Qərbi Azərbaycan qaçqınlarına bu imtiyazlar verilə bilər SİYAHI


Digərləri 18 Mar 2025 11:34:00 77 0

Qərbi Azərbaycan qaçqınlarına bu imtiyazlar verilə bilər  SİYAHI

Qərbi Azərbaycan qaçqınlarının hüquqları keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutula bilər.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış strategiyası nəzərə alınmaqla Qərbi Azərbaycan qaçqınlarının hüquqlarının keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutulması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflər baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Bəs keçmiş məcburi köçkünlərin hüquqları və imtiyazları nələrdir?

Qanunvericiliyə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütamadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər  məcburi köçkün hesab olunurlar.

Məcburi köçkünlərin imtiyazları

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçrülənədək dayandırılır;

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər;

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinət verilir:

Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə ayda 33 manat, digər yaşayış yerlərində yaşayan məcburi köçkünlərə isə ayda 60 manat olmaqla vahid aylıq müavinət ödənilir.

Eyni zamanda sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən,  dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar;

idarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı işdə saxlanılmaq üçünüstünlük hüququna malikdirlər;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə  dövlət büdcəsi  vəsaiti hesabına  təmin edilirlər;

pulsuz tibbi müayinə və müalicə ilə təmin olunurlar;

şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumdan azaddırlar;

məhkəmələrə iddia ərizəsi ilə müraciətə görə rüsumdan azaddırlar;

şərti maliyyə vahidinin 55 misli miqdarınadək olan məbləğin gəlir vergisindən azaddırlar;

mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar.

Fransa Mərkəzi Asiyada: “dostluq” adı altında hiylə like
  • 18 Mar 11:27  
Siyasət Fransa Mərkəzi Asiyada: “dostluq” adı altında hiylə

Fransa prezidenti Emmanuel Makronun diplomatik manevrləri getdikcə daha çox t

arrow Ətraflı
Mövqelərimiz yenidən atəşə tutuldu like
  • 18 Mar 11:24  
Digərləri Mövqelərimiz yenidən atəşə tutuldu

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
Həbs edilən polkovnikleytenanta qarşı əlavə ittihamlar like
  • 18 Mar 11:21  
Digərləri Həbs edilən polkovnikleytenanta qarşı əlavə ittihamlar

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzi

arrow Ətraflı
"Toyda məndən muğam istəyəni təhqir edirəm" like
  • 18 Mar 11:16  
Şou-biznes "Toyda məndən muğam istəyəni təhqir edirəm"

"Toyda məndən muğam istəyəni təhqir edirəm".

arrow Ətraflı
Milli Məclisin növbəti plenar iclası başlayıb like
  • 18 Mar 11:13  
Digərləri Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

arrow Ətraflı
Ermənistana girişçıxış bağlanır  Hazırlıq başladı? like
  • 18 Mar 11:11  
Dünya Ermənistana girişçıxış bağlanır Hazırlıq başladı?

Ermənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti o

arrow Ətraflı
"Tramp bu gün Putini buna məcbur etməlidir" like
  • 18 Mar 11:02  
Dünya "Tramp bu gün Putini buna məcbur etməlidir"

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putinlə danışıql

arrow Ətraflı
Qədr gecəsinin əhəmiyyəti və ibadətləri  Nə edilir? like
  • 18 Mar 10:56  
Digərləri Qədr gecəsinin əhəmiyyəti və ibadətləri Nə edilir?

Qədr gecəsi (Leylətül-Qədr) İslam dinində ən müqəddəs gecələrdən b

arrow Ətraflı
Rihanna yenidən hamilədir? like
  • 18 Mar 10:50  
Şou-biznes Rihanna yenidən hamilədir?

Dünya pop musiqisinin ulduzu Rihanna üçüncü hamiləliyi ilə bağlı şayi�

arrow Ətraflı
Yarasalarda yeni növ koronavirus AŞKARLANDI like
  • 18 Mar 10:44  
Digərləri Yarasalarda yeni növ koronavirus AŞKARLANDI

Braziliyada alimlər yarasalarda MERS-CoV (Yaxın Şərq Tənəffüs Sindromu Ko

arrow Ətraflı
Bərdədə doğuş zamanı ÖLÜM HADİSƏSİ like
  • 18 Mar 10:39  
Digərləri Bərdədə doğuş zamanı ÖLÜM HADİSƏSİ

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb.

arrow Ətraflı
Kəlbəcərdə yük maşını aşdı  2 nəfər öldü like
  • 18 Mar 10:36  
Digərləri Kəlbəcərdə yük maşını aşdı 2 nəfər öldü

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

arrow Ətraflı
"BMW" ilə "drift" edən qızın sürücülük vəsiqəsi əlindən alındı  VİDEO  FOTO like
  • 18 Mar 10:32  
Digərləri "BMW" ilə "drift" edən qızın sürücülük vəsiqəsi əlindən alındı VİDEO FOTO

İstanbulun Kadıköy səmtində avtomobili ilə "drift" edən sürü

arrow Ətraflı
Bu gün iki şəhidimiz dəfn ediləcək like
  • 18 Mar 10:31  
Digərləri Bu gün iki şəhidimiz dəfn ediləcək

Daha iki itkin-şəhid dəfn ediləcək.

arrow Ətraflı