"Sülh müqaviləsinin mətni üzərində prosesin başa çatması hələ sülh üçün təminatın olması demək deyil"
Siyasət 16 Mar 2025 08:20:00 63 0
Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı bəndlərin razılaşdırılması hələ sülh sazişinin imzalanması mənasına gəlmir. Hər şeydən öncə nəzərdə tutulan müddəaların hər birininin real platformada icrası lazımdır. Bunların başında Ermənistan Konstitusiyası gəlir. Nə qədər ki, Ermənistan Konstitusiyasına dəyişiklik edib Azərbaycana qarşı ərazi iddialarını sənəddən çıxarmayıb, bir o qədər sözügedən ölkə sülhü yalnız xəyal edə bilər.
Bu xəbəri də oxu: "Azərbaycanla bərpa olunan enerji sahəsində gələcək əməkdaşlıqlar istisna olunmur"
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun ləğv olunması vacib məsələdir:
"Çünki heç bir səmərəli fəaliyyət göstərməyən bu qurumun mövcud olması sülhə təhdiddir. Qrup ona görə yaradılmışdı ki, hansısa münaqişəni həll etsin, amma o münaqişə artıq yoxdur. Azərbaycan Minsk Qrupunun əvəzinə özü bunu həll etdi. Belə olan halda, Qrupun mövcud olması həmişə sülhü təhdid edən faktor olaraq qalacaq. Çünki o yaranan reallığın özünə təhdiddir".
Parlamentari xatırladıb ki, Avropa İttifaqının Monitorinq Missiyası bu gün də Azərbaycan-Ermənistan sərhədində qalmaqda davam edir.
"Missiya Ermənistanın lehinə hərbi kəşfiyyat fəaliyyəti həyata keçirir. Belə olan halda artıq bəlli olur ki, biz hələ sülhdən çox uzağıq. Üstəlik, kommunikasiya xətlərinin açılması da çox vacib məsələdir. Bu da sülhün əsas, prinsipial məsələlərindən biridir. Ancaq bunun əvəzinə Ermənistanın Baş naziri "sülh kəsişməsi" adlı, əslində isə sülhə zidd olan layihədən danışır. Bütün bunları analiz etsək, görəcəyik ki, sülh hələ çox uzaqdadır. Bunun səbəbkarı, günahkarı Ermənistandır. Ona görə də Ermənistan sülh istəyirsə, Monitorinq Missiyasının ölkədən çıxarılması ilə bağlı Aİ-yə müraciət etməlidir. Daha sonra BMT Təhlüksizlik Şurasına müraciət edib ATƏT-in Minsk Qrupuna verdiyi mandatın ləğvini tələb etməlidir", - o vurğulayıb.
Hikmət Babaoğlu əlavə edib ki, indiki vəziyyətdə sülhdən danışmaq, əlbəttə ki, tezdir.
"Üstəlik, Azərbaycana qarşı hərbi cinayətlər törədənlər hələ də Ermənistanın siyasi sistemində Azərbaycan əleyhinə ittihamlar səsləndirirlər. Bunlar Köçəryan və Sarkisyan cütlüyüdür. Onların ədalət məhkəməsinə çıxarılması mütləq vacibdir. Və nəhayət, Qarabağı talan etmiş Ermənistan onun əvəzinə təzminat ödəməlidir. Ermənistan sülh istəyirsə, yuxarıda sadalanan addımları bir-bir və qısa müddətdə atmalıdır", - deyə deputat fikrini tamamlayıb.
Milli Məclisin deputat Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında deyib ki, sülh müqaviləsinin mətni üzərində prosesin başa çatması hələ sülh üçün təminatın olması demək deyil:
"Təminatlı sülh əldə etmək üçün ilkin növbədə etimadlı münasibətlərin formalaşmasına ehtiyac var. Bunun üçün də Ermənistan tərəfi etimadın pozulmasında fundamental, əsas rol oynayan bir ölkə kimi etimadın qurulması üçün də müvafiq addımlar atmalıdır. Ermənistan tərəfi birinci növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini hüquqi-normativ aktlar səviyyəsində sübuta yetirməlidir. Prinsipial olaraq Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadən Konstitusiyanın preambula hissəsində yer alan iddialarından əl çəkdiyini ortaya qoymalı, Konstitusiyada müvafiq dəyişikliklər etməlidir".
Deputat vurğulayıb ki, digər amil tarixin qaranlıq səhifələrinin ədalətli formada qapadılmasıdır:
"Yəni, Ermənistan tərəfi Azərbaycan ərazilərində törədilən, xüsusilə də ağır müharibə cinayətləri, o cümlədən etnik təmizləmə, soyqırımı cinayətlərinə görə təqsirli bilinən şəxslərin Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanmasını təmin etməlidir. Bu, əsas, vacib faktlardan biridir. Paradoksal olardı ki, bir dövlət özünün Konstitusiyası və digər hüquqi-normativ aktları çərçivəsində başqa bir dövlətin ərazisinə iddia etdiyi halda onunla sülh müqaviləsi imzalasın".
Elçin Mirzəbəyli xatırladıb ki, Azərbaycan hər zaman beynəlxalq hüquq və sağlam məntiqə söykənərək siyasət yürüdüb.
"İndiki şəraitdə Ermənistanın bütün bu tələblər yerinə yetirilmədən tələsik şəkildə sülh müqaviləsini imzalamağa cəhd göstərməsi tamamilə məntiq, hüquqa zidd bir addımdır. Bu aspektdən Ermənistan tərəfinin atdığı addımlar Azərbaycana qarşı sülh müqaviləsinin imzalanması prosesinin tez bir zamanda həyata keçirilməsi müstəvisində təzyiqlərin təşkil edilməsinə cəhd göstərilməsi heç bir halda etimadlı və təminatlı sülhün formalaşmasına xidmət edə bilməz. Bunu nə dövlətimiz, nə də xalqımız qəbul edəcək", - deyə o qeyd edib. Son.az
Keyt Kelloq Ukrayna üzrə xüsusi nümayəndə təyin edilib.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları �

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat

Bəzi sevimli geyimlər sağlamlıq üçün təhlükə yarada bilər. Çoxlarım

Müğənni Alsu və iş adamı Yan Abramov 2024-cü ilin avqustunda rəsmi olara

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) 12 tələb ir�

Mədə-bağırsaq problemlərindən biri də köp yaranmasıdır. Bəzən qəbul

"Rəqəmsal transformasiya dünyada baş verən dəyişikliklərə uyğun o

İtaliyanın Milan şəhərində 5 yaşlı uşaq parkda gəzən 87 yaşlı qadı

Müğənni Lətifə Soyuöz yeni fotolarını izləyiciləri ilə bölüşüb.

ABŞ-da asqıranda bədənində elektrik yaranmasından şikayətlənən çoxuş

Nahardan sonra süstlük bir çox insanın tanış olduğu vəziyyətdir. Bu vax

Braziliyalı supermodel Gisele Bündçen, keçmiş əri, futbol ulduzu Tom Brady

"Gucci" moda evinin yeni kreativ direktoru təyin edilib.
