Millət vəkilindən şok açıqlama: "İranı vuran İsrail deyil"


Dünya 13 İyn 2025 22:00:00 73 0

Millət vəkilindən şok açıqlama: "İranı vuran İsrail deyil"

"İsrailin həyata keçirdiyi hərbi əməliyyatların arxasında əslində Qərb gücləri dayanır".

Son.az "haberler"ə istinadən xəbər verir ki, bunu HÜDA PAR sədr müavini və Türkiyə Böyük Millət Məclisinin Qaziantep millət vəkili Şahzadə Demir deyib. 

O, İsrailin İranın nüvə proqramına qarşı başladığı "Yüksələn Aslan" əməliyyatının pərdəarxası ilə bağlı sərt açıqlamalar verib.

"Bu hücumun arxasında Qərb var"

Onun sözlərinə görə, İsrailin bu qədər ölkəni qarışdırması, bölgəni xaosa sürükləməsi mümkün deyil:

"İsrailin istifadə etdiyi taktika, hərbi strategiya, silahlar, aviasiya sistemləri, kəşfiyyat şəbəkələri və dəqiq zərbələr - bunların hamısı Qərbin gücü ilə mümkün olur. İranı vuran İsrail deyil, Amerikadır, İngiltərədir və onlara dəstək verən digər qüvvələrdir".

"Bu, İsrailin deyil, Amerikanın strategiyasıdır"

Demir əlavə edib ki, İsrail təkbaşına belə bir hərbi əməliyyatı həyata keçirmək gücündə deyil:

"İsrailin bu qədər ölkəni qarışdırması, bölgəni xaosa sürükləməsi mümkün deyil. Bu, Amerika və müttəfiqlərinin planıdır. Əgər biz bu əməliyyatları İsrailin strategiyası kimi qiymətləndirsək, ciddi yanılgıya düşərik".

"NATO da bu prosesin içindədir"

Demir bölgədəki hərbi və siyasi proseslərə NATO-nun da birbaşa dəstək verdiyini bildirib:

"Amerika və İsrail bu prosesdə birlikdə hərəkət edir. İngiltərə və Fransa da arxa cəbhədə onları dəstəkləyir. NATO güclərinin bu əməliyyatlara ciddi şəkildə qatıldığını görürük".

Demir son olaraq xəbərdarlıq edib ki, bölgədə baş verənləri yalnız İsrailin fəaliyyəti kimi dəyərləndirmək yanlış yanaşmadır və məsələnin qlobal güclərin planı olduğunu düzgün oxumaq lazımdır.

Kənan Son.az

Şəmkirdə gənc qızla oğlan suda boğuldu  FOTO like
  • 13 İyn 21:52  
Digərləri Şəmkirdə gənc qızla oğlan suda boğuldu FOTO

Şəmkir rayonunda suda iki nəfər boğulub.  

arrow Ətraflı
Bir ailə qəzada yox oldu  Ən son selfi like
  • 13 İyn 21:50  
Dünya Bir ailə qəzada yox oldu Ən son selfi

Xəbər verdiyimiz kimi, Hindistandan Londona yola düşən "Air India"

arrow Ətraflı
Putindən İranİsrail gərginliyinə reaksiya like
  • 13 İyn 21:24  
Dünya Putindən İranİsrail gərginliyinə reaksiya

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pəzeşkiyan və İsrai

arrow Ətraflı
Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib  FOTO like
  • 13 İyn 21:20  
Kriminal Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib FOTO

"Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça

arrow Ətraflı
“Boeing”in vəziyyəti çətinləşir  Qəzaların səbəbi nədir? like
  • 13 İyn 21:12  
Dünya “Boeing”in vəziyyəti çətinləşir Qəzaların səbəbi nədir?

Xəbər verdiyimiz kimi, ötən gün "Air İndia" aviaşirkətinə mə

arrow Ətraflı
İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirildi like
  • 13 İyn 20:48  
Dünya İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirildi

İsrail ordusu İranın Fordo bölgəsindəki nüvə obyekti yaxınlığına zə

arrow Ətraflı
İsrail Həmədanda aviabazanı yenidən vurdu like
  • 13 İyn 20:36  
Dünya İsrail Həmədanda aviabazanı yenidən vurdu

İsrail İranın Həmədan şəhərindəki Nozhe aviabazasını yenidən vurub.

arrow Ətraflı
Bakıda ölümlə bitən mübahisə  Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi like
  • 13 İyn 20:24  
Kriminal Bakıda ölümlə bitən mübahisə Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi

Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi

arrow Ətraflı
İsrail əməliyyata niyə bu adı verib?  Detallar like
  • 13 İyn 20:12  
Dünya İsrail əməliyyata niyə bu adı verib? Detallar

İsrail Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlara &qu

arrow Ətraflı
İsti havada rahat yuxuya getməyin 5 effektiv yolu like
  • 13 İyn 20:00  
Digərləri İsti havada rahat yuxuya getməyin 5 effektiv yolu

Yay aylarının istiləri insanların yuxu keyfiyyətinə mənfi təsir göstər

arrow Ətraflı
BakıNaxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı like
  • 13 İyn 19:51  
Digərləri BakıNaxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

arrow Ətraflı
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı like
  • 13 İyn 19:44  
Kriminal Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tə

arrow Ətraflı
KOBİAda 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib  FOTO like
  • 13 İyn 19:36  
Digərləri KOBİAda 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik v

arrow Ətraflı