"Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması ümid mənbəyidir"
Siyasət 14 Mar 2025 13:57:00 60 0
Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması ümid mənbəyidir.
Trend xəbər verir ki, bu barədə Belçika baş nazirinin müavini, xarici, Avropa işləri və inkişaf üzrə əməkdaşlıq naziri Maksim Prevost "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Region və onun hüdudlarından kənarda vacib və faydalı olan davamlı sülh nəhayət ki, əlçatandır. Ümid edirəm ki, müqavilə ən qısa zamanda hər iki ölkə tərəfindən imzalanacaq", - o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın

Türkiyədə rəsmi qəzetdə dərc edilən yeni tənzimləmə ilə nəqliyyat v

Ağdamda 2025-ci ilin sonundək 10 minə yaxın əhalinin məskunlaşması nəz�

Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi va

2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəb

2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərc

"5 günün içində toyumda olub, ərə də getmişəm və bir kişi ilə 2

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və

"Adətən, yaz aylarında tikinti materiallarına tələbat artdığına g�

Alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlə

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilm

Ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas t

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sa

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi
