Kamaləddin Qafarov: “Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”
Siyasət 14 Mar 2025 14:00:00 60 0
"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyasında cənub-şərqi Avropa və Balkan yarımadası ölkələri xüsusi yer tutur. Şimali Makedoniya ilə Azərbaycanın əlaqələri isə getdikcə daha yüksək dinamika ilə inkişaf edir".
Bu xəbəri də oxu: İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, bu baxımdan martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. "Məlum olduğu kimi, keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Hazırda Azərbaycan ilə Şimali Makedoniya ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırlar. Qeyd olundu ki, siyasi əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır".
K.Qafarov Azərbaycan ilə Şimali Makedoniyanın energetika sahəsində əməkdaşlığa başlamalarını qarşılıqlı münasibətlərin inkişafı üçün möhkəm zəmin olduğunu vurğulayıb:
"Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz arasında bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Lakin Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfərindən sonra bu boşluğun doldurulması üçün yeni perspektivlər yaranıb. Dövlətimizin başçısının bəyanatında iki ölkənin energetika sahəsində əməkdaşlığa başlaması son ayların müsbət əlaməti kimi qeyd olundu. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdır. Gələcəkdə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Hazırda Azərbaycan Avrasiya məkanında 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u bilavasitə Avropa ölkəsidir. Azərbaycan keçən il xaricə 25 milyard kubmetr qaz ixrac etmişdir. Bununla belə, qaz təchizatının coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur və bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq ölkəmiz üçün çox önəmlidir və bu praktiki işbirliyi digər sahələrdə də əməkdaşlığa yol açacaq".
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıql

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın

Türkiyədə rəsmi qəzetdə dərc edilən yeni tənzimləmə ilə nəqliyyat v

Ağdamda 2025-ci ilin sonundək 10 minə yaxın əhalinin məskunlaşması nəz�

Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi va

2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəb

2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərc

"5 günün içində toyumda olub, ərə də getmişəm və bir kişi ilə 2

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və

"Adətən, yaz aylarında tikinti materiallarına tələbat artdığına g�

Alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlə

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilm

Ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas t

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sa
