Digərləri
2023-01-03 08:59:00
Darsonvalizasiya - dəyişik, yüksək tezlikli, yüksək gərginlikli ( saniyədə 30 min) və mində bir amper gücü olan cərəyanla müalicə metodudur. Bu müalicə metodu zamanı cərəyan bədən səthinə şüşəli elktrod vasitəsilə yeridilir. Bu zaman insanın bədəni ilə elektrod arasında yüksək tezlikli elektrik boşalmaları baş verir ki, bu da sinir uclarının qıcıqlanmasıma səbəb olur. Nəticədə qan damarları genişlənir və bu da ağrıkəsici effekt verir. Bu müalicə metodu periferik qan dövranının müalicəsində damar toxuma və divarlarının qidalanmasını yaxşılaşdırmaq üçün, venaların varikoz genəlməsində, uzun müddət sağalmayan yaralarda, nevrozlarda, bir sıra dəri xəstəliklərində, kosmetoloji praktikada istifadə olunur.
2023-01-03 08:55:00
Genital herpes - cinsi orqanlar nahiyyəsində ağrılarla müşayiət olunan yoluxucu xəstəlikdir. Ümumi məlumat: Xəstəliyin mənbəyi suluqlar şəklində olan səpgilərdır. Xəstəliyi təsdiq etmək üçün suluqlardan bir damcı mikrobioloji analiz üçün götürülür və xüsusi mühitdə 24 - 48 saatda əkilir. Səbəbləri: Genital herpes - sadə herpes virusu tərəfindən törədilir. Virus cinsi kontakt yolu ilə yoluxur. Virus uşağa hamilə qadından doğuş zamanı keçə bilər. Nadir hallarda yoluxma tualetdə, unitazda keçə bilər. Herpes siplex I tip dodaqda səpgilər törədir. II tip herpes siplex isə cinsi orqanlarda səpgilər yaradır. Simptomları: Cinsi orqanlar nahiyyəsində ağrılar səpgilərlə müşayiət olunur.
2023-01-03 08:51:00
Bartolinit uşaqlıq yolunun dəhlizində yerləşən bartolin vəzinin iltihabıdır. Xəstəliyin törədicisi stafilokokk, streptokokk, qonokokk, bağırsaq çöpləri, bəzən isə trixamonozdur. Uşaqlıq yolu dəhlizinin böyük vəzisinin xaricə axan axacağının iltihabı nəticəsində kanalikulit, sonradan isə vəzin absesi inkişaf edir. Bartolin vəzisinin absesi xəstənin aşağıdakı şikayətləri olur: - zəiflik - baş ağrısı - bel ağrısı - hərarət. Yerli olaraq baxış zamanı isə hiperemiya, ödem və ağrının olması meydana çıxır. Bartolinit absesi yetişib öz-özunə açılandan sonra xəstənin vəziyyəti nisbətən yüngülləşir. Müalicəsi: Xəstəliyin müalicəsində törədicini nəzərə alaraq antibiotik təyin edilir. Kəskin fazada fizioterapiya (ultra yüksək tezlikli) istifadə edilir. Yerli müalicə olaraq vəzin nahiyəsinə buz, iltihab əleyhinə olan applikasiya qoyulur. Bartolin vəzin absesində cərrahi müalicə aparılır. Abses kəsilir, irin xaric olunur, yaranın kənarları dəriyə tikilir. Əməliyyatdan sonra tikişlər antiseptik məhlullarla bir neçə gün yuyulmalıdır.
2023-01-03 08:51:00
Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.
