Leyla Əliyeva və Arzu Əliyeva UNECdə distant Çin dili təhsili alan tələbələrlə görüşüblər


Siyasət 14 Mar 2025 21:52:00 59 0

Leyla Əliyeva və Arzu Əliyeva UNECdə distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, tələbələr adından Leyla Əliyeva və Arzu Əliyevaya təşəkkürünü bildirib.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxışında Azərbaycanla Çin arasında münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

"Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Çin dili distant tədris mərkəzinin açılışında iştirak etməkdən böyük məmnunluq duyuram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Heydər Əliyev Fondu bu 7 il ərzində milli ruhun qorunmasında və iqtisadi-sosial inkişafda əvəzsiz rol oynayıb, Azərbaycanın qürurverici vizit kartına çevrilib. Fond Çinin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir və hər iki xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Eyni zamanda, iki ölkə arasında strateji əməkdaşlığa mühüm töhfələr verib", - deyə Din Tao əlavə edib.

Sonra o, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra tədbirə virtual formatda qoşulan Pekin Xarici Dillər Universitetinin (PXDU) Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, konfransın təşəbbüskarı və sədri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, Çin dili distant tədris mərkəzi illər əvvəl fəaliyyətə başlayıb. "Leyla Əliyevanın bu gün Çin dili distant kurslarının açılışında şəxsən iştirak etməsi hamı üçün böyük motivasiyadır. Özüm və tələbələrim adından sizə böyük minnətdarlığımı bildirirəm. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır. Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dilinə maraq ildən-ilə artır", - deyə o əlavə edib.

Çıxışlardan sonra Leyla Əliyeva və Arzu Əliyeva UNEC-in kitabxanasında təqdim edilən sərgi ilə tanış olublar. Həmçinin burada təqdim olunan Çin mədəniyyətinin nümunələrinə baxıblar.

Sonda tələbələr Leyla Əliyeva və Arzu Əliyevaya xoş arzularını ifadə edib və təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, UNEC-də Çin dili üzrə distant tədris Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2019-cu ildən təşkil edilir.

Heydər Əliyev Fondu, UNEC, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə keçirilən tədris dil səviyyəsi başlanğıc və orta olmaqla hər mərhələ üzrə 3 ay davam edir.

Tədris zamanı Çində nəşr olunmuş dərsliklərdən istifadə edilir. Hər bir dərsin tərkib hissəsinə tələffüz qaydaları, yeni sözlər, mətn, qrammatika, dialoqlar, oxu təlimləri, tərcümə, heroqliflər üzrə çalışmalar daxildir. Bundan əlavə, mövzuya uyğun olaraq, tələbələrə Çin mədəniyyəti haqqında da geniş məlumatlar verilir.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. Yeni dərs proqramı tamamilə HSK (Çin dili səviyyə imtahanı) yönümlüdür. Distant dərsləri uğurla bitirən tələbələr beynəlxalq Çin dili səviyyə imtahanında iştirak edə bilərlər. Son.az

76 yaşlı aktyor qocalar evində vəfat etdi like
  • 14 Mar 21:29  
Şou-biznes 76 yaşlı aktyor qocalar evində vəfat etdi

76 yaşlı dublyaj aktyoru, rejissor və senari müəllifi Dave Mallow vəfat ed

arrow Ətraflı
Bu iki bürc ciddi münasibətdən qaçır like
  • 14 Mar 21:18  
Digərləri Bu iki bürc ciddi münasibətdən qaçır

Astroloqlar güclü və uzunmüddətli əlaqələr qurmaqda ən çox çətinlik

arrow Ətraflı
Əsəbiləşmək üçün himə bənddirlər: özlərini idarə edə bilməyən BÜRCLƏR like
  • 14 Mar 21:03  
Digərləri Əsəbiləşmək üçün himə bənddirlər: özlərini idarə edə bilməyən BÜRCLƏR

Bəzən bir insanın qəzəbdən özünü güclə saxladığını başa düşmə

arrow Ətraflı
Azərbaycanda orta aylıq əmək haqqı ARTDI like
  • 14 Mar 20:53  
Digərləri Azərbaycanda orta aylıq əmək haqqı ARTDI

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilə

arrow Ətraflı
Kanadanın yeni Baş naziri AND İÇDİ like
  • 14 Mar 20:48  
Dünya Kanadanın yeni Baş naziri AND İÇDİ

Mark Karni Ottavada keçirilən mərasimdə Kanadanın yeni Baş naziri kimi an

arrow Ətraflı
Tiktoker kamera önündə dayanmadan yemək yedi: ÖLDÜ  FOTO like
  • 14 Mar 20:38  
Dünya Tiktoker kamera önündə dayanmadan yemək yedi: ÖLDÜ FOTO

"Mukbanq" axınları ilə şöhrət qazanan türkiyəli TikToker Efeka

arrow Ətraflı
Polis 1 milyonluq kokainlə SAXLADI  FOTO like
  • 14 Mar 20:33  
Kriminal Polis 1 milyonluq kokainlə SAXLADI FOTO

Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

arrow Ətraflı
“Sən mənə nə etmisən ki...”  Elgizlə Türkan arasında QALMAQAL like
  • 14 Mar 20:23  
Şou-biznes “Sən mənə nə etmisən ki...” Elgizlə Türkan arasında QALMAQAL

Aparıcı Elgiz Əkbər müğənni Türkan Vəlizadənin "Məni görəndə

arrow Ətraflı
Yoluxma halları artdı  ÜSTdən like
  • 14 Mar 20:12  
Digərləri Yoluxma halları artdı ÜSTdən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada qızılcaya yoluxma halların

arrow Ətraflı
Rusiyanın 1nömrəli düşməni DƏYİŞDİ – Artıq like
  • 14 Mar 20:10  
Dünya Rusiyanın 1nömrəli düşməni DƏYİŞDİ – Artıq

Rusiya ilə ABŞ münasibətlərini getdikcə yaxşılaşdırdığına görə, V

arrow Ətraflı
Bu bazarda YOXLAMA: nöqsanlar aşkarlandı like
  • 14 Mar 20:01  
Digərləri Bu bazarda YOXLAMA: nöqsanlar aşkarlandı

Bərdə rayonu, Güloğlular kəndində bazarda sanitar-gigiyenik tələblərin

arrow Ətraflı
"Necə tanış hekayə"  Aynişan keçmiş ərinə söz atdı?  FOTO like
  • 14 Mar 19:51  
Şou-biznes "Necə tanış hekayə" Aynişan keçmiş ərinə söz atdı? FOTO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaş

arrow Ətraflı
Ramazanın 15ci günü: like
  • 14 Mar 19:47  
Digərləri Ramazanın 15ci günü:

Sabah Azərbaycanda Ramazan ayının 15-ci günüdür.

arrow Ətraflı
9cu sinif buraxılış imtahanlarının QRAFİKİ like
  • 14 Mar 19:42  
Digərləri 9cu sinif buraxılış imtahanlarının QRAFİKİ

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının şə

arrow Ətraflı