Bu gün sınaq imtahanı keçiriləcək
Digərləri 16 Mar 2025 08:00:00 92 0
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.
Bu xəbəri də oxu: Arıqlamağın ən sağlam yolu
DİM-dən Son.az-a bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat

Bəzi sevimli geyimlər sağlamlıq üçün təhlükə yarada bilər. Çoxlarım

Müğənni Alsu və iş adamı Yan Abramov 2024-cü ilin avqustunda rəsmi olara

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) 12 tələb ir�

Mədə-bağırsaq problemlərindən biri də köp yaranmasıdır. Bəzən qəbul

"Rəqəmsal transformasiya dünyada baş verən dəyişikliklərə uyğun o

İtaliyanın Milan şəhərində 5 yaşlı uşaq parkda gəzən 87 yaşlı qadı

Müğənni Lətifə Soyuöz yeni fotolarını izləyiciləri ilə bölüşüb.

ABŞ-da asqıranda bədənində elektrik yaranmasından şikayətlənən çoxuş

Nahardan sonra süstlük bir çox insanın tanış olduğu vəziyyətdir. Bu vax

Braziliyalı supermodel Gisele Bündçen, keçmiş əri, futbol ulduzu Tom Brady

"Gucci" moda evinin yeni kreativ direktoru təyin edilib.

Teleaparıcı Zümrüd Bədəlova qızı Ləmanla video paylaşıb.

Özgüvən insanın öz bacarıqlarına və dəyərlərinə inanmasıdır. Onu f