2023-01-03 08:46:00
Vegener qranulamatozu sistem vaskulitlərin müxtəlifliyini göstərən xəstəliklərə aiddir. Vegener qranulamatozu həm kişi, həm də qadınlar arasında, ən çox 35-40 yaşlarında rast gəlinir. Səbəbləri: Səbəbləri indiyə qədər məlum deyil. 2 faktor xəstəliyin əmələ gəlməsində mühüm rol oynayır: - Virus infeksiyası - Autoimmun reaksiya ( xəstələrin qanında allergen, antitellər aşkar edilir) Simptomları: Əmələ gəlmə patologiyasından asılı olaraq 3 forması ayırd edilir: - lokal - ancaq bronxlar zədələnır - məhdud - bronxlar və ağciyərlər zədələnir - yayılmış - bronxlar, ağciyərlər, böyrəklər zədələnir. Bu forma daha ağır keçir. Xəstəlik tənəffüs yollarının zədələnməsi ilə keçir. Əvvəlcə burunda quruluq, tutqunluq, burun qanaxmaları qeyd olunur. Sonra proses aşağıya düşür, səs tutulur, boğazda quruluq, öskürək, bəzən qanlı bəlgəmli olur. Temperatur qalxır, bəzən irinli otit baş verir ki, bu zaman xəstənin vəziyyəti pişləşir, antibiotiklər kömək etmir. Bəzi xəstələrdə oynaqlarda ağrı müşahidə olunur, artritlər inkişaf edir. Ən çox diz və aşıq-baldır oynaqları zədələnır, bəzən ürəkdə də ağrı qeyd olunur. Bu xəstəlik ürək qüsuruna və miokard infarktına gətirib çıxara bilər.
2023-01-03 08:43:00
Fransanın GTT (Qaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyanın "Zvezda" gəmiqayırma şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisini nəzərdə tutan müqaviləyə xitam verərək Rusiyada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
2023-01-03 08:42:00
Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.
2023-01-03 08:41:00
Gizli sifilis xroniki gedişə malik olan xəstəlikdir. Bu zaman seroloji reskaiyaların müsbət olmasına baxmayaraq sifilisin kliniki əlamətlərinə rast gəlinmir. Bu cür sifilisi uzun illər davam edə bilir. Müalicə olunmamış bəzi xəstələrdə, infeksiyalaşmadan 10-20 il sonra sifilisin gec formaları (neyrosifilis və visserosifilis) inkişaf edir. Neyrosifilisin klinik olaraq aşağıdakı formaları ayırd edilir: - mərkəzi sinir sisteminin sifilisi - periferik sinir sisteminin sifilisi - sifilisdə funksional sinir və psixi təzahürlər. Visserosifilis zamanı daha çox funksional yüklənən daxili orqanlar zədələnir. Bu orqanlara qaraciyər, ağciyər, mədə, ürək və s. aiddir. Bəzi xəstələrdə bu cür sifilis yoluxmadan xeyli sonra təsadüfən seroloji reaksiyaların müsbət olması əsasında aşkar olunur. Bu cür sifilisdə seroloji reaksiyalar əsasında müəyyən edilmişdir ki, ərlə arvadın birində gizli sifilis olduğuna baxmayaraq digəri və uşaqları sağlam olur. Alimlərin fikrincə xəstənin bədənində və ətraflarında razeola və quru düyüncüklər varsa və yoluxma baş vermirsə bu treponemlərin mikrobioloji xüsusiyyəti, dəri örtüyünün selikli tamlığının pozulmaması orqanizmin immun qabiliyyətinin qənaətbəxş olması ilə izah olunur. Belə ki, solğun treponemlər anaerobdurlar, onlar zədələnmə ocaqlarında hüceyrələrin üzərində deyil, içərisində yaşayırlar.
2023-01-03 08:35:00
İmmundefisit virus infeksiyası kəskin limfopeniya, orqanizmin şərti pathogen və pathogen mikroblara qarşı rezistenliyinin azalması, onkoloji xəstəliklərə meyilliyin artması ilə özünü göstərən virus mənşəli xroniki xəstəlik olub, adətən ölümlə qurtarır. Xəstəliyi bakteriyalar törədir, sürətlə yayılır. Xəstəlik ölüm faizinə görə spiddən sonra ikinci yerdə durur. Immundefisit virus infeksiyası dünyanın bütün ökələrində yayılıb və artmaqda davam edir. Etiologiyası: İİV infeksiyasının törədicisi viruslardır. Virus insanın qanında, gözyaşında, spermasında, tərində, sidiyində, vaginal sekretində olur. Virusar xarici mühitə davamsızdırlar. Epidemiologiyası: İİV infeksiyasını xəstə adamlar və virusgəzdirənlər yoluxdururlar. Onların qanı, vaginal sekreti və sperması yoluxucudur. Xəstəlik adətən cinsi əlaqə zamanı xəstənin qanı toxunmuş preparatlardan sağlam adam istifadə etdiyi zaman, orqan və toxumaların köçürülməsi zamanı qanla çirkləndirilmiş tibbi alətlərdən yoluxur. Xəstəlik anadan dölə keçə bilir. Xəstəliklə əksər hallarda homo və biseksuallar, narkomanar, fahişələr, alkoqol düşkünləri, hemofiliyalı xəstələr, qanla təmasda olan tibb işçiləri yoluxur və yayır. Xəstəlik sıx təmasla ailə üzvlərinə və digər adamlara da keçə bilir. Patogenezi: Virusgəzdirmə halları bəzən 8-10 il çəkir. Insanlar yoluxmanın ilk 2 ayından virusun gəzdiricisinə çevilir. Əksər hallarda bütün limfa düyünləri, bəzən ayrı- ayrı vəzilər də zədələnir. Klinikası: Xəstəlik kəskinləşənə qədər klinik əlamətlər təzahür etmir. Xəstəlik kəskinləşdikdə özünün qızdırma, baş və boğaz ağrısı, mialgiya, qızılcayabənzər səpgilərlə, səbəbsiz davamlı diareya və arıqlama, bəzən aseptic meningit əlamətləri özünü göstərir. Xəstəliyin qripəbənzər əlamətləri baş və əzələ ağrıları ilə yanaşı kataral əlamətlərin olması ilə özünü göstərir. Diaqnozu: Klinik əlamətlər, epidemioloji məlumatlara, seroloji, virusoloji və hemotoloji müayinələrə əsasən qoyulur. İİV infeksiyası diaqnozu 2 aydan çox çəkən, müalicə oluna bilməyən və nəcisdə kriptosporidiya tapılan ishal, uzunmüddətli qızdırma, 10%-dən çox arıqlama, şərti pathogen mikroblardan tez-tez xəstələnmə , mərkəzi sinir sistemini limfoması, müalicəyə davamlı və bəlğəmdən pnevmosist tapılan pnevmoniya aiddir.
2023-01-03 08:29:00
Sosial mediada paylaşılan bu görüntülər izlənmə rekordları qırır.
2023-01-03 08:28:00
Yanvarın 3-də Ukraynaya məxsus mini peyk orbitə qaldırılacaq.
2023-01-03 08:25:00
Son illər sidik-cinsiyyət sisteminin patologiyasında mikoplazmozların rolu xüsusi qeyd olunur. Patogenezi:
2023-01-03 08:21:00
İnfeksion endokardit, infeksion polipoz - yaralı iltihabi xəstəlik olub, qapaqlarda və qapaqaltı quruluşlarda vegetasiyaların əmələ gəlməsi, onların destruksiyası, funksiyalarının pozulması və qapaq çatışmazlığı ilə müşaiyət olunan xəstəlikdir. İnfeksion endokardit zamanı, müxtəlif üzv və sistemlərin zədələnmələri də baş verir. Narkomaniyanın geniş yayılması, əhalinin sosial vəziyyətinin qənaətbəxş olması xəstəliyin aktual qalmasına səbəb olur. Xəstəliyin əmələ gəlməsində streptokokklar, stafilokklar, yaşıl - göy irin çöpləri, bağırsaq çöpləri, patogen göbələklər iştirak edir. İnfeksiyanın orqanizmə hardan düşməyini təyin etmək mümkün olmur. Buna görə də etiologiya həmişə naməlum qalır. Xəstəliyin baş verməsində aşağıdakı infeksiya ocaqlarının rolu böyükdür: 1) Tonzillit, haymorit, kariesli dişlər, otit, osteomielit, frunkulyoz, proktit. 2) Qarın boşluğu üzvlərində, sidik-cinsiyyət üzvlərində, ürək-damar da aparılan hər hansı cərrahi müdaxilə. 3) Daxili üzvlərdə invaziv müayinələr, o cümlədən sidik kisəsinin kateterizasiyası, bronxoskopiya, kolonoskopiya, ağız boşluğunda hər hansı manipulyasiya. 4) Parenteral inyeksiyalar zamanı sterilliyə riayət olunmadıