Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb


Kriminal 14 Mar 2025 23:32:00 74 0

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun "Qızılgülün sirri" ("The mystery of the rose") sərgisinin açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Sərgidə müəllifin "Yuxulara səyahət", "Pişik-qız və tısbağa rəqsi", "Yelpik və albalı", "Ürəklə qız", "Günəşin uşaqları", "Hind fili və kəpənəklər" kimi ilk dəfə məhz Bakıda tamaşaçı qarşısına çıxartdığı əsərləri də yer alıb.

Jurnalistlərə müsahibəsində heykəltaraş Andrey Ostaşov Bakıda açılan sərgisinin bəlkə də onun üçün ən böyüklərindən olduğunu dedi: "Burada 80-ə yaxın heykəl toplanılıb. Böyük məmnunluq hissi keçirirəm ki, işlərimi Azərbaycanda nümayiş etdirmək imkanım yaranıb. Ümid edirəm ki, ziyarətçilər bəyənəcəklər".

Sərginin əsas mövzusunun insan duyğularına, qadın və kişi, daxili dünyanın gözəlliyinə həsr olunduğunu qeyd edən heykəltaraş məhz ona görə də sərginin "Qızılgülün sirri" adlandırdığı bildirib. "Qızılgül özünü qoruyan çiçəkdir, lakin içəridə incə bir canlıdır", - deyə o, əlavə edib.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Andrey Ostaşovun yaradıcılığı ilə təsadüfən qalereyalardan birində tanış olduğunu dedi: "Həqiqətən məni heyrətləndirən yeni əsərlər gördüm. Andrey və əziz kuratorumuz İrina xanıma belə gözəl bir sərgini həyata keçirə bildiyimiz üçün təşşəkürümü bildirirəm. Əminəm ki, hamı onu bəyənəcək".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Andrey Ostaşovun adının bütün dünyada kifayət qədər məşhur olduğunu bildirib: "Sərginin bu gözəl binada - Heydər Əliyev Mərkəzində keçirilməsi heykəltaraş üçün başqa bir mərhələdir. Mən sizə böyük uğurlar arzulayıram və hər il olmasa da, ən azı bir neçə ildən bir Bakıda öz sərgilərinizi təşkil edəsiniz və sənətinizlə bizi sevindirəsiniz".

Heykəltaraşın həyat yoldaşı, sərginin kuratoru İrina Kolomenskaya sərgidə bu qədər sənətsevərlərin toplanması çox həyəcanverici hiss olduğunu deyərək Andrey Ostaşovun işlərinin Heydər Əliyev Mərkəzinin zallarında nümayiş olunması ideyasına görə minnətdarlığını bildirib.

1970-ci ildə Belarusda doğulan Andrey Ostaşovun rəssam kimi formalaşmasında Belarus, Rusiya və Avropa incəsənət məktəblərinin təsiri olub.

Onun əsərlərində gözəllik mütləqdir və o, artıq yox olmaqda olan estet-filosoflar nəslinə aid rəssamdır. Heykəltaraş yaradıcılığında Uzaq Şərq regionunun məişət əşyaları və tətbiqi sənətin, samuray və Teddi oyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.

Belarus Rəssamlar İttifaqının üzvü, 100-dən çox respublika və beynəlxalq sərginin iştirakçısı, incəsənət və memarlıq müsabiqələrinin laureatı olan Andrey Ostaşovun əsərləri Belarusun Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyada şəxsi kolleksiyalarda saxlanılır.

Heykəltaraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. şəhərlərdə təşkil olunub.

Daş və bürünclə işləyən Andrey Ostaşov ilk növbədə forma və xətt yaradıcısı, tunc və daş işində mütəxəssis, səth və həcm yaradıcısıdır. Andrey Ostaşovun əsərlərini fərqləndirən amillərdən biri də miniatürluqdur. Bu isə memarın ustadlığını bir daha nümayiş etdirir.

Andrey Ostaşov yaradıcılıq materialları toplamaq məqsədilə dünyanın müxtəlif yerlərinə, xüsusilə də Asiya ölkələrinə çoxlu səyahət edir. Müəllifin xüsusi marağı isə insanın daxili aləmidir. Təsadüfi deyil ki, Bakı sərgisi də "Qızılgülün sirri" adlanır. Bu çiçək eyni anda zahiri gözəlliyi və mənəvi dərinliyi, əlçatmazlığı və əzəməti, gücü və həssaslığı ehtiva edir. "Qızılgülün sirri" hər kəs üçün fərqli və unikaldır. Heykəltaraş bizi yenidən bu dərin və gözəl səyahətə - öz daxili dünyamıza dəvət edərək eksponatlarının mənasını tapmağa və bu prosesin iştirakçısına çevrilməyə çağırır. Son.az 

Özünü 5 il müddətinə prezident elan etdi like
  • 14 Mar 23:24  
Dünya Özünü 5 il müddətinə prezident elan etdi

Suriyanın yeni lideri Əhməd əl-Şaraa Konstitusiya layihəsini imzalayıb.

arrow Ətraflı
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər like
  • 14 Mar 23:15  
Siyasət Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayın

arrow Ətraflı
Lukaşenko Zelenski barədə: "Volodya mənim üçün oğul kimi idi, amma...” like
  • 14 Mar 22:50  
Dünya Lukaşenko Zelenski barədə: "Volodya mənim üçün oğul kimi idi, amma...”

"Volodya (Ukrayna prezidenti Volodimir Zelenski - red.) mənim üçün oğu

arrow Ətraflı
Quterreş Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasını alqışlayır like
  • 14 Mar 22:29  
Siyasət Quterreş Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasını alqışlayır

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın sülh sazi�

arrow Ətraflı
Milli Qəhrəmanın atası vəfat etdi like
  • 14 Mar 22:15  
Digərləri Milli Qəhrəmanın atası vəfat etdi

Azəbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Naiq Yu

arrow Ətraflı
"Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər" like
  • 14 Mar 22:02  
Siyasət "Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər"

Anqola Respublikasının Azərbaycanla əvvəldən çox gözəl əlaqələri var

arrow Ətraflı
Leyla Əliyeva və Arzu Əliyeva UNECdə distant Çin dili təhsili alan tələbələrlə görüşüblər like
  • 14 Mar 21:52  
Siyasət Leyla Əliyeva və Arzu Əliyeva UNECdə distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çi

arrow Ətraflı
76 yaşlı aktyor qocalar evində vəfat etdi like
  • 14 Mar 21:29  
Şou-biznes 76 yaşlı aktyor qocalar evində vəfat etdi

76 yaşlı dublyaj aktyoru, rejissor və senari müəllifi Dave Mallow vəfat ed

arrow Ətraflı
Bu iki bürc ciddi münasibətdən qaçır like
  • 14 Mar 21:18  
Digərləri Bu iki bürc ciddi münasibətdən qaçır

Astroloqlar güclü və uzunmüddətli əlaqələr qurmaqda ən çox çətinlik

arrow Ətraflı
Əsəbiləşmək üçün himə bənddirlər: özlərini idarə edə bilməyən BÜRCLƏR like
  • 14 Mar 21:03  
Digərləri Əsəbiləşmək üçün himə bənddirlər: özlərini idarə edə bilməyən BÜRCLƏR

Bəzən bir insanın qəzəbdən özünü güclə saxladığını başa düşmə

arrow Ətraflı
Azərbaycanda orta aylıq əmək haqqı ARTDI like
  • 14 Mar 20:53  
Digərləri Azərbaycanda orta aylıq əmək haqqı ARTDI

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilə

arrow Ətraflı
Kanadanın yeni Baş naziri AND İÇDİ like
  • 14 Mar 20:48  
Dünya Kanadanın yeni Baş naziri AND İÇDİ

Mark Karni Ottavada keçirilən mərasimdə Kanadanın yeni Baş naziri kimi an

arrow Ətraflı