KOBİAda 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib FOTO
Digərləri 13 İyn 2025 19:36:00 105 0
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə "Bakı KOB evi"ndə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Milli Qurtuluşdan - Suverenliyin tam bərpasına doğru" mövzusunda tədbir keçirilib.
Bu xəbəri də oxu: İsti havada rahat yuxuya getməyin 5 effektiv yolu
Əvvəlcə millət vəkilləri, KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının nümayəndələri "Bakı KOB evi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.
Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra KOBİA tərəfindən hazırlanmış, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Milli Məclisin deputatları Sadiq Qurbanov və Samir Vəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü genişmiqyaslı tədbirlərdən danışıblar. Qeyd olunub ki, 15 iyun 1993-cü il Azərbaycanın siyasi xaos və müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas olması, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinin başlanğıc tarixidir. Məhz bu tarixdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə sabitlik bərqərar olub, sistemli şəkildə iqtisadi islahatlara başlanılıb, o cümlədən sahibkarlığın inkişafı üçün əlverişli şərait formalaşdırılıb. Çıxışçılar Ümummilli Liderin ölkəmizin hərtərəfli inkişafı strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.
Tədbir çərçivəsində YAP sıralarına yeni qəbul olunmuş bir qrup KOBİA əməkdaşına partiya vəsiqələri, eləcə də partiya fəaliyyətində fəal iştirakına görə KOBİA-nın bir neçə əməkdaşına YAP Nərimanov rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim edilib.
Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə

"Xatirə olacaq səhnələr" adlı sərgi təşkil olunur. Azərbayca

İsrailin nüvə obyektlərini vurması və yüksək rütbəli generallar ilə a

"Bu gün gecə saat 3-dən etibarən İsrailin İrana endirdiyi hava zərb�

Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata

Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artı

İsrailin İrana qarşı hərbi kampaniyası 14 gün davam edəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14-16 iyun 2025-

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan ko

Qazaxıstandan olan Çingiz Alqazin yaşadığı qeyri-adi hadisə nəticəsind�

Azərbaycan tərəfindən İran İslam Respublikasından təxliyələrin həyata

Bakıda "parkovşik"lər arasında baş verən insidentlə bağlı mə

ABŞ-in Vaşinqton şəhərində Miqrasiya və Gömrük Xidmətinin binası yax�

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarş�
