Azərbaycan ən təhlükəsiz ölkələr sırasında “Global Terrorism Index 2025” açıqlandı


Siyasət 17 Mar 2025 10:53:00 85 0

Azərbaycan ən təhlükəsiz ölkələr sırasında  “Global Terrorism Index 2025” açıqlandı

"Global Terrorism Index 2025" (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Trend xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1-ci Burkina Faso (8.581), 2-ci Pakistan (8.374), 3-cü Suriya (8.00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edən "Global Terrorism Index" hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən, terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, "Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır".

Bayram günlərində rayona gedənlərin NƏZƏRİNƏ like
  • 17 Mar 10:50  
Digərləri Bayram günlərində rayona gedənlərin NƏZƏRİNƏ

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostan

arrow Ətraflı
Naxçıvanda zəncirvarı qəza  xəsarət alan var like
  • 17 Mar 10:28  
Digərləri Naxçıvanda zəncirvarı qəza xəsarət alan var

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

arrow Ətraflı
"Koroğlu" stansiyasından sərnişinlər niyə çıxarılır?  AÇIQLAMA like
  • 17 Mar 09:58  
Digərləri "Koroğlu" stansiyasından sərnişinlər niyə çıxarılır? AÇIQLAMA

Sosial şəbəkələrdə "Bakı Metropoliteni"nin "Koroğlu"

arrow Ətraflı
Kriptovalyuta bazarının son göstəriciləri like
  • 17 Mar 09:56  
Digərləri Kriptovalyuta bazarının son göstəriciləri

Martın 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi

arrow Ətraflı
ABŞnin Yəmənə endirdiyi aviazərbələr nəticəsində 50dən çox insan həlak olub like
  • 17 Mar 09:19  
Dünya ABŞnin Yəmənə endirdiyi aviazərbələr nəticəsində 50dən çox insan həlak olub

ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı

arrow Ətraflı
“Biz bütün dünyaya yaxşılıq edirik” like
  • 17 Mar 09:07  
Dünya “Biz bütün dünyaya yaxşılıq edirik”

ABŞ dövlət katibi Marko Rubio Yəməndə husilərə qarşı zərbələr endir

arrow Ətraflı
"Bütün bunlar Vaqifin sadəcə, yanmasına səbəb oldu"  Afaq Əliyeva like
  • 17 Mar 08:59  
Kriminal "Bütün bunlar Vaqifin sadəcə, yanmasına səbəb oldu" Afaq Əliyeva

Vaqif Mustafazadə. Bu adı tələffüz edirsən və dərhal musiqi eşidirsən.

arrow Ətraflı
Şimali Makendoniyada matəm elan edildi like
  • 17 Mar 08:47  
Dünya Şimali Makendoniyada matəm elan edildi

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə ge

arrow Ətraflı
Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoydu like
  • 17 Mar 08:33  
Dünya Çin "DeepSeek" işçilərinə məhdudiyyət qoydu

Çin hakimiyyəti "DeepSeek" süni intellekt startapı əməkdaşları

arrow Ətraflı
"Elə müğənnilərə ürəyim ağrıyır" like
  • 17 Mar 08:21  
Şou-biznes "Elə müğənnilərə ürəyim ağrıyır"

Aparıcı Zaur Baxşəliyev hər gün efirə çıxan müğənniləri tənqid edi

arrow Ətraflı
Bu həftənin başıbəlalı bürcləri  həftəlik proqnoz like
  • 17 Mar 08:10  
Digərləri Bu həftənin başıbəlalı bürcləri həftəlik proqnoz

Astroloqlar martın ikinci yarısının dinamik olacağını bildiriblər. 

arrow Ətraflı
Hande Erçeldən bir ilk like
  • 17 Mar 07:58  
Şou-biznes Hande Erçeldən bir ilk

Son olaraq Barış Arduç ilə baş rolları paylaşdığı "Rüzgara Bıra

arrow Ətraflı
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur  Bu tarixdə prokurorluğa çağırılır like
  • 17 Mar 07:48  
Digərləri İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur Bu tarixdə prokurorluğa çağırılır

Türk Hava Yollarının (THY) İstanbul-Afina reysi ilə uçan təyyarəsinin ba

arrow Ətraflı