Bu qadağalar quzu ətinin qiymətləri kəskin artıra bilər
Digərləri 17 Mar 2025 12:27:00 68 0
Yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında 10%-ə qədər azalma müşahidə edilib. Statistik məlumatlara görə, 2016-cı ildə ölkəmizdə qoyunların sayı 8 milyondan çox olduğu halda, 2022-ci ildə bu göstərici 7.314200 təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi" layihəsi üzrə hazırlanan hesabatda isə Azərbaycanda qoyunların sayının son illərdə azalması ilə yanaşı, heyvanların diri çəki artımı və cəmdək çəkisindəki mənfi tendensiyalar barədə məlumatlar da öz əksini tapıb. Həmçinin hesabatda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. Bunlar yem bitkilərinin əkilməsi üçün istifadə edilən sahələrin azalması, iqlim dəyişiklikləri və torpaqların deqradasiyası, işğaldan azad edilmiş otlaqlara kifayət qədər çıxışın olmaması və tələblə təklifin dəyişməsi fonunda tələbin artmasıdır. Odur ki, qoyunların sayının azalmasının qarşısını almaq, həmçinin qoyun yetişdirilməsində effektiv və dayanıqlı inkişafa nail olmaq məqsədilə bu sahənin yarım intensiv və intensiv metodlarla inkişaf etdirilməsi strategiyası əsasında müasir qoyunçuluq sektorunun yaradılması təşəbbüsü müsbət qiymətləndirilir. Strategiyada damazlıq işlərinin aparılması ilə yanaşı, yerli genefondların qorunması da əsas prioritetlərdən hesab olunur.
Bu xəbəri də oxu: Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ
"Heyvanların iri çəkidə və ya az çəkidə satılması qərarı sahibkarlara məxsusdur. Sahibkarlar heyvanları tez bir zamanda satmaqla daha çox gəlir əldə etməyi məqsəd qoyurlar. Çünki heyvanı böyütmək üçün əlavə zaman və xərclər tələb olunur. Bu zaman ərzində yem məhsullarına və digər xərclərə əlavə pul sərf edilir. Nəticədə, iri çəkili heyvandan əldə edilən gəlir rentabellik baxımından daha aşağı olur".
Son.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmiov deyib:
"Buna görə də, sahibkarlar heyvanlarını tez bir zamanda satmaqla daha kiçik heyvanlar yetişdirməyə davam edirlər. Bu yanaşma ilə bir ildə x qədər iri heyvan satmaq əvəzinə, sahibkarlar eyni müddətdə kiçik heyvanlardan 2x qədər satış həyata keçirə bilirlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qayt

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federa

"Övladla ata arasında incimək olur. Böyük oğlum Teymurdan da inciyir�

Azərbaycan avtomobil bazarında bəzi modellərin qiymətlərinin həddindən a

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Azərbaycanda bu gün qlobal dəyişikliklərin burulğanı içində öz yolunu

"Global Terrorism Index 2025" (GTI) hesabatı ilə dövlətlərin terr

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostan

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə "Bakı Metropoliteni"nin "Koroğlu"

Martın 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi
