Daxili Qoşunların yaranmasından 33 il ötür
Digərləri 12 Mar 2025 09:53:00 80 0
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 33 il ötür.
Bu xəbəri də oxu: Qızının heç yerdə görünməyən FOTOsunu paylaşdı
Son.az-ın məlumatına görə, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.
1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib.
1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
DQ Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir.
Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqazidd qəsdlərdən qoruyur.
Daxili Qoşunların hərbi qulluqçuları 1992-1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində savaşıblar.
ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdı

252 milyon il əvvəl baş verən kütləvi nəsli kəsilmə tədqiqatları haz�

Astrologiya sirlərlə doludur və ən maraqlı suallardan biri hansı bürclər

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov toksik

Ağsuda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Müğənni Manaf Ağayev "Tarixin bir günü" verilişinin qonağı ol

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Rusiya Prezidentinin müşavirləri Aleksey Dyumin, Nikolay Patruşev, Rusiya Ba

Yuxu yozmaq qədimdən insanların maraq göstərdiyi bir sahədir. Yuxuların y

Paytaxtın Səbail rayonundakı XS gecə əyləncə mərkəzi ətrafda yaşayan

"Uzak Şehir" serialına tarazlığı dəyişəcək yeni bir ad daxil

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tə
