Mərkəzi Bank uçot dərəcəsini endirdi


Digərləri 23 İyl 2025 10:04:00 92 0

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb.

Son.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.

Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib.

İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7%, ödənişli xidmətlər üzrə 7.2%, qeyri-qida məhsulları üzrə isə 2.8% təşkil edib. İllik baza inflyasiya isə 4.8% olub.

Son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0.6%, o cümlədən ərzaq qiymətləri indeksi 4.2% azalıb.

Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Ötən iclasdan bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7.03%, iyulun ötən dövründə isə 7.15% olub. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26%, sayı isə 55% artıb.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır. Bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır.

Baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək.

Bu qərar 24 iyul 2025-ci il tarixindən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il sentyabr ayının 10-da ictimaiyyətə açıqlanacaq.

Bu 3 bürc acı həqiqətlə üzüzə  Aldandıqlarını anlamaq üzrədirlər! like
  • 23 İyl 09:54  
Digərləri Bu 3 bürc acı həqiqətlə üzüzə Aldandıqlarını anlamaq üzrədirlər!

Astroloji baxışa görə, bəzi bürclər hazırda həyatlarında böyük aydı

arrow Ətraflı
Nə gəzə, nə də danışa bilir...  FOTO like
  • 23 İyl 09:41  
Şou-biznes Nə gəzə, nə də danışa bilir... FOTO

Hollivud aktyoru Bryus Uillisin səhhəti daha da pisləşib.

arrow Ətraflı
Əmlak bazarında bahalaşma gözlənilir – Ekspertdən XƏBƏRDARLIQ like
  • 23 İyl 09:33  
Digərləri Əmlak bazarında bahalaşma gözlənilir – Ekspertdən XƏBƏRDARLIQ

"Payız aylarında daşınmaz əmlak bazarında qiymət artımı son illər

arrow Ətraflı
İki valyuta ucuzlaşdı, dollar isə... like
  • 23 İyl 09:24  
Digərləri İki valyuta ucuzlaşdı, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Ağdamdakı yanğının söndürülməsinə helikopterlər cəlb edildi like
  • 23 İyl 09:16  
Digərləri Ağdamdakı yanğının söndürülməsinə helikopterlər cəlb edildi

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd k

arrow Ətraflı
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı  FOTO like
  • 23 İyl 09:08  
Digərləri Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı FOTO

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birl

arrow Ətraflı
Bu rayonda işıq olmayacaq like
  • 23 İyl 09:06  
Digərləri Bu rayonda işıq olmayacaq

Bu gün Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi

arrow Ətraflı
Hələ də anası ilə küsülüdür like
  • 23 İyl 08:48  
Şou-biznes Hələ də anası ilə küsülüdür

Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışm�

arrow Ətraflı
Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur like
  • 23 İyl 08:08  
Digərləri Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməs

arrow Ətraflı
Zəngin olmaq üçün doğulan like
  • 23 İyl 07:07  
Digərləri Zəngin olmaq üçün doğulan

Astroloqlar əhəmiyyətli peşəkar yüksəkliklərə çata bilən və çoxlu p

arrow Ətraflı
Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq  12 illik araşdırma riski üzə çıxardı! like
  • 23 İyl 02:02  
Digərləri Gündəlik makiyaj edən qadınlara xəbərdarlıq 12 illik araşdırma riski üzə çıxardı!

ABŞ-da aparılan genişmiqyaslı araşdırma gündəlik makiyaj vərdişlərini

arrow Ətraflı
Bu saatlarda gəzinti xərçəng riskini azaldır like
  • 23 İyl 01:01  
Digərləri Bu saatlarda gəzinti xərçəng riskini azaldır

Yeməkdən sonra cəmi 30 dəqiqəlik gəzinti bağırsaq xərçəngi də daxil

arrow Ətraflı
Bu rayonda işıq kəsiləcək like
  • 23 İyl 00:40  
Digərləri Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat El

arrow Ətraflı
İllər əvvəl "Vağzalı" ilə gəlin köçən like
  • 23 İyl 00:15  
Şou-biznes İllər əvvəl "Vağzalı" ilə gəlin köçən

Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaş

arrow Ətraflı
Günün qoroskopu: ruhunuz narahat ola bilər like
  • 23 İyl 00:01  
Digərləri Günün qoroskopu: ruhunuz narahat ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı