Suriyada dəhşət: Ölənlərin sayı mini keçdi
Dünya 10 Mar 2025 10:34:00 90 0
Latakiya və ətraf bölgələrdə baş verən son hadisələrdə ölənlərin sayı mini keçib. Məlumata əsasən, 700-dən çox insan yaxın məsafədən güllələnərək öldürülüb.
Bu xəbəri də oxu: Tramp: "Zelenski indi sülhə razıdır"
Son.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupunu məlumat verib.
Toqquşmalarda Əsədyönlü ünsürlərdən 148, Suriya hökumət qüvvələrindən isə 125 nəfər həyatını itirib. Hadisələrin gedişatında Ceblah rayonunda devrilmiş rejim ünsürlərinin həyata keçirdiyi hücum nəticəsində ən azı 11 təhlükəsizlik əməkdaşı həlak olub.
Hücumdan sonra Suriya ordusu bölgəyə ağır silahlar, tanklar və zirehli texnika göndərib. Əməliyyatlarda ən azı 50 təhlükəsizlik işçisi ölüb. Həmçinin, bölgədə mülki vətəndaşların hədəfə alındığına dair məlumatlar yayılıb.
Suriya Prezidenti Əhməd Şara hücumlarla bağlı açıqlama verərək, devrilmiş rejimin ünsürlərinin ekstremizmə səbəb ola biləcək təxribat yaratmaq istədiyini bildirib. O, ölkənin birlik və bərabərlik içində yenidən qurulması çağırışı edib.
Suriya Müdafiə Nazirliyi martın 6-7-də keçirilən hərbi və təhlükəsizlik əməliyyatları zamanı mümkün qanun pozuntularını araşdırmaq və günahkarları mühakimə etmək məqsədilə xüsusi komitə yaradıldığını açıqlayıb.
Suriyada artan zorakılıq fonunda ABŞ və Rusiya bazar ertəsi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirməyə çağırıb.
Fidan Son.az
Ermənistanın təcavüzü nəticəsində 900-dən artıq yaşayış məntəqəs

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində f

Azad edilmiş ərazilərdə aparılan qazıntı işləri zamanı 23 kütləvi m�

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 983 nəfər itki

Balakən rayonunda 3 yaşlı uşaq evin həyətində su vannasında boğulub.

NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Hubble Kosmik Te

Cənubi Koreyalı aktyor və müğənni Lee Min Ho Türkiyədə pərəstişkarla

Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birini

"Procter & Gamble" şirkətinin "Ariel" markasına aid rekla

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

Martın 19-dək sağlamlığa və avadanlıqların işinə təsir edə biləcək

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Şabran rayonunda ana və övladı dəm qazından zəhərlənib.
