"Kupça"sız evlərlə bağlı ŞAD XƏBƏR Ombudsman müraciət etdi


Digərləri 03 Mar 2025 10:11:17 98 0

"Kupça"sız evlərlə bağlı ŞAD XƏBƏR  Ombudsman müraciət etdi

İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar Ombudsmanın ünvanına daxil olmuş şikayətlər əsas etibarilə polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, yaşayış yeri olmayan şəxslərin müvafiq sərəncama uyğun olaraq polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyata alınmalarından imtina edilməsi halları ilə bağlı olub.

Son.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, həmin şikayətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

"Bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyət vəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını, təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdən istifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həmin şəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

Yeri gəlmişkən, bir çox insanların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi zəruridir.

Qeyd edilənlərlə yanaşı, yaşayış yerinin alqı-satqısı zamanı yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi də məqsədəmüvafiqdir.

Doğumun qeydə alınması, qeydiyyat barədə məlumatların müvafiq elektron sistemə yerləşdirilməsi, habelə yeni doğulmuş uşaqlara valideynlərin istəyinə uyğun adların verilməsi məsələləri də azadlıq hüququnun təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Ombudsmana ünvanlanmış bu qəbildən olan müraciətlər üzrə də araşdırmalar aparılıb və qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib", - deyə məruzədə qeyd edilib.

Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib like
  • 03 Mar 10:11  
Siyasət Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxısta

arrow Ətraflı
Mirşahinə ağır itki like
  • 03 Mar 10:07  
Digərləri Mirşahinə ağır itki

Real TV-nin baş direktoru Mirşahin Ağayevə ağır itki üz verib. 

arrow Ətraflı
Yaşadığı yerdən uzaqda işləyənlərə yardım veriləcək  Aylıq 250 manat like
  • 03 Mar 10:05  
Digərləri Yaşadığı yerdən uzaqda işləyənlərə yardım veriləcək Aylıq 250 manat

Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahid

arrow Ətraflı
Bakıya gətirilən bahalı avtomobillər yandı like
  • 03 Mar 10:02  
Digərləri Bakıya gətirilən bahalı avtomobillər yandı

Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

arrow Ətraflı
Britaniya Kiyev üçün sürətlə oyuna girdi like
  • 03 Mar 09:17  
Dünya Britaniya Kiyev üçün sürətlə oyuna girdi

Ukrayna məsələsində həlledici ölkə - Böyük Britaniya "qırılma n�

arrow Ətraflı
Marko Rubio: "Avropalılar ABŞyə elə bir şey təklif ediblər ki..." like
  • 03 Mar 09:06  
Dünya Marko Rubio: "Avropalılar ABŞyə elə bir şey təklif ediblər ki..."

"Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administras

arrow Ətraflı
Yanğından geriyə qalan “Faxralı”... like
  • 03 Mar 08:56  
Digərləri Yanğından geriyə qalan “Faxralı”...

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AA

arrow Ətraflı
"Oskar"ın qalibləri açıqlandı like
  • 03 Mar 07:53  
Şou-biznes "Oskar"ın qalibləri açıqlandı

Los-Ancelesdə 97-cı Akademiya Mükafatlarının - "Oskar"ın təqdim

arrow Ətraflı
Brilliant Dadaşova ilə Mirzə Babayev illər öncə like
  • 03 Mar 07:50  
Şou-biznes Brilliant Dadaşova ilə Mirzə Babayev illər öncə

Xalq artisti Brilliant Dadaşova axriv paylaşımı ilə maraq yaradıb.

arrow Ətraflı
Martda bu bürclərin eşqi alovlanacaq... like
  • 03 Mar 07:39  
Digərləri Martda bu bürclərin eşqi alovlanacaq...

Romantik münasibətlərdə daha çox ehtiras və emosiya olacaq

arrow Ətraflı
Şevçenko Ağ Ev "dueli"nə belə reaksiya verdi like
  • 03 Mar 07:15  
Dünya Şevçenko Ağ Ev "dueli"nə belə reaksiya verdi

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Dona

arrow Ətraflı
Burada insanlar üç saat yarım oruc tutur like
  • 03 Mar 07:08  
Digərləri Burada insanlar üç saat yarım oruc tutur

Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Omanın Vekan kəndi

arrow Ətraflı
İmişlidə 4 yaşlı uşaq iynədən öldü like
  • 03 Mar 07:06  
Digərləri İmişlidə 4 yaşlı uşaq iynədən öldü

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

arrow Ətraflı