"Ürəyimi nişan al, Kələntər dayı"... Vəfat edən Xalq artistinin həyat yolu


Kriminal 17 Mar 2025 00:12:00 61 0

"Ürəyimi nişan al, Kələntər dayı"... Vəfat edən Xalq artistinin həyat yolu

Xəbər verdiyimiz kimi, xalq artisti Ənvər Həsənov vəfat edib.

Musavat.com-un məlumatına görə, bu barədə onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

74 yaşında həyata gözlərini yuman Ənvər Həsənov haqqında məlumatları təqdim edirik:

Azərbaycanın tanınmış aktyoru və rejissoru, Xalq artisti Ənvər Cəfər oğlu Həsənov 17 avqust 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, bu gün - 16 mart 2025-ci ildə, 74 yaşında vəfat edib.

Ənvər Həsənov gənc yaşlarından kinoya maraq göstərmiş və bir çox məşhur filmlərdə yaddaqalan obrazlar yaradıb. Onun ən tanınmış rolları arasında:

"Yeddi oğul istərəm" Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində isə Murad olub.

Ənvər Həsənovun həyat yoldaşı Mömünat Qurbanova da tanınmış aktrisa olub. Onların sənət və şəxsi həyatda birlikdə olduqları, bir çox filmdə birgə rol aldıqları məlumdur. O, Mömünat Qurbanova ilə birlikdə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmlərində də rol alıb.

Mömünat Qurbanova İncəsənət Muzeyində çalışıb, şöbə müdiri kimi fəaliyyət göstərib. Bütün həyatı boyu yalnız üç filmə çəkilib. Hər üç filmdə də həyat yoldaşı ilə birgə işləyib.

Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedib. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşüblər. Nəticədə Mömunat Qurbanova dünyasını dəyişib.

Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır:

"Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Mömünat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi".

Ənvər Həsənovun yaradıcılığı təkcə aktyorluqla məhdudlaşmayıb, o, həm də rejissor kimi fəaliyyət göstərib. Onun rejissor assistenti kimi çalışdığı "Ağ atlı oğlan" (1995) filmi də buna misaldır.

Ənvər Həsənovun sənətə verdiyi töhfələr yüksək qiymətləndirilib. O, 2000-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2018-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb. 2023-cü ildən etibarən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Ənvər Həsənovun xatirələri və sənət yolu haqqında ətraflı məlumatlar "Ənvər Həsənovun xatirələri" adlı kitabında toplanıb. Bu kitabda onun dostluqları, yaradıcılığı və şəxsi həyatı barədə maraqlı fraqmentlər yer alıb.

Onun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itki hesab olunur. Ənvər Həsənovun yaratdığı obrazlar və sənətə verdiyi töhfələr uzun illər yaddaşlarda qalacaq. Son.az

Bakının mərkəzində yanğın başladı  VİDEO like
  • 17 Mar 00:03  
Digərləri Bakının mərkəzində yanğın başladı VİDEO

Bakıda "28 May" metrosu yaxınlığında mağazada yanğın baş veri

arrow Ətraflı
Günün qoroskopu: Özünüzə vaxt ayırın like
  • 17 Mar 00:01  
Digərləri Günün qoroskopu: Özünüzə vaxt ayırın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ənvər Həsənovun vəsiyyəti açıqlandı like
  • 17 Mar 00:00  
Şou-biznes Ənvər Həsənovun vəsiyyəti açıqlandı

Xalq artisti Ənvər Həsənov Buzovnada yerləşən qəbirstanlıqda dəfn edil

arrow Ətraflı
ABŞ AzərbaycanErmənistan sülh sazişində irəliləyişi alqışlayır – Maykl Uolts like
  • 16 Mar 23:31  
Siyasət ABŞ AzərbaycanErmənistan sülh sazişində irəliləyişi alqışlayır – Maykl Uolts

ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh sazişində irəliləyişi alq

arrow Ətraflı
Ermənistan müharibəyə hazırlaşır  Postların like
  • 16 Mar 23:10  
Digərləri Ermənistan müharibəyə hazırlaşır Postların

Azərbaycanla sülh danışıqlarının mətnini yekunlaşdıran Ermənistanda m

arrow Ətraflı
Röyanın oğlu ərəb şeyxi oldu like
  • 16 Mar 23:07  
Şou-biznes Röyanın oğlu ərəb şeyxi oldu

Xalq artisti Röya Ayxan oğlu ilə istirahətə gedib.

arrow Ətraflı
Dələduzlar Ramazanda da iş başında  XƏBƏRDARLIQ like
  • 16 Mar 22:55  
Kriminal Dələduzlar Ramazanda da iş başında XƏBƏRDARLIQ

Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vət�

arrow Ətraflı
Zelenski Baş Qərargah rəisini dəyişdi like
  • 16 Mar 22:39  
Dünya Zelenski Baş Qərargah rəisini dəyişdi

Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin

arrow Ətraflı
Husilər ABŞ gəmisinə zərbə endirdilər like
  • 16 Mar 22:28  
Dünya Husilər ABŞ gəmisinə zərbə endirdilər

Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dən

arrow Ətraflı
Paşinyan və Makron telefonla danışdı like
  • 16 Mar 22:16  
Digərləri Paşinyan və Makron telefonla danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla t

arrow Ətraflı
"Gözünün yaşı ovucunda olan" bürclər like
  • 16 Mar 22:00  
Digərləri "Gözünün yaşı ovucunda olan" bürclər

Bəzi insanlar çətin vəziyyətlərin öhdəsindən necə gələcəyini bilmə

arrow Ətraflı
"Qonşular şikayətləndi ki, bəsdir..." like
  • 16 Mar 21:45  
Şou-biznes "Qonşular şikayətləndi ki, bəsdir..."

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə az-az getməsindən danı�

arrow Ətraflı
17ci günün duası  İmsak və iftar vaxtı like
  • 16 Mar 21:27  
Digərləri 17ci günün duası İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 17-ci günüdür.

arrow Ətraflı
Ziyadxan Əliyev vəfat etdi like
  • 16 Mar 21:15  
Digərləri Ziyadxan Əliyev vəfat etdi

Sənətşünas Ziyadxan Əliyev vəfat edib.

arrow Ətraflı
Əməkdar artist: "Qadının ən böyük silahı budur"  FOTO like
  • 16 Mar 21:00  
Şou-biznes Əməkdar artist: "Qadının ən böyük silahı budur" FOTO

Əməkdar artist Dilarə Əliyeva yeni fotolarınıizləyiciləri ilə bölüş�

arrow Ətraflı