"Bütün bunlar Vaqifin sadəcə, yanmasına səbəb oldu" Afaq Əliyeva
Kriminal 17 Mar 2025 08:59:00 61 0
Vaqif Mustafazadə. Bu adı tələffüz edirsən və dərhal musiqi eşidirsən... Bu heyrətamiz musiqiçinin ürəyindən gələn və istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda yaşamağa, müxtəlif nəsillərə mənsub insanları ruhlandırmağa və sevindirməyə davam edən musiqi. Bu da Vaqif Mustafazadə fenomenidir.
Bu xəbəri də oxu: Mnatsakanyan: Hər il Ermənistandan minlərlə hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi
Dünyaşöhrətli azərbaycanlı pianoçu, bəstəkar, XX əsrin ən görkəmli cazmenlərindən biri, caz-muğam janrının banisi 1940-cı il martın 16-da Bakıda tibb xidməti, Azərbaycan xalq musiqisi müəllimi ailəsində anadan olub.
Son.az xəbər verir ki, əfsanəvi musiqiçinin doğum günü ərəfəsində AZƏRTAC Vaqif Mustafazadənin ev-muzeyində olub. Divarları səmimiyyət və sevgi ilə dolu olan rahat, işıqlı mənzildə bizi bəstəkarın doğması, muzeyin direktoru, həmçinin Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun təsisçisi və rəhbəri Afaq Əliyeva qarşıladı.
- Afaq xanım, Vaqif Mustafazadə necə insan, necə qardaş olub?
- Vaqif dahi idi. O, çox mehriban, parlaq adam idi, insanları sevirdi, onlarla heyrətamiz davranırdı. Onun ruhu, ürəyi musiqisində əks olunur. O, çox gözəl qardaş idi. Uşaqlıqdan aramızda bir növ qarşılıqlı cazibə, məhəbbət var idi və görünür, taleyin hökmü ilə belə oldu ki, Azərbaycanda onun işlərinə indi mən rəhbərlik edirəm.
- Siz həm də Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun təsisçisi və rəhbərisiniz. Bu fondun fəaliyyəti haqqında danışın.
- Fond 1997-ci ildə Vaqif Mustafazadənin anası - xalam Zivər Əliyevanın bu ev-muzeyi ilə bağlı mənə vəsiyyətnamə verməsindən sonra yaradılıb. Vaqifin yaradıcılığı üzərində rəsmən işləyə bilmək üçün fondu qeydiyyatdan keçirmək qərarına gəldim. Fond artıq 28 ildir fəaliyyət göstərir. İyirmi səkkiz ildir ki, Vaqifin işləri ilə məşğul oluram. Fondun fəaliyyətinə Vaqif Mustafazadənin əsərlərindən ibarət musiqi albomları və notlar toplularının nəşri, təkcə Azərbaycanda deyil, xaricdə də ona həsr olunmuş musiqi gecələrinin, festivalların və tədbirlərin keçirilməsi daxildir.
- Afaq xanım, bu ev muzey olanadək necə idi?
- Vaqifin sağlığında bura kommunal mənzil olub. Təbii ki, burada yaşamaq çox çətin idi... Lakin Vaqifin vəfatından demək olar üç il əvvəl Ulu Öndərimiz Heydər Əlirza oğlu ona "Torqovı"da mənzil verdi. Vaqif xoşbəxt idi. Özünə royal aldı, məşq edə, işləyə bildi. Orada məşqlər keçirilirdi və ümumiyyətlə, onun üçün çox yaxşı dövr idi. Buraya isə Vaqifin sağlığında olduğu kimi, qonaqlar məmnuniyyətlə gəlməkdə davam edirlər - o, çox qonaqpərvər, çox səxavətli insan idi...
- Bəs bugünkü ziyarətçiləriniz kimlərdir?
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə ge

Çin hakimiyyəti "DeepSeek" süni intellekt startapı əməkdaşları

Aparıcı Zaur Baxşəliyev hər gün efirə çıxan müğənniləri tənqid edi

Astroloqlar martın ikinci yarısının dinamik olacağını bildiriblər.

Türk Hava Yollarının (THY) İstanbul-Afina reysi ilə uçan təyyarəsinin ba

Aktyor Pamir Pekin azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə olan eşqini e

İspaniyanın şimalında aparılan arxeoloji qazıntılar zamanı 2022-ci ildə

Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Rəssa

Martın 22-də Tokioda Yaponiya, Çin və Cənubi Koreya xarici işlər nazirlə

Xanəndə Kəmalə Nəsibova oğlu ilə bağlı açıqlama verib.

Qulaqlarda küy (tinnitus) - cingilti, uğultu, fit və ya xışıltı şəklind
