Kainatın gizli xəzinəsi: 10 min illik supernova qalıqları yenidən görüntüləndi


Digərləri 10 Mar 2025 10:00:00 94 0

Kainatın gizli xəzinəsi: 10 min illik supernova qalıqları yenidən görüntüləndi

NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Hubble Kosmik Teleskopu 35 illik xidmətinə yaxınlaşarkən məşhur bir supernova qalığı olan Pədə Dumanlığına yenidən fokuslanıb. 

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Qu bürcü istiqamətində, təxminən 2 400 işıq ili uzaqlıqda yerləşən bu dumanlıq, Günəşdən təxminən 20 dəfə böyük bir ulduzun 10 min il əvvəl şiddətli partlayışı nəticəsində geridə qalan izlərdir.

Hubble Kosmik Teleskopu tərəfindən çəkilmiş bu şəkil Pərdə Dumanlığı adlı fövqəlnova qalığını göstərir. Şəkildəki mavi, qırmızı və sarı rənglər isti qazdakı müxtəlif növ atomlardan yayılan işığı təmsil edir

Müxtəlif dalğa uzunluqlarında əldə edilən yeni görüntü

"Hubble"ın Geniş Sahə Kamerası 3 (WFC3) vasitəsilə fərqli filtrlərdən istifadə edilərək çəkilən yeni və rəngli görüntüdə hidrogen, kükürd və oksigen atomları xüsusilə vurğulanıb. Görüntü Pərdə Dumanlığının yalnız kiçik bir hissəsini əhatə edir və bu sahə yan-yana düzülmüş altı Yer peykinin ölçüsünə bərabərdir. "Hubble" bu möhtəşəm dumanlığın görüntülərini daha əvvəl 1994, 1997 və 2015-ci illərdə də çəkmişdi.

1994-cü ilin noyabrında və 1997-ci ilin avqustunda çəkilmiş Pərdə Dumanlığının şəkilləri

Təqdim olunan şəkil dumanlığın nəhəng strukturunun yalnız kiçik bir hissəsini göstərən, təxminən iki işıq ili genişliyini əhatə edir. Altı fərqli "Hubble" şəklini birləşdirərək yaradılan bu mozaika 14-17 aprel 2015-ci il tarixləri arasında çəkilmiş şəkillərdən yaradılıb

Bu son görüntü tək bir vaxt çərçivəsində əldə edilsə də, göy alimlərinə son 30 ildə aparılan elmi tədqiqatları daha yaxşı anlamağa kömək edir. 1994-cü ildə "Hubble" tərəfindən çəkilmiş görüntülərlə birləşdirildikdə, bu yeni görüntü qaz buludlarının və nazik lifvari strukturların zamanla necə hərəkət etdiyini aydın şəkildə göstərir.

"Hubble"ın gecə səması müsabiqəsi

Bu il NASA və Astronomiya Birliyi "Hubble"ın Gecə Səması Yarışmasını elan edib. Hər ay "Hubble" alimləri astrofotoqrafların çəkə biləcəyi göy cisimlərinin siyahısını təqdim edəcəklər. Yarışmada seçilən bütün hədəflər Yerdən, xüsusən teleskop və ya durbin vasitəsilə müşahidə edilə bilir.

Əvvəlki müsabiqələrdə iştirakçılardan M1 Xərçəng Dumanlığı və C39 Kloun Dumanlığı kimi obyektləri görüntüləmələri istənilmişdi. Mart ayı üçün Şimal Yarımkürəsindəki müşahidəçilərə M44 (Arı yuvası), açıq ulduz topası M48, M67 və ya "Qızıl Göz Kral Kobrası" və C48 sarmal qalaktikasına fokuslanmaları tövsiyə olunur. Cənub Yarımkürəsində olan müşahidəçilərə isə, bu hədəflərə əlavə olaraq C90 planetar dumanlığını araşdırmaları məsləhət görülür.

35 illik kəşf və elmi miras

24 aprel 1990-cı ildə orbitə buraxıldığından bəri Hubble Kosmik Teleskopu 1,5 milyondan çox müşahidə aparıb və bu məlumatlar 20 mindən çox elmi məqalədə istifadə olunub. Kainatın sirrlərini açmağa davam edən bu teleskop, astrofizika sahəsində ən mühüm alətlərdən biri olaraq qalır.

Hicablı qadından səhnədə müğənni ilə biabırçı hərəkət  VİDEO like
  • 10 Mar 09:55  
Digərləri Hicablı qadından səhnədə müğənni ilə biabırçı hərəkət VİDEO

Cənubi Koreyalı aktyor və müğənni Lee Min Ho Türkiyədə pərəstişkarla

arrow Ətraflı
Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub like
  • 10 Mar 09:48  
Digərləri Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub

Dövlət Turizm Agentliyinin istintaqa cəlb olunmuş əməkdaşlarından birini

arrow Ətraflı
Məşhur firmanın reklamı qadağan edildi  Nazirlik 2,2 milyon like
  • 10 Mar 09:45  
Digərləri Məşhur firmanın reklamı qadağan edildi Nazirlik 2,2 milyon

"Procter & Gamble" şirkətinin "Ariel" markasına aid rekla

arrow Ətraflı
Bakıda "Kia" beton dirəyə çırpıldı  Ölən var like
  • 10 Mar 09:38  
Digərləri Bakıda "Kia" beton dirəyə çırpıldı Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ  Martın 11dən 14dək... like
  • 10 Mar 09:33  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ Martın 11dən 14dək...

Martın 19-dək sağlamlığa və avadanlıqların işinə təsir edə biləcək

arrow Ətraflı
Azərbaycanda bir valyuta bahalaşdı, digəri isə ucuzlaşdı  Dolların qiyməti neçə olub? like
  • 10 Mar 09:29  
Digərləri Azərbaycanda bir valyuta bahalaşdı, digəri isə ucuzlaşdı Dolların qiyməti neçə olub?

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Şabranda ana və övladı dəm qazından zəhərləndi  ölən var like
  • 10 Mar 09:24  
Digərləri Şabranda ana və övladı dəm qazından zəhərləndi ölən var

Şabran rayonunda ana və övladı dəm qazından zəhərlənib.

arrow Ətraflı
İş dəftərləri pulsuz veriləcək? like
  • 10 Mar 09:17  
Digərləri İş dəftərləri pulsuz veriləcək?

Təhsil müəssisələrində tələb olunan iş dəftərlərinin şəxsi vəsait

arrow Ətraflı
NyuYork birjasında təbii qaz 5%dək bahalaşıb like
  • 10 Mar 09:12  
Digərləri NyuYork birjasında təbii qaz 5%dək bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların�

arrow Ətraflı
Kanadanın yeni baş nazirindən Vaşinqtona xəbərdarlıq like
  • 10 Mar 09:08  
Dünya Kanadanın yeni baş nazirindən Vaşinqtona xəbərdarlıq

"Kanada heç vaxt ABŞ-nin bir hissəsi olmayacaq".

arrow Ətraflı
"Kəs səsini, kiçik adam!": Mask və Rubio onu alçaltdı like
  • 10 Mar 09:01  
Dünya "Kəs səsini, kiçik adam!": Mask və Rubio onu alçaltdı

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İl

arrow Ətraflı
Bakıda ağır qəza: "BakuBus" yük maşını ilə toqquşdu like
  • 10 Mar 08:58  
Digərləri Bakıda ağır qəza: "BakuBus" yük maşını ilə toqquşdu

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
ABŞdə 12 ştatda qızılca tüğyan edir like
  • 10 Mar 08:52  
Dünya ABŞdə 12 ştatda qızılca tüğyan edir

Xüsusilə ABŞ-ın Texas və Nyu-Meksiko ştatlarında təsirli olan qızılca

arrow Ətraflı