Bir neçə il sonra Yeri gözləyən böyük
Dünya 02 Mar 2025 12:19:00 98 0
Bir neçə ildən sonra "2024 YR4" asteroidinin Ayla toqquşması səkkiz meqaton gücündə partlayışa səbəb ola bilər ki, bu da səma cisminin qalıqlarının Yerə yağmasına gətirib çıxara bilər.
Bu xəbəri də oxu: Tramp yüzminlərlə bayquşu öldürməyi əmr etdi
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi əməkdaşı, astronom Leonid Yelenin bildirib.
Astronomların hesablamalarına görə, "2024 YR4" asteroidi 22 dekabr 2032-ci il tarixində Yerə yaxınlaşa bilər. Fevral ayının əvvəlində NASA bu toqquşma riskini 2.2 faiz olaraq qiymətləndirirdi, lakin sonradan bu rəqəm 3.1 faizə çatdı. Ötən həftə isə agentlik göstəricini 0.28 faizə endirdi. Avropa Kosmik Agentliyi (ESA) də 24 fevral tarixində asteroidin Yerə çırpılma ehtimalını 0.002 faizə qədər azaltdı.
Alimlər asteroidin Ayla toqquşma ehtimalını da nəzərdən keçirirlər. Tədqiqatçılar hesab edirlər ki, asteroidin dəqiq trayektoriyası yalnız 2028-ci ildə məlum olacaq.
"Hazırda asteroidin Ayla toqquşma ehtimalı təxminən bir faiz civarındadır, lakin bu göstərici də azalır. Bununla belə, bu cür toqquşma Yer üçün təhlükəli ola bilər, çünki güclü partlayış baş verəcək və enerji buraxılışı təxminən səkkiz meqaton təşkil edəcək. Ayın atmosferi yoxdur və onun cazibə qüvvəsi zəifdir, buna görə də, partlayış nəticəsində kosmosa atılan qalıqların bir hissəsi sonda Yerə düşə bilər", - deyə alim bildirib.
ABŞ-də İlon Maskın şirkəti tərəfindən hazırlanmış Qrok neyron şəb�

"Qazaxıstan Aktauda baş verən təyyarə qəzasının obyektiv və şəff

Biz adətən banan alarkən xarici görünüşünə fikir veririk, lakin həkiml

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qızı Nurla fotosunu paylaşıb.

Rusiyanın Krasnoyarsk diyarında qadın yemək yarışmasında ölüb.

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktə

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə APA-nın "Əsrin yaşıd�

Bir müddət öncə ayrılıq və boşanma xəbərləri ilə gündəmi zəbt ed�

Roma Papası Fransiskin bronxospazmdan sonra vəziyyəti sabit qiymətləndirili

ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə keçiril�

"Vətəndaş A"nın "Almaz"ı, peşəkar aktrisa Günəş Te

Sosial mediada yayılan bir video izləyicilərin ürəyini isidib.

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-Ukrayna gərginliyinə
