Dünya tarixinin ən böyük fəlakəti təkrarlanacaq?
Dünya 12 Mar 2025 09:42:00 72 0
252 milyon il əvvəl baş verən kütləvi nəsli kəsilmə tədqiqatları hazırkı qlobal istiləşmənin bizi hara aparacağını göstərir.
Bu xəbəri də oxu: Tramp Zelenskini yenə Ağ Evə dəvət edəcək
Müasir ekoloji problemlər qlobal ekosistemdə geri dönməz dəyişikliklərə və hətta bütün planetdə kütləvi nəsli kəsilməyə səbəb ola bilər. Bu ssenari qeyri-mümkün deyil, çünki Yer tarixində artıq belə hadisələr baş verib.
Son.az xəbər verir ki, bu barədə "Interesting Engineering" elmi jurnalı yazır.
Böyük nəsli kəsilmə və onun səbəbləri
Perm-Trias dövrü nəsli kəsilməsi Yer tarixində ən dağıdıcı hadisə olub. Təxminən 252 milyon il əvvəl dəniz canlılarının 96%-i və quru onurğalılarının 70%-i yox olub.
Bu fəlakətin əsas səbəbi ardıcıl baş verən vulkan püskürmələri idi. Nəticədə atmosferə 100 trilyon metrik ton karbon qazı buraxıldı. Bunun ardınca isə zəncirvari reaksiyalar başladı:
Qlobal temperatur kəskin artdı, Okeanlar oksigen ehtiyatını itirdi, Planetin karbon dövranı tamamilə pozuldu.
Alimlərin araşdırmaları
Cenevrə Universitetindən Dr Maura Brunettinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu qədim ekosistemləri bərpa etmək üçün bitki qalıqlarını, tozcuqları və fosilləri öyrənib. Onların gözləmədiyi nəticə isə qlobal temperaturun 10°C artması oldu.
Perm-Trias dövründə ekoloji dəyişiklikləri anlamaq üçün alimlər qədim Yer coğrafiyasının xəritəsini tərtib edib. Onlar bitki fosillərini altı əsas biom (həmişəyaşıl tropiklər, mövsümi tropiklər, mülayim enliklər, səhralar və s.) ilə müqayisə edərək iqlim dəyişikliklərini qiymətləndiriblər.
Tədqiqat nəticəsində bitki biomlarında ciddi dəyişikliklər aşkar edilib. Perm dövrünün sonlarında hava soyuq olub, ancaq erkən Trias dövründə iqlim xaotik dəyişkən olub.
Lakin son Trias dövründə (Olenekian və Anisian mərhələləri) temperatur 10°C artaraq sabitləşib.
Astrologiya sirlərlə doludur və ən maraqlı suallardan biri hansı bürclər

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov toksik

Ağsuda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Müğənni Manaf Ağayev "Tarixin bir günü" verilişinin qonağı ol

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Rusiya Prezidentinin müşavirləri Aleksey Dyumin, Nikolay Patruşev, Rusiya Ba

Yuxu yozmaq qədimdən insanların maraq göstərdiyi bir sahədir. Yuxuların y

Paytaxtın Səbail rayonundakı XS gecə əyləncə mərkəzi ətrafda yaşayan

"Uzak Şehir" serialına tarazlığı dəyişəcək yeni bir ad daxil

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tə

Bir sıra apteklərdə civəli termometr tapmaq mümkün deyil. Əczaçılar dey

Bu gün İmişlinin şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yara
