Zelenski Baş Qərargah rəisini dəyişdi
Dünya 16 Mar 2025 22:39:00 76 0
Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin edilib.
Bu xəbəri də oxu: ABŞdə güclü qasırğa: 30dan çox adam öldü
Son.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncamı Prezident Aparatının saytında yerləşdirilib.
Bildirilib ki, Qnatovun təyinatı "qoşunların komandanlığının keyfiyyətini artırmaq məqsədilə" baş tutub. O, son aylarda Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Baş Qərargahın yeni rəisinə Ukrayna Silahlı Qüvvələrinin şaquli komandanlıq strukturunun səmərəliliyinin artırılması (o cümlədən korpus strukturunun yenidən təşkili və həyata keçirilməsi prosesində), Ali Baş Komandan Qərargahının qərarlarının qəbulu və icrasında operativliyin artırılması, eləcə də hərbi əməliyyatların planlaşdırılması və komandanlığın döyüş təcrübəsinin tətbiqi tapşırılıb.
Dövlət başçısı, həmçinin, Baş Qərargahın sabiq rəisi Anatoli Bargileviçin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. O, 2024-cü ilin fevralından bu vəzifədə çalışıb.
Bargileviç Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsini davam etdirəcək. Son.az
Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dən

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla t

Bəzi insanlar çətin vəziyyətlərin öhdəsindən necə gələcəyini bilmə

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə az-az getməsindən danı�

Əməkdar artist Dilarə Əliyeva yeni fotolarınıizləyiciləri ilə bölüş�

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin b�

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın

Son illər karyerasında xoşagəlməz hallar yaşanan aktyor Alek Bolduin yenid

Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Müğənnilər Sevinc və Sevil Səfərovalar instaqramda izləyicilərinin sual
