Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb
Kriminal 14 Mar 2025 16:04:00 64 0
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş ərazilərdə "İskəndər M", "Toçka U" və digər dağıdıcı silahlar barədə də sualları cavablandırıb.
Bu xəbəri də oxu: Bako Sahakyan: Qarabağa silahsursat Ermənistandan gətirilirdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: "Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. "Prezident" olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm".
O, həmçinin qeyd edib: "Müdafiə qurumları"nın "rəhbəri" qondarma rejimin "prezident"inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, "ordu komandiri" bu barədə mənə məlumat verməli idi".
B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: "Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb".
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə g

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Pakistanın şimal-qərbində, Cənubi Vəziristanda cümə namazı zamanı məs

10 aprel tarixində Park Cinemada ilk dəfə Özbəkistandan Azərbaycana "

Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairəd

Bu gün səhər saatlarında Tərtərdə qətl hadisəsi törədilib.

Qarabağa silah-sursat Ermənistan Respublikasından gətirilirdi.

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxs

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb

Vətən müharibəsindənsonra Ermənistan tərəfindən kifayət qədər sürə
