Yaşadığı yerdən uzaqda işləyənlərə yardım veriləcək Aylıq 250 manat
Digərləri 03 Mar 2025 10:05:00 90 0
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.
Bu xəbəri də oxu: Kəmaləddin Heydərov ona vəzifə verdi
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O bildirib ki, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir: "Qaydaya əsasən, rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir.
Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.
Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir".
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

Ukrayna məsələsində həlledici ölkə - Böyük Britaniya "qırılma n�

"Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administras

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AA

Los-Ancelesdə 97-cı Akademiya Mükafatlarının - "Oskar"ın təqdim

Xalq artisti Brilliant Dadaşova axriv paylaşımı ilə maraq yaradıb.

Romantik münasibətlərdə daha çox ehtiras və emosiya olacaq

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Dona

Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Omanın Vekan kəndi

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zəri

Rusiya şou-biznesinin ən çox danışılan cütlüyü Qriqori Leps və Avrora
