Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK


Digərləri 14 Mar 2025 12:19:00 61 0

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.

Son.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət bildirilib.

Qeyd olunub ki, Əmək Məcəlləsinin bir sıra maddələrində azyaşlı uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının tətbiq olunması müəyyən edilib.

Belə ki, Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaş yarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Məcəllənin 94-cü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı müəyyən edilə bilər.

İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Məcəllənin 244-cü maddəsinin tələblərinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir.

Eyni zamanda Məcəllənin 243-cü maddəsinin tələblərinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

Bundan başqa, Məcəllənin 79-cu, 98-ci, 117-ci, 127-ci, 130-cu, 133-cü 211-ci, 240-cı, 242-ci, 245-ci və s. maddələrində əmək müqaviləsinin bağlanılmasında və xitam verilməsində, əmək şəraitinin təmin edilməsində və əmək münasibətlərinə dair bir sıra digər məsələlərdə azyaşlı uşağı olan qadınlar üçün digər güzəşt və imtiyazlar müəyyən edilib.

Həmçinin hökumətin yuxarıda qeyd olunan təklifə cavab olaraq o da bildirilib ki, hazırda Əmək Məcəlləsində dəyişikliklər edilməsi, habelə əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.

Ötən il bu şəxslərə verilən mənzillərin sayı açıqlandı like
  • 14 Mar 12:16  
Digərləri Ötən il bu şəxslərə verilən mənzillərin sayı açıqlandı

Ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas t

arrow Ətraflı
Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi like
  • 14 Mar 12:13  
Digərləri Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sa

arrow Ətraflı
10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır  Baş Prokurorluq like
  • 14 Mar 12:10  
Digərləri 10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır Baş Prokurorluq

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

arrow Ətraflı
Sevinc plastik əməliyyatdan sonra ilk dəfə like
  • 14 Mar 12:07  
Şou-biznes Sevinc plastik əməliyyatdan sonra ilk dəfə

Xəbər verdiyimiz kimi, müğənni Sevinc Səfərova plastik əməliyyat etdir

arrow Ətraflı
Bu ilin birinci yarısında yeni istilik elektrik stansiyası istifadəyə veriləcək like
  • 14 Mar 12:03  
Digərləri Bu ilin birinci yarısında yeni istilik elektrik stansiyası istifadəyə veriləcək

Mingəçevir şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni İstilik Elekt

arrow Ətraflı
Müvəqqəti saxlama yerlərində nöqsanlara görə 17 nəfər xidmətdən xaric olunub like
  • 14 Mar 11:59  
Digərləri Müvəqqəti saxlama yerlərində nöqsanlara görə 17 nəfər xidmətdən xaric olunub

Beynəlxalq səviyyəli hökumət və qeyri-hökumət təşkilatları, habelə �

arrow Ətraflı
Son 4 ayda qızılcaya yoluxma qeydə alınıb? like
  • 14 Mar 11:53  
Digərləri Son 4 ayda qızılcaya yoluxma qeydə alınıb?

2024-cü ilin noyabr ayından etibarən Azərbaycanda qızılca hadisələri qey

arrow Ətraflı
“Sabahı görübgörməyəcəyimizi bilmirik”: Suriya qan və qorxu içində boğulur like
  • 14 Mar 11:50  
Siyasət “Sabahı görübgörməyəcəyimizi bilmirik”: Suriya qan və qorxu içində boğulur

"Onlar bizim dalımızca gələcəklər... Bilirəm ki, gələcəklər...&q

arrow Ətraflı
Bir ailəyə düşən sosial yardımın orta məbləği nə qədər olub? like
  • 14 Mar 11:45  
Digərləri Bir ailəyə düşən sosial yardımın orta məbləği nə qədər olub?

"2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. man

arrow Ətraflı
Mahsun Kırmızıgülə ağır itki like
  • 14 Mar 11:40  
Şou-biznes Mahsun Kırmızıgülə ağır itki

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib

arrow Ətraflı
Quba yolunda dəhşətli qəza like
  • 14 Mar 11:37  
Digərləri Quba yolunda dəhşətli qəza

Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun

arrow Ətraflı
Azərbaycanda iki universitet yaradılacaq like
  • 14 Mar 11:34  
Digərləri Azərbaycanda iki universitet yaradılacaq

2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat

arrow Ətraflı
Azərbaycan Türkiyədə zəlzələ bölgəsində bərpa üçün nə qədər vəsait ayırıb? like
  • 14 Mar 11:28  
Digərləri Azərbaycan Türkiyədə zəlzələ bölgəsində bərpa üçün nə qədər vəsait ayırıb?

Türkiyədə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ bölgəsində b

arrow Ətraflı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürülür  Karvan yola düşdü like
  • 14 Mar 11:25  
Digərləri Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürülür Karvan yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı