Bayram günlərində rayona gedənlərin NƏZƏRİNƏ
Digərləri 17 Mar 2025 10:50:00 80 0
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu xəbəri də oxu: Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ
Son.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə "Bakı Metropoliteni"nin "Koroğlu"

Martın 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi

ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı

ABŞ dövlət katibi Marko Rubio Yəməndə husilərə qarşı zərbələr endir

Vaqif Mustafazadə. Bu adı tələffüz edirsən və dərhal musiqi eşidirsən.

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə ge

Çin hakimiyyəti "DeepSeek" süni intellekt startapı əməkdaşları

Aparıcı Zaur Baxşəliyev hər gün efirə çıxan müğənniləri tənqid edi

Astroloqlar martın ikinci yarısının dinamik olacağını bildiriblər.

Türk Hava Yollarının (THY) İstanbul-Afina reysi ilə uçan təyyarəsinin ba

Aktyor Pamir Pekin azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə olan eşqini e
