Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI
Digərləri 14 Mar 2025 15:54:00 79 0
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.
Bu xəbəri də oxu: "BakuBus" 2 maşını əzdi
Bu barədə Son.az-a DİM-dən məlumat verilib.
Xatırladılıb ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 19-da elan olunub: "Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər".
Bakalavrlar yekun imtahan balı ilə buradantanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tənzimlənir (həmin cədvəl "Magistr" jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2025-ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 mart saat 17:00-dan 17 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
Bakalavrların nəzərinə çatdırılıb ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 - 14 aprel 2025-ci il tarixlərində aparılacaq. İmtahan isə mayın 11-də keçiriləcək.
Xəbərə aid video
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə g

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Pakistanın şimal-qərbində, Cənubi Vəziristanda cümə namazı zamanı məs

10 aprel tarixində Park Cinemada ilk dəfə Özbəkistandan Azərbaycana "

Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairəd

Bu gün səhər saatlarında Tərtərdə qətl hadisəsi törədilib.

Qarabağa silah-sursat Ermənistan Respublikasından gətirilirdi.

Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxs

Xalq artisti Məleykə Əsədova yoqa edərkən çəkdirdiyi fotosunu paylaşıb

Vətən müharibəsindənsonra Ermənistan tərəfindən kifayət qədər sürə

"Ermənistanda, daha dəqiq desək Azərbaycanla sərhəddə Avropa İttifa

Ermənistanda olan revanşist qüvvələrin mövcudluğu və onların mütəmadi
