manevrləri getdikcə daha çox t

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin böl

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzi

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti o

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putinlə danışıql

Qədr gecəsi (Leylətül-Qədr) İslam dinində ən müqəddəs gecələrdən b

Dünya pop musiqisinin ulduzu Rihanna üçüncü hamiləliyi ilə bağlı şayi�

Braziliyada alimlər yarasalarda MERS-CoV (Yaxın Şərq Tənəffüs Sindromu Ko
