İlkin son qapını döydü Ali Məhkəmə qərar verəcək
Digərləri 23 İyl 2025 10:51:00 91 0
Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.
Bu xəbəri də oxu: Rusiya ordusu daha bir yaşayış məntəqəsini ələ keçirdi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.
Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.
Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.
Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.
Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.
İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəbləri

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqı

"İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış "Rəqə

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizin

Astroloji baxışa görə, bəzi bürclər hazırda həyatlarında böyük aydı

Hollivud aktyoru Bryus Uillisin səhhəti daha da pisləşib.

"Payız aylarında daşınmaz əmlak bazarında qiymət artımı son illər

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd k

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi

Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışm�

Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməs

Astroloqlar əhəmiyyətli peşəkar yüksəkliklərə çata bilən və çoxlu p

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərini
