ICMPnin hazırladığı hesabat Azərbaycan XİNə təqdim edilib


Siyasət 10 Mar 2025 10:46:00 74 0

ICMPnin hazırladığı hesabat Azərbaycan XİNə təqdim edilib

Xarici İşlər Nazirliyindən 2018-ci ilin may ayında Dövlət Komissiyasına daxil olmuş məktubda Azərbaycanın Niderlanddakı səfirliyinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) Siyasət və Əməkdaşlıq üzrə Direktoru ilə 17 may 2018-ci il tarixdə keçirilmiş görüşündə bu qurum ilə əməkdaşlıq imkanlarının müzakirə olunması barədə məlumat verilmiş və bu əməkdaşlığın təşkilata üzvlük və ya ikitərəfli saziş əsasında həyata keçirilməsi ilə bağlı rəy bildirilməsi xahiş edilmişdir.

Trend xəbər verir ki, bunu bu gün Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın katibi Qəzənfər Əhmədov "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, məsələ ilə bağlı Dövlət Komissiyası tərəfindən bu sahədə digər imkanların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından faydalı olacağı nəzərə alınaraq, XİN nümayəndəsinin iştirakı ilə ICMP ilə müzakirələrin aparılması məqsədəuyğun hesab edilib.

"2021-ci ildə Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyevin təşəbbüsü ilə İCMP ilə yenidən müzakirələr aparılmışdır. 2021-ci ilin noyabrında ölkəmizin Niderland Krallığındakı səfiri ilə Haaqa şəhərində keçirilmiş görüş zamanı ICMP Azərbaycanla əməkdaşlıq etməyi və bununla bağlı müvafiq sənədin imzalanmasını təklif edib.

Məsələ ilə əlaqədar olaraq, 2022-ci ilin əvvəlindən etibarən PA-nın, XİN-in, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşlarının iştirakı ilə ICMP-nin rəhbərliyi ilə bir neçə dəfə onlayn görüş keçirilmiş və müzakirələr aparılıb.

2022-ci ilin aprel ayının 4-də İCMP-nin Baş direktoru Katrin Bomberger və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı Dövlət Komissiyası və İCMP arasında Protokol imzalanıb", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin 5-16 iyun tarixlərində ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər etmiş, səfər çərçivəsində Siyasət və Əməkdaşlıq üzrə direktor Andreas Kleyzer və qurumun proqram meneceri Karmen Osorno Solis Dövlət Komissiyasında və bir sıra aidiyyəti dövlət qurumlarında qəbul olunublar.

"Səfər zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məqsədilə ICMP tərəfindən ölkəmizdə Qiymətləndirmə missiyası həyata keçirilmiş, missiyanın nəticəsi olaraq ICMP tərəfindən hazırlanmış hesabat XİN-ə göndərilmiş, aidiyyəti dövlət qurumları tərəfindən hesabatla bağlı rəy və təkliflər hazırlayaraq XİN-ə təqdim edilmişdir", - deyə Qəzənfər Əhmədov qeyd edib.

Tramp və Bakı: bundan sonra nələr ola bilər? like
  • 10 Mar 10:40  
Siyasət Tramp və Bakı: bundan sonra nələr ola bilər?

Cənubi Qafqaz - dünyanın maraqlarının kəsişdiyi mürəkkəb bir regiondur

arrow Ətraflı
Suriyada dəhşət: Ölənlərin sayı mini keçdi like
  • 10 Mar 10:34  
Dünya Suriyada dəhşət: Ölənlərin sayı mini keçdi

Latakiya və ətraf bölgələrdə baş verən son hadisələrdə ölənlərin s

arrow Ətraflı
Ermənistan məzar yerləri barədə məlumat verməkdən boyun qaçırır – DTX rəisinin müavini like
  • 10 Mar 10:30  
Digərləri Ermənistan məzar yerləri barədə məlumat verməkdən boyun qaçırır – DTX rəisinin müavini

Ermənistanın təcavüzü nəticəsində 900-dən artıq yaşayış məntəqəs

arrow Ətraflı
Bakının bu hissəsində işıq olmayacaq like
  • 10 Mar 10:25  
Digərləri Bakının bu hissəsində işıq olmayacaq

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində f

arrow Ətraflı
700ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165i ailələrinə təhvil verilib like
  • 10 Mar 10:19  
Digərləri 700ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165i ailələrinə təhvil verilib

Azad edilmiş ərazilərdə aparılan qazıntı işləri zamanı 23 kütləvi m�

arrow Ətraflı
3 yaşlı uşaq faciəvi şəkildə öldü like
  • 10 Mar 10:04  
Digərləri 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Balakən rayonunda 3 yaşlı uşaq evin həyətində su vannasında boğulub.

arrow Ətraflı
Kainatın gizli xəzinəsi: 10 min illik supernova qalıqları yenidən görüntüləndi like
  • 10 Mar 10:00  
Digərləri Kainatın gizli xəzinəsi: 10 min illik supernova qalıqları yenidən görüntüləndi

NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Hubble Kosmik Te

arrow Ətraflı
Hicablı qadından səhnədə müğənni ilə biabırçı hərəkət  VİDEO like
  • 10 Mar 09:55  
Digərləri Hicablı qadından səhnədə müğənni ilə biabırçı hərəkət VİDEO

Cənubi Koreyalı aktyor və müğənni Lee Min Ho Türkiyədə pərəstişkarla

arrow Ətraflı
Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub like
  • 10 Mar 09:48  
Digərləri Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub

Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birini

arrow Ətraflı
Məşhur firmanın reklamı qadağan edildi  Nazirlik 2,2 milyon like
  • 10 Mar 09:45  
Digərləri Məşhur firmanın reklamı qadağan edildi Nazirlik 2,2 milyon

"Procter & Gamble" şirkətinin "Ariel" markasına aid rekla

arrow Ətraflı
Bakıda "Kia" beton dirəyə çırpıldı  Ölən var like
  • 10 Mar 09:38  
Digərləri Bakıda "Kia" beton dirəyə çırpıldı Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ  Martın 11dən 14dək... like
  • 10 Mar 09:33  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ Martın 11dən 14dək...

Martın 19-dək sağlamlığa və avadanlıqların işinə təsir edə biləcək

arrow Ətraflı