Kamaləddin Qafarov: “Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır”


Siyasət 15 Mar 2025 15:00:00 61 0

Kamaləddin Qafarov: “Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır”

"Martın 13-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər".

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, builki Forumun mövzusu dünyada gedən proseslərin fonunda öz aktualllığı ilə diqqəti cəlb edir: ""Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi". Qeyd olunmalıdır ki, Forum ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artmasının daha bir nümayişidir. Mövcud regional, kontinental və qlobal problemlər ətrafında müzakirələrin və məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əlverişli beynəlxalq iqtisadi-siyasi platforma olaraq Bakı Forumunun  əhəmiyyəti  ildən ilə artmaqdadır. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir və bu platformada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur".        

K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda möhkəm və davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr barədə səsləndirdiyi fikirlər bu gün Qərbin məlum dairələrini dərindən düşündürməlidir: "Keçən ay Azərbaycan xalqı Xocalı soyqırımının 33-cü ildönümünü dərin hüznlə qeyd etdi. Martın 31-də isə xalqımız 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir soyqırımında vəhşicəsinə qətlə yetirilmiş günahsız qurbanların əziz xatirəsini anacaq. Əlbəttə ki, Azərbaycan xalqı bu vəhşilikləri unuda bilməz. Lakin möhtərəm dövlət başçımızın dediyi kimi, biz gələcəyə baxmalıyıq, biz Cənubi Qafqazda möhkəm və davamlı sülh qurmalıyıq və biz ümumi regional inkişafa nail olmalıyıq.  Azərbaycan hər zaman olduğu mövqelərində qalmaqla indi də sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan sülh müqaviləsinin də müəllifi elə Azərbaycandır. Məlumdur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruri şərtdir. Hazırda bu sənəd müzakirə edilir və bəndlərin əksər hissəsi  artıq razılaşdırılıb. Lakin Ermənistanı yenidən məhvedici silahlarla təchiz edən dairələr aydındır ki, bizim regionda sülh istəmirlər. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da prinsipial və qətiyyətli mövqedən irəli gələrək ölkəmizə qarşı təxribat xarakterli addımlar atmaqda davam edən Avropa İttifaqının rəhbər dairələrini ifşa etməkdən çəkinmədi. Cənab Prezident açıq mətnlə, birmənalı olaraq bildirdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Çox təəssüflər olsun ki, bu gün dünyada yaşanan qlobal xarakterli problemlərin də böyük əksəriyyətinin əsasında bəzi böyük dövlətlər tərəfindən Beynəlxalq hüquq normalarının pozulması və ikili standartların tətbiqi hallarına yol verilməsi faktı durur.  O cümlədən, biz hamımız bu mənfur siyasətin necə ağır fəsadlara yol aça biləcəyini bu gün Cənubi Qafqaz regionunun nümunəsində açıq-aşkar müşahidə edə bilirik".

K. Qafarov korrupsiyaya uğramış siyasətçilər barədə səsləndirilən fikirlərə münasibət bildirib: "Cənab Prezident İlham Əliyev onilliklər boyunca erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən bəhs etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu ciddi problemə çəkə bildi. Qeyd olundu ki, ABŞ Prezidenti D. Trampın Dövlət Departamentində USAID-in ləğv olunması, eləcə də korrupsiyaya uğramış siyasətçi Robert Menendesin cəzalandırılması ilə bağlı verilmiş qərarlar təqdirəlayiqdir. Lakin Menendes sonuncu olmalı deyil. Çünki hələ cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri də var ki, onların onilliklər boyunca fəaliyyətləri erməni diaspor təşkilatlarından aldıqları pullar müqabilində Azərbaycana hücum çəkməkdən, ölkəmizi gözdən salmağa çalışmaqdan ibarət olub. Bütün bu haqsızlıqlara tezliklə son qoyulmalı, Cənubi Qafqazda sülhə mane olmaq istəyən qüvvələr  regiondan təcrid edilməlidirlər".    

Yumurta qəbulunun orqanizmə təsiri like
  • 15 Mar 14:57  
Digərləri Yumurta qəbulunun orqanizmə təsiri

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün va

arrow Ətraflı
BakıƏlət yolunda yük maşını yanıb like
  • 15 Mar 14:49  
Digərləri BakıƏlət yolunda yük maşını yanıb

Bu gün saat 08:55 radələrlərində Bakı-Ələt magistral yolun 55-ci klometr

arrow Ətraflı
Bu universitetə rektor əvəzi təyin olundu like
  • 15 Mar 14:40  
Digərləri Bu universitetə rektor əvəzi təyin olundu

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

arrow Ətraflı
Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı? like
  • 15 Mar 14:33  
Digərləri Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan

arrow Ətraflı
Bakı Bulvarında Novruz bayramıı yarmarkası təşkil olunub like
  • 15 Mar 14:26  
Digərləri Bakı Bulvarında Novruz bayramıı yarmarkası təşkil olunub

Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.

arrow Ətraflı
Bərdədə yaşayış binasındakı uçqunda xəsarət alan şəxsin SON VƏZİYYƏTİ like
  • 15 Mar 14:24  
Digərləri Bərdədə yaşayış binasındakı uçqunda xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü

arrow Ətraflı
Azərbaycanda iki yüksək vəzifəyə təyinat like
  • 15 Mar 14:23  
Digərləri Azərbaycanda iki yüksək vəzifəyə təyinat

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar o

arrow Ətraflı
Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, iki nəfər həbs edilib like
  • 15 Mar 14:17  
Digərləri Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, iki nəfər həbs edilib

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə bir

arrow Ətraflı
Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı like
  • 15 Mar 13:51  
Kriminal Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəy

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb like
  • 15 Mar 13:17  
Digərləri Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər like
  • 15 Mar 13:09  
Digərləri Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Ötən ilin oktyabrında Xankəndidə vəfat etmiş erməniəsilli Vera Ağasyan

arrow Ətraflı
Bərdədə uçqun baş verən bina uşaq bağçası olmayıb  MÜTDA like
  • 15 Mar 12:55  
Digərləri Bərdədə uçqun baş verən bina uşaq bağçası olmayıb MÜTDA

Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binas

arrow Ətraflı
Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir? like
  • 15 Mar 12:50  
Dünya Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Müasir sivilizasiyanın inkişafına baxmayaraq, dünyada 100-dən çox insanla

arrow Ətraflı
"Gələcəkdə əlaqələrimiz qaz təchizatı ilə daha da möhkəmlənəcək" like
  • 15 Mar 12:28  
Siyasət "Gələcəkdə əlaqələrimiz qaz təchizatı ilə daha da möhkəmlənəcək"

Gələcəkdə ölkələrimiz arasında əlaqələr qaz təchizatı ilə daha da

arrow Ətraflı