“Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər” FOTO


Şou-biznes 02 Mar 2025 10:47:00 113 0

“Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər”  FOTO

"Vətəndaş A"nın "Almaz"ı, peşəkar aktrisa Günəş Tegin OLAY-a müsahibə verib. 

Bu günlərdə sosial şəbəkələrdə və mediada çox danışılan sənətçi serialdan, teatrdan və şəxsi həyatından danışıb.

- Günəş xanım, "Vətəndaş A" uğurlu oldu. Bir də film çəkilişiniz var, deyəsən. 

-Hə. Filmimizin çəkilişləri bitdi. Kommersiya filmidir, komediya janrındadır. Tamaşaçılar məni tamam başqa obrazda görəcəklər. Fevralda təqdim olunacaq.

- "Vətəndaş A"nın bu qədər rezonans doğuracağını düşünürdünüz?

- Əslində, ssenarini əlimə götürəndə uğurlu layihə olacağına inanırdım. İlk gündən personajımı çox sevdim. Bu dərəcədə hamının danışacağı proyekt olacağını gözləmirdim. 

- Yolda görənlər sizə "Almaz müəllimə" demir ki?

- Bu vaxta kimi ağlıma gəlməzdi ki, nə vaxtsa mənə "müəllimə" deyə müraciət edəcəklər. Amma tez-tez "Almaz müəllimə" kimi reaksiyalar gəlir. Öz adımdan çox "Almaz" eşidirəm.

- Nadir hallarda obrazla aktyor arasında bu qədər uyğunluq olur. Elə bil, Almaz sizin üçün yazılan personajdır. Yoxsa xarakterinizdə oxşarlıqlar var?

- Xarakterimizdə uyğunluqlar çoxdur. Məsələn, mən yeniyetmə yaşlarından qoyulmuş stereotip qanunlar, lazımsız qaydalara qarşı çıxırdım. Özüm də başa düşmədən bildirirdim ki, niyə bu, belə olmalıdır? Niyə belədir? Bu, feminist düşüncə deyil. Xüsusilə Azərbaycanda qadınların adi ailə mühitində də sıxılmasına qarşı çıxırdım. Bu fikri Almazı oynamamışdan qabaq da deyirdim ki, qız uşaqlarına mütləq təhsil verilməlidir. Qadın öz ayaqlarının üzərində durmağı bacarmalıdır. Həyatın işini bilmək olmaz, sabah qarşısında kişi olmadan da başını itirməməlidir. 

- Əslində 2005-dən fəaliyyətdəsiniz. Kifayət qədər də uğurlu işlərdə rol almısınız. "Vətəndaş A"nı yaradıcılığınızın pik nöqtəsi saymaq olar?

- "Vətəndaş A"nı yaradıcılığımın pik nöqtəsi saymaq olar. Siz də qeyd etdiniz ki, uğurlu layihələrim, sevdiyim filmlərim və obrazlaırm var. Amma Almaz çox sevildi. Başqa cür sevildi. Bəlkə də onu Azərbaycanda bir qadın qəhrəmanın bu qədər qabarıq göstərilməsi sevdirdi. 

- Bəlkə də qadın qəhrəmana ehtiyac var idi...

- Hə. Ehtiyac var idi. Məsələn, bəzən bir şeir eşidirik, deyirik ki, İlahi, əslində bunu düşünürdüm, amma şair necə gözəl cümlələri muncuq kimi düzüb, qafiyəyə otuzdurub. Bəzən düşündüyümüzü dilimizə gətirmirik, amma görəndə içimizdə bir hayqırtı olur ki, bunu düşünürdüm və görürdüm. Çoxu da görmək istədiklərini orada görür.

- Olur ki, deyirsiniz, Almazın yerində olsam, bunu etməzdim?

- Cəsarətli addımları var. Bəzi etdiklərini mən etmərəm. Onun yaşam tərzi, düşdüyü mühit, böyüdüyü şərait başqadır. Günəşdə başqa. Məsələn, onun atdığı bəzi addımları atmazdan əvvəl mütləq düşünərdim ki, ailə, uşaq... Məsələn, çayxanada kişilərin içərisindəki çıxış etməyi... Hətta Almaz özü də bilirdi ki, burada hər şey baş verə bilər. Amma getdi, danışdı, ürəyindəki sözü dedi. Hamının dilində olan sözü dedi. Əslində, Almazın azadlığı var. O, kəndin azadlığından, qadınların azadlığından danışdı. Almaz özü personaj kimi çox azad qadındır. Sadəcə cəmiyyətin azadlığını hamının içərisində nümayiş etməsi, onu bəlkə də Günəş etməzdi...

- Mən də o səhnədən danışacaqdım. Məni ən çox təsirləndirən səhnə o idi. Tərif deyil, real müşahidəmdir. Orada təpədən dırnağa kimi rola girmişdiniz. Əlinizi sıxmağınız, asta-asta hərəkətləriniz, udqunmağınız belə... Hansı hissləri keçirdiniz? 

- Bilirsiniz, aktyorluq tək verilən sözü, monoloqu ifa etmək deyil. Təpədən dırnağa kimi aktyor olmalıdır. Aktyorun bir bədən dili var. Əslində həmin səhnədə Almazın bədən dili başqa şey deyir, oradan qaçıb getmək istəyir. Sözlərində başqa ifadədir. Bütün bunlar bir vəhdət təşkil edir. Düşünürəm ki, mən təklif olunmuş vəziyyətdə onu necə oynaya bilərdimsə, elə də oynadım. 

- Həmin səhnədə günümüzün aktual problemi qadına şiddəti də gördük.

- Bəli. Hazırda qadına şiddət, qadın hüquqlarının tapdalanması, erkən nikahlar aktual problemlərdir. Təəssüflər olsun ki, hələ də var. 

- Bu arada ötən günlərdə Audiovizual Şura İctimai TV-yə xəbərdarlıq etdi. Bununla bağlı nə düşünürsünüz?

- Düşünürəm ki, orada yazılmış müəyyən qayda-qanunlar var. Onlar da həmin qaydalara uyğun olaraq icra məcburiyyətində qalıblar. Bir tamaşaçı kimi baxanda efirimiz lazımsız verilişlər, vizual olaraq xoş olmayan filmlər, seriallarla doludur. Bunu hamı bilir, ona görə bu cür layihə ərsəyə gələndə bir fərq görünür ki, müqayisə üçün bir nəsnə var. Ümumilikdə orada "Vətəndaş A"nın ssenarisinə, başqa bir şeylərə irad yox idi. 

- Günəş xanım, siz həm də "Yuğ" teatrının aktrisasısınız. Teatrınızın binası yoxdur. Məsələyə bədii yanaşsaq, aktyorlar üçün teatr "ev" rolunu oynayır. Bir evinizin olmamağı necə hiss etdirir?

- Mən sizə təşəkkür edirəm ki, bu məqama toxundunuz. Çox nadir hallarda belə bir sual verilir. Düşündüm ki, soruşacaqsınız, teatr fəaliyyəti ilə kino fəaliyyətini necə uyğunlaşdırırsınız... Həqiqətən də bizim bu gün bina problemimiz var. Son vaxtlar  teatrlara tamaşaçı axını müşahidə olunur. Bu, çox sevindirici haldır. O cür şəraitdə tamaşalar qoyuruq, hamı işləyir. Sevdiyimiz işlə məşğuluq. Lakin çox pis şəraitdir, qrim otaqlarımız, soyunma otaqlarımız yoxdur. Tamaşa zalımız çox boğanaq və şəraitsizdir. Tamaşadan sonra tərli halda çıxıb duş qəbul edəcəyimiz yer yoxdur. Çox şəraitsizdir. Amma tamaşalara baxanda necə gözəl tamaşalar ortaya qoyulur, oynanılır. Çox istərdim ki, yaxın zamanda bina problemimiz həll olunsun. Nazir gəldi, görüşdü, kollektivlə, şəraitimizlə tanış oldu. Ümid edirik ki, bu ilin sonuna, gələn ilin əvvəlinə bizi sevindirərlər. 

- İnşallah bir eviniz olar...

- Hə. Bir evimiz olar. Kirayələrdən çıxarıq (gülür). 

- Yəqin məşqlər də çətin olar. Çünki tamaşaya hazırlıq müddəti də uzun olur.

- Çətindir. Ancaq bir rejissor iş görə bilir. İki tamaşa üçün iki saat ayrılmalıdır. O da mümkün deyil. Ancaq bir rejissor gözləyir ki, kiminsə tamaşası altı-yeddi aya ərsəyə gəlsin. Hər tamaşanın da öz ərsəyə gəlmə vaxtı var. Paralel iki tamaşa ərsəyə gətirmək olmur. 

- Bilirik ki, sizin sahənizdə qonoralar çox azdır. Bəzən həmkarlarınız şikayətlərini dilə gətirirlər. Əslində haqlıdırlar, az qonorarla iş görmək də çətindir. 

- Əlbəttə yaradıcı insan üçün çətindir, aktyor məcbur olur ki, başqa iş tapsın başqa yerə fikrini yönəldir. Orada tam olaraq yaradıcı kimi işinə köklənə bilmirsən. Düşünürsən ki, haradasa əlavə iş yeri olsun. Bu, teatra da təsir edir, məşqlərdə axsamalar olur. Heç kim aktyoru nədəsə ittiham edə bilmir ki, məşqə niyə gəlmirsən? Çünki hamı başa düşür ki, o başqa yerdə çalışır, ailə dolandırır. Maddi tərəfi də aşağıdır. Teatrımızın bir statusu yoxdur. İnşallah istəyirik ki, teatrımıza bir status verilsin. Çünki öz üslubunda olan yeganə teatrdır, psixosof üslubda tamaşalar qoyulur. Qeyri-adi səhnə həlləri ilə dolu olan yeganə teatrdır. 

- Müğənnilər arasında bir təbəqələşmə var, bölünürlər. Aktyorlar da teatr və kino aktyorları olaraq iki yerə ayrılır?

- Teatr aktyoru, kino aktyoru deyə bölünmə var. Ona görə fakültələr də ayrı-ayrıdır. Teatr aktyorunun oyun tərzi fərqlidir, mimika və jestlərini daha qabarıq göstərməlisən ki, arxada tamaşaçı da onu görə bilsin. Kino aktyoru minimalist oynamalıdır. Amma bizdə teatrımızın aktyorları filmlərdə də çəkilir, çox da uğurlu alınır. İstedadlı aktyorlarımız var.

- Almazı teatrda oynasaydınız, hansı fərqlər olardı?

- Onu mən bilmirəm, çünki mizanları və oyun tərzini rejissor göstəriş verir. Bir şey var ki, mən "Yuğ" teatrının aktrisasıyam. "Yuğ" balaca teatrdır, meydan teatrıdır. "Yuğ"da biz böyük mimikalardan, jestlərdən istifadə etmirik, kinoda da necə oynayırıqsa, orada da elə oynamaq kifayət olar. Amma Almazı teatrda oynamaq yaxşı fikirdir (gülür). 

- Bəs kənd sakinlərini necə sonluq gözləyir? Xoşbəxt, yoxsa dramatik... 

- Serialın sonluğundan danışırsınız? (gülür)

- Hə. O qədər realdır ki, bizim üçün onlar kənd sakinləridir...

- "Vətəndaş A"nın sonluğunu... Bölümlərimizə çox qalmayıb, onu gözləyib, baxsınlar. 


Xəbərə aid fotolar

Əlil övladı üçün çöldən qar gətirib evdə oynadılar  TƏSİRLİ VİDEO like
  • 02 Mar 10:37  
Digərləri Əlil övladı üçün çöldən qar gətirib evdə oynadılar TƏSİRLİ VİDEO

Sosial mediada yayılan bir video izləyicilərin ürəyini isidib.

arrow Ətraflı
Xamenedən ABŞUkrayna gərginliyinə REAKSİYA like
  • 02 Mar 10:27  
Dünya Xamenedən ABŞUkrayna gərginliyinə REAKSİYA

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-Ukrayna gərginliyinə

arrow Ətraflı
Bu ərazimizdə qarın hündürlüyü 1 metri keçdi like
  • 02 Mar 10:22  
Digərləri Bu ərazimizdə qarın hündürlüyü 1 metri keçdi

Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatına

arrow Ətraflı
Bu, Zelenski və Trampın razılaşdırılmış şousu idi: like
  • 02 Mar 10:07  
Dünya Bu, Zelenski və Trampın razılaşdırılmış şousu idi:

Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskin

arrow Ətraflı
Bu da Xalq artistinin möhtəşəm VİLLASI  VİDEO like
  • 02 Mar 09:57  
Şou-biznes Bu da Xalq artistinin möhtəşəm VİLLASI VİDEO

Xalq artisti Röya Ayxanın dəbdəbəli villasından görüntü marağa səbəb

arrow Ətraflı
Qarabağa səfər üçün portaldan icazə like
  • 02 Mar 09:50  
Digərləri Qarabağa səfər üçün portaldan icazə

"Yolumuzqarabaga.az" portalı üzərindən icazə alaraq işğaldan az

arrow Ətraflı
"Blue Ghost" kosmik gəmisi Aya eniş edəcək like
  • 02 Mar 09:45  
Dünya "Blue Ghost" kosmik gəmisi Aya eniş edəcək

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi

arrow Ətraflı
Ən pis gözü və nəfsi olan BÜRCLƏR like
  • 02 Mar 09:38  
Digərləri Ən pis gözü və nəfsi olan BÜRCLƏR

Bürclər arasında gözəl gözlər, cazibədarlıq və görünüş çox fərql

arrow Ətraflı
46 yaşlı qadın faciəvi şəkildə öldü like
  • 02 Mar 09:37  
Digərləri 46 yaşlı qadın faciəvi şəkildə öldü

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Polat ailəsi barədə yenidən həbs qərarı  FOTO like
  • 02 Mar 09:27  
Şou-biznes Polat ailəsi barədə yenidən həbs qərarı FOTO

Dilan Polat və ailəsi ilə bağlı yenidən saxlanılma qərarı verilib.

arrow Ətraflı
Tramp KQB agenti imiş: Kod adı bu olub like
  • 02 Mar 09:21  
Dünya Tramp KQB agenti imiş: Kod adı bu olub

Fransanın həftəlik xəbər jurnalı "Le Point" bu həftə üz qabı

arrow Ətraflı
"Tiktok"dakı insanların 60 faizinin İQ səviyyəsi sıfırdır"  VİDEO like
  • 02 Mar 09:15  
Şou-biznes "Tiktok"dakı insanların 60 faizinin İQ səviyyəsi sıfırdır" VİDEO

Əməkdar artist Vasif Məhərrəmli qalmaqallı sözləri ilə diqqət çəkib.

arrow Ətraflı
Zelenski Trampla "söz savaşı"ndan DANIŞDI like
  • 02 Mar 09:09  
Dünya Zelenski Trampla "söz savaşı"ndan DANIŞDI

ABŞ-ın köməyi olmadan Ukraynanın Rusiyaya müqavimət göstərməsi çətin

arrow Ətraflı
Mart ayının ən təhlükəli tarixləri like
  • 02 Mar 08:59  
Digərləri Mart ayının ən təhlükəli tarixləri

2025-ci ilin mart ayında Yer kürəsini müxtəlif intensivlikdə bir sıra maq

arrow Ətraflı
Azərbaycanda dəhşətli Novruz “adəti” – Polis araşdırma aparır like
  • 02 Mar 08:53  
Digərləri Azərbaycanda dəhşətli Novruz “adəti” – Polis araşdırma aparır

Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup şəxsin it döyüşdürm

arrow Ətraflı