Balıqçı kəndindən “Asiya pələngi”nə doğru: “Cərimələr şəhəri”ndən reportaj


Digərləri 15 Mar 2025 17:09:00 53 0

Balıqçı kəndindən “Asiya pələngi”nə doğru: “Cərimələr şəhəri”ndən reportaj

Sinqapurun cəmi yarım əsr yaşı var, lakin onun sakinləri öz tarixləri ilə inanılmaz dərəcədə fəxr edirlər. Ada ölkəsi dörd milyon əhalisi ilə sıx məskunlaşan bir şəhər-dövlətdir. "Asiya İsveçrəsi" çoxları üçün materikin çox hissəsinin yoxsulluğundan, xaosundan və cinayətindən uzaq bir adadır.

Süni intellektlə idarə olunan xidmət

Sinqapur təyyarədən enən turistləri elə hava limanında heyrətləndirir. Çünki qüsursuz təmizliyi ilə seçilən Çanqi hava limanı şəhərin görməli attraksionlarından biridir. Terminallar arasında "skytrain"lər sərnişinləri daşıyır, mükəmməl texnologiya ilə idarə olunan xidmət təqdim olunur. Tranzit sərnişinlərə dincəlmələri üçün komfort zonalarda şərait yaradılır. Yaşıl park, şəlalə, quşların nəğməsi insanlara böyük və füsunkar bir təbiət parkında olduğunu hiss etdirir. Hava limanından şəhər mərkəzinə mükəmməl və müasir nəqliyyat sistemi qurulub. Sinqapuru gəzmək asandır: nəqliyyat sistemi dünyanın ən yaxşılarındandır.

Əsas növlər MRT (Kütləvi Sürətli Tranzit) və LRT (Yüngül Rail Tranziti) metrosudur. Ucuz və etibarlıdır, şəbəkələri demək olar ki, bütün turistik yerləri əhatə edir. Ödəniş yalnız kredit kartı və smart kartla həyata keçirilir. Avtobusa minərkən kartı sayğaca toxundurmaq lazımdır və bu zaman maksimum gediş haqqı tutulacaq. Avtobusdan düşdükdə kartı sayğaca yenidən toxunmaq lazımdır. Bu dəfə qiymət fərqi sizə qaytarılır. Yəni ödəniş məsafəyə görə qiymətləndirilir.

Saqqızı ancaq apteklərdən almaq olar

Sinqapurun "gözəl şəhər"lə bərabər, "cərimələr şəhəri" mənasını verən ləqəbi də var. Səfər öncəsi ölkənin Miqrasiya Xidmətində qeydiyyatdan keçəndə elektron poçtuma gələn məktublarda ölkənin narkotiklərə qarşı sərt qanunlarının olduğu qeyd edildi. Burada bədəndə hər hansı narkotik maddənin olması, hətta ölkədən kənarda istehlak edilsə belə, cinayətdir. Qaydaları pozan turistləri 10 min dollardan başlayan cərimələr və həbslər gözləyir. Şəhərin hətta kiçik cinayətlərə qarşı da sərt qanunları mövcuddur.

Məsələn, küçəni işıqforun qırmızı işığında keçmək, ictimai nəqliyyatda yeyib-içmək, tüpürmək, zibil atmaq qadağandır və yüksək məbləğdə cəriməsi var.

Ölkəyə saqqız idxalı qadağasının pozulması cərimə və ya hətta bir ilədək həbslə nəticələnə bilər. Küçədə saqqız çeynəmək və zibil atmağa görə cərimə tətbiq edilir, təkrar qayda pozuntusuna görə isə həbsə düşmək təhlükəsi var. Saqqızı ancaq apteklərdən almaq olar.

Qapalı ictimai yerlərdə, avtobuslarda, liftlərdə, kinoteatrlarda, teatrlarda, dövlət idarələrində, restoranlarda və mağazalarda siqaret çəkmək qadağandır. Küçədə isə yalnız xüsusi ayrılmış yerlərdə, yuxarı hissəsində külqabı olan yaşıl zibil qutularının yanında siqaret çəkmək olar. Gəzinti zamanı siqaret çəkmək qadağandır.

Amma son illər turistlər üçün bəzi məhdudiyyətlər yumşaldılıb. Məsələn, indi turistlər bütün gecəni barda rəqs etmək hüququ qazanıblar.

Balıqçı kəndindən "Asiya pələngi"nə doğru

Sinqapurun "iqtisadi möcüzəsi" islahatçı Li Kuan Yu sayəsində baş verib. Bir balıqçı kəndinin necə "Asiya pələngi"nə çevrildiyini anlamaq üçün Milli Muzeyə baş çəkmək lazımdır. İlk mühacirlərin gəldiyi taxta gəmi Asiya Sivilizasiyaları Muzeyində saxlanılır. 1819-cu ildə İngiltərənin ticarət koloniyası kimi qurulan şəhər müstəqillik əldə etdikdən sonra dünyanın aparıcı ticarət limanı ilə ən çiçəklənən ölkələrdən birinə çevrilib. Bu gün Sinqapur son texnologiyalar mühiti, inkişaf etmiş biznes mərkəzidir. Müasir, zəngin şəhərin göydələnlərində və metrolarında Çin, Hindistan və Malay təsirlərinin müxtəlif qarışığı var. Rütubətli tropik iqlim, ləzzətli yeməklər, dəbli alış-veriş mərkəzləri və canlı gecə həyatı şəhəri bölgə üçün etibarlı dayanacaq və ya tranzit zonaya çevirib.

Sinqapurda hər şey son dərəcə müasir və eyni zamanda duyğusuz təsir bağışlayır. Eynən amerikalı yazıçı Uilyam Gibsonun "Ölüm hökmü ilə Disneyland" adlı məqaləsində qeyd etdiyi kimi: təmiz, cansıxıcı və həqiqi şəhər ruhu olmayan bir şəhər. Amma bu şəhərin mükəmməlliyinə heyrət edirsən...

Sinqapur küçə yeməkləri, dəbdəbəli hotelləri, Marina Körfəzinin qumlu çimərlikləri və körfəzdəki bağçalar kimi möhtəşəm attraksionları ilə tanınır. Burada görüləcək çox şey var.

Sinqapur Asiyanın mikrokosmosudur - burada çinlilər, malaylar, hindlilər, müsəlmanlar və dünyanın hər yerindən çox sayda miqrant yaşayır.

Sinqapurda 4 rəsmi dil var: ingilis, Çin (mandarin), malay və tamil. Ölkənin sakinləri ana dillərindən əlavə, demək olar ki, həmişə ingiliscə, bəzən isə əlavə olaraq başqa dildə danışırlar.

Mədəni təsirlərin qarışığı

Ada-şəhərdə qonaq olan turistlərə qoşulub hər biri zəngin irsə və özünəməxsus orijinallığa malik Kiçik Hindistan, Chinatown və Kampong Glam kimi canlı rayonları gəzirəm. Bu ərazilər Sinqapura özünəməxsus görkəmini verən müxtəlif mədəni təsirlərin qarışığıdır. Buralarda dünya səviyyəli restoranlar var, amma küçə yeməkləri də dadlıdır. Böyük yemək meydançalarında məşhur əriştələrdən tutmuş Michelin ulduzlu yeməklərə qədər hər şeyi dadmaq olar. Ölkə Çin mətbəxi, dəniz məhsulları və suşi ilə məşhurdur. Hindistan və malay yeməkləri yalnız sağ əllə yeyilməlidir.

Sinqapurda yağış demək olar ki, hər gün güclü leysan şəklində yağır və nadir hallarda bir saatdan çox davam edir. Buna görə də həm günəşdən kölgə, həm də yağışdan sığınacaq üçün hər zaman çətir gəzdirmək lazım gəlir. /"Kaspi" qəzeti

Bu da Kıvanç Tatlıtuğun 2 milyon dollarlıq malikanəsi  VİDEO like
  • 15 Mar 16:51  
Şou-biznes Bu da Kıvanç Tatlıtuğun 2 milyon dollarlıq malikanəsi VİDEO

Türkiyəli məşhur cütlük Kıvanç Tatlıtuğ və Başak Dizerin lüks malik

arrow Ətraflı
Bərkimiş təkəri necə açmaq olar?  6 sadə ÜSUL like
  • 15 Mar 16:33  
Digərləri Bərkimiş təkəri necə açmaq olar? 6 sadə ÜSUL

Bərkimiş təkəri açmaq və onu dəyişmək lazım gəldikdə, ciddi probleml

arrow Ətraflı
Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub like
  • 15 Mar 16:21  
Dünya Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub

Yapon dənizi bölgəsində Rusiya təyyarələri Seul tərəfindən birtərəfl

arrow Ətraflı
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib like
  • 15 Mar 16:16  
Siyasət Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parl

arrow Ətraflı
Səhərlər acqarnına kofe içənlərin NƏZƏRİNƏ: like
  • 15 Mar 16:13  
Digərləri Səhərlər acqarnına kofe içənlərin NƏZƏRİNƏ:

Bir çox insanın səhərlər bəzən acqarına qəhvə içməsi sağlamlıq ü�

arrow Ətraflı
DetaşeSabah” violinoçular ansamblının konserti keçirilib – like
  • 15 Mar 16:07  
Kriminal DetaşeSabah” violinoçular ansamblının konserti keçirilib –

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Şəmkirdə 4 nəfər birləşib müəllimi döydü like
  • 15 Mar 16:05  
Digərləri Şəmkirdə 4 nəfər birləşib müəllimi döydü

Şəmkirdə müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanıb.

arrow Ətraflı
Çəkiliş zamanı qəza keçirdi  Təcili əməliyyat olundu  FOTO like
  • 15 Mar 16:00  
Şou-biznes Çəkiliş zamanı qəza keçirdi Təcili əməliyyat olundu FOTO

Türk məşhur aktyor Aras Bulut İynemli yeni serialı "Deha"nın ç�

arrow Ətraflı
"Crew Dragon" gəmisi BKSə doğru start götürüb like
  • 15 Mar 15:53  
Dünya "Crew Dragon" gəmisi BKSə doğru start götürüb

"SpaceX" şirkətinin dördnəfərlik ekipajdan ibarət çoxdəfəli &

arrow Ətraflı
Şam işığında musiqi nağılları. Şelkunçik. Qu gölü. Yatmış gözəl. Mystery Ensemble like
  • 15 Mar 15:50  
Kriminal Şam işığında musiqi nağılları. Şelkunçik. Qu gölü. Yatmış gözəl. Mystery Ensemble

Unikal konsert: Şam işığında musiqi sehrinə qərq olun. Martın 29-da, 202

arrow Ətraflı
"Amerikaya qarşı üçlü ittifaq formalaşıb"  Politoloq like
  • 15 Mar 15:46  
Siyasət "Amerikaya qarşı üçlü ittifaq formalaşıb" Politoloq

"Pekində İranın nüvə problemi ilə bağlı keçirilən Çin-Rusiya-İr

arrow Ətraflı
Aygün Kazımovanın qızı uzun müddətdən sonra GÖRÜNTÜLƏNDİ like
  • 15 Mar 15:22  
Şou-biznes Aygün Kazımovanın qızı uzun müddətdən sonra GÖRÜNTÜLƏNDİ

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görüntüləri

arrow Ətraflı
Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar... like
  • 15 Mar 15:14  
Dünya Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar...

ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh danışıqlarının uğursuzlu

arrow Ətraflı
Bıçaqlara düzgün QULLUQ: onları niyə qabyuyanda yumaq olmaz? like
  • 15 Mar 15:07  
Digərləri Bıçaqlara düzgün QULLUQ: onları niyə qabyuyanda yumaq olmaz?

Bıçaq sadəcə bir alət deyil, zövqlə və sevgi ilə bişirmək imkanı ver

arrow Ətraflı