ATƏTin Minsk Prosesi və əlaqəli strukturları bağlandı
Siyasət 01 Sen 2025 14:42:00 58 0
1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Bu xəbəri də oxu: İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.
Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.
Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla i

Meyxanaçı Namiq Qaraçuxurlu Rusiya sərhəddində başına gələn hadisə il

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ b

Əldən-ələ qayçı və ya bıçaq verməmək, gözəl bir şeydən danışark

Çin epidemioloqları bir həftə ərzində ölkənin cənubundakı Quandun əya

Kaliforniya Universiteti, San Dieqo Tibb Məktəbinin alimləri alkoqolla əlaq�

Müğənni Günay İbrahimli geyim tərzi ilə diqqət çəkib.

Amerikalıların ata adı kimi anlayışı yoxdur - Ştatlarda çətin ki, Maykl

78 yaşında olmasına baxmayaraq, Arnold Şvartsenegger hələ də fiziki forma

Müğənni Zamiq Hüseynovun dəbdəbəli bağ evindən görüntülər yayılı

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur.
