Bir ailəyə düşən sosial yardımın orta məbləği nə qədər olub?


Digərləri 14 Mar 2025 11:45:00 83 0

Bir ailəyə düşən sosial yardımın orta məbləği nə qədər olub?

"2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37,7 mlrd. manat (95% icra) təşkil edib".

"Qafqazinfo" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nı təqdim edərkən bildirib.

"Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib.  

Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib", - deyə Baş nazir bildirib.

***

Baş nazir əlavə edib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib: "2024-cü ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3% artıb, yaşayış minimumu  ölkə üzrə 9,8% artıb. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub".

***

Əli Əsədovun sözlərinə görə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib: "Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.

Prezident İlham Əlyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib. 

Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb. Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılıb. 

Bununla yanaşı qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılmışdır. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub. 

Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4%-ni təşkil edərək 15,5 mlrd. manat olub".

***

"Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılıb (artım 8,2%).

Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir", - deyə Baş nazir qeyd edib.

Mahsun Kırmızıgülə ağır itki like
  • 14 Mar 11:40  
Şou-biznes Mahsun Kırmızıgülə ağır itki

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib

arrow Ətraflı
Quba yolunda dəhşətli qəza like
  • 14 Mar 11:37  
Digərləri Quba yolunda dəhşətli qəza

Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun

arrow Ətraflı
Azərbaycanda iki universitet yaradılacaq like
  • 14 Mar 11:34  
Digərləri Azərbaycanda iki universitet yaradılacaq

2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat

arrow Ətraflı
Azərbaycan Türkiyədə zəlzələ bölgəsində bərpa üçün nə qədər vəsait ayırıb? like
  • 14 Mar 11:28  
Digərləri Azərbaycan Türkiyədə zəlzələ bölgəsində bərpa üçün nə qədər vəsait ayırıb?

Türkiyədə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ bölgəsində b

arrow Ətraflı
Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürülür  Karvan yola düşdü like
  • 14 Mar 11:25  
Digərləri Yataqxana və digər inzibati binalarda yaşayan ailələr Ballıcaya köçürülür Karvan yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
İşğaldan azad olunmuş ərazilərdə 227 videomüşahidə kamerası quraşdırılıb like
  • 14 Mar 11:21  
Digərləri İşğaldan azad olunmuş ərazilərdə 227 videomüşahidə kamerası quraşdırılıb

Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən hüqu

arrow Ətraflı
Sülhün bir addımlığında  Bu məsələlər də həll olunsa... like
  • 14 Mar 11:20  
Siyasət Sülhün bir addımlığında Bu məsələlər də həll olunsa...

Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən sülh danış

arrow Ətraflı
Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb like
  • 14 Mar 11:16  
Digərləri Azad edilən ərazilərdə görülən bərpa və yenidənqurma işlərinin həcmi açıqlanıb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun Sus kəndində

arrow Ətraflı
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı like
  • 14 Mar 11:12  
Digərləri Daha bir maye qazdoldurma məntəqəsi bağlandı

İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

arrow Ətraflı
Laçın Beynəlxalq Hava Limanı bu il istifadəyə veriləcək like
  • 14 Mar 11:09  
Digərləri Laçın Beynəlxalq Hava Limanı bu il istifadəyə veriləcək

Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdı

arrow Ətraflı
Bu ərazidə aktiv döyüşlər GEDİR  Ukrayna əkshücuma keçir like
  • 14 Mar 11:06  
Dünya Bu ərazidə aktiv döyüşlər GEDİR Ukrayna əkshücuma keçir

Ukraynanın Xarkov vilayətinin Boquslavka kəndi ərazisində aktiv döyüşlə

arrow Ətraflı
Bələdiyyə sədrinin qızı aktyorla eşq yaşayır  FOTO like
  • 14 Mar 11:00  
Şou-biznes Bələdiyyə sədrinin qızı aktyorla eşq yaşayır FOTO

"Behzat Ç" kimi tanınan məşhur aktyor və Etimesqut bələdiyyəsi

arrow Ətraflı
Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirdi like
  • 14 Mar 10:30  
Digərləri Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirdi

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN)

arrow Ətraflı
Kerem Özdoğan ata olacaq like
  • 14 Mar 10:27  
Şou-biznes Kerem Özdoğan ata olacaq

"Prens" serialının aktyoru Kerem Özdoğan ata olacaq.

arrow Ətraflı
Qızılın qiymətində tarixi REKORD like
  • 14 Mar 10:00  
Digərləri Qızılın qiymətində tarixi REKORD

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiym

arrow Ətraflı