Britaniya Kiyev üçün sürətlə oyuna girdi


Dünya 03 Mar 2025 09:17:00 99 0

Britaniya Kiyev üçün sürətlə oyuna girdi

Ukrayna məsələsində həlledici ölkə - Böyük Britaniya "qırılma nöqtəsi"ndə yenidən ortaya çıxır. Londonda Ukrayna üzrə ötən gün keçirilən Avropa sammiti Britaniyanın prosesə müdaxilə gedişidir. Daha öncə iki "qırılma nöqtəsi"ndə London hadisələrin inkişafına təsir edə bilib.

Birincisi, müharibənin başlandığı ilk günlərdə idi: Qərbdə Kiyevin bir neçə günə təslim olacağını düşünür, hətta Zelenskiyə şəhəri tərk etməyi tövsiyə edirdilər; həmin vaxt baş nazir olan Boris Conson Kiyevə ilk səfər edən lider kimi ABŞ da daxil olmaqla, Qərbin Ukraynaya dəstəyini təmin etdi;

İkincisi, İstanbul danışıqları idi: Rusiyanın tələblərinin böyük ölçüdə nəzərə alındığı razılaşmalar layihəsini sıradan çıxaran və Ukraynanın müqavimətini gücləndirən də Britaniya idi.

Consunun üzləşdiyi kabinet böhranı və istefasında Ukrayna müharibəsinin gedişatına təsir etməsinin də rol oynadığı ehtimallar arasında olub. Xüsusilə bunun ABŞ-ın maraqlarına uyğun olaraq, NATO-nun Çini rəsmi şəkildə rəqib elan etdiyi 2022-ci il Madrid sammitindən sonra baş verməsi diqqətçəkən idi. Çünki müharibənin başlanmasında ABŞ və Britaniyanın maraqları uzlaşsa da, necə bitməsində toqquşur. Vaşinqton Avropa və Çin hədəfinə nail olduqdan sonra müharibənin Rusiyanın mövqeyinin nəzərə alınması çərçivəsində bitməsini, London Rusiyanın güc kimi sıradan çıxmasına nail olunduqdan sonra başa çatmasını istəyib. Trampın gəlişi ilə ABŞ-ın bu planı sürətli şəkildə işə salındı. Və Ukrayna üçün yaranan üçüncü "qırılma nöqtəsi"ndə Britaniya yenidən aktiv oyunçu kimi proseslərə daxil olur.

London oyunu dəyişə biləcəkmi?

Mövcud şərtlərdə bu, o qədər də asan görünmür:

1. Britaniya daha öncə Ukrayna müharibəsində ABŞ-la uzlaşma nöqtələri tapa bilmişdi, bu dəfə kəskin ziddiyyətlər ortaya çıxıb: ABŞ olmadan Avropanı birləşdirmək və hadisələrə yön vermək asan deyil, xüsusilə Vaşinqtonun əks-cəbhədə yer alması fonunda.

2. Avropanın vahid mövqedən çıxış etməsi, yaxud nəzəri olaraq verilən qərarların praktiki müstəvidə tətbiqi perspektivləri sual altındadır: ABŞ da bu birliyə qarşı rıçaqlarından istifadə edə bilər, o cümlədən, Rusiyanın da AB daxilində təsir imkanları qalır;

3. Ukrayna masasında bir araya gələn Britaniya, Fransa və Almaniyanın geosiyasi maraqları arasındakı fərqlər hadisələrin inkişafına təsir edə bilər;

4. Avropanın hərbi xərcləri lazımi səviyyədə artırmaq imkanlarına şübhə ilə yanaşılır.

London sammiti "Ukraynaya hərbi yardımın davam etdirilməsi və sülh danışıqlarına sadiq qalınması" qərarı ilə yekunlaşıb. Lakin Britaniya Baş naziri Starmer başda olmaqla, avropalı liderlər çıxışlarında "ABŞ-la vahid mövqedən çıxış etməyin" vacibliyini qeyd ediblər. Avropa Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, nə qədər çətin olsa da, Trampın mövqeyini dəyişdirməyə çalışacaq.

Asif Nərimanlı

  
Marko Rubio: "Avropalılar ABŞyə elə bir şey təklif ediblər ki..." like
  • 03 Mar 09:06  
Dünya Marko Rubio: "Avropalılar ABŞyə elə bir şey təklif ediblər ki..."

"Bir sıra Avropa ölkələrinin xarici işlər nazirləri ABŞ administras

arrow Ətraflı
Yanğından geriyə qalan “Faxralı”... like
  • 03 Mar 08:56  
Digərləri Yanğından geriyə qalan “Faxralı”...

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AA

arrow Ətraflı
"Oskar"ın qalibləri açıqlandı like
  • 03 Mar 07:53  
Şou-biznes "Oskar"ın qalibləri açıqlandı

Los-Ancelesdə 97-cı Akademiya Mükafatlarının - "Oskar"ın təqdim

arrow Ətraflı
Brilliant Dadaşova ilə Mirzə Babayev illər öncə like
  • 03 Mar 07:50  
Şou-biznes Brilliant Dadaşova ilə Mirzə Babayev illər öncə

Xalq artisti Brilliant Dadaşova axriv paylaşımı ilə maraq yaradıb.

arrow Ətraflı
Martda bu bürclərin eşqi alovlanacaq... like
  • 03 Mar 07:39  
Digərləri Martda bu bürclərin eşqi alovlanacaq...

Romantik münasibətlərdə daha çox ehtiras və emosiya olacaq

arrow Ətraflı
Şevçenko Ağ Ev "dueli"nə belə reaksiya verdi like
  • 03 Mar 07:15  
Dünya Şevçenko Ağ Ev "dueli"nə belə reaksiya verdi

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Dona

arrow Ətraflı
Burada insanlar üç saat yarım oruc tutur like
  • 03 Mar 07:08  
Digərləri Burada insanlar üç saat yarım oruc tutur

Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Omanın Vekan kəndi

arrow Ətraflı
İmişlidə 4 yaşlı uşaq iynədən öldü like
  • 03 Mar 07:06  
Digərləri İmişlidə 4 yaşlı uşaq iynədən öldü

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

arrow Ətraflı
İranın vitseprezidenti istefa verdi like
  • 03 Mar 06:54  
Digərləri İranın vitseprezidenti istefa verdi

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zəri

arrow Ətraflı
Xalq artisti ilə 19 yaşlı sevgilisinin toyu bu tarixdə olacaq like
  • 03 Mar 06:47  
Şou-biznes Xalq artisti ilə 19 yaşlı sevgilisinin toyu bu tarixdə olacaq

Rusiya şou-biznesinin ən çox danışılan cütlüyü Qriqori Leps və Avrora

arrow Ətraflı
İsrail Suriyanın yeni hakimiyyətini hədələdi like
  • 03 Mar 06:33  
Dünya İsrail Suriyanın yeni hakimiyyətini hədələdi

İsrail Suriyanın yeni hakimiyyətini hədələyib.

arrow Ətraflı
Azərbaycan və İran parlamentlərarası əlaqələri müzakirə etdi like
  • 03 Mar 06:25  
Siyasət Azərbaycan və İran parlamentlərarası əlaqələri müzakirə etdi

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İran-Azərbaycan parlament

arrow Ətraflı
Qreyfrut yeyəndə orqanizminizdə nə olur? like
  • 03 Mar 06:06  
Digərləri Qreyfrut yeyəndə orqanizminizdə nə olur?

Dietoloqlar qreyfrutun zərərli və zərərsiz xüsusiyyətlərindən danışı

arrow Ətraflı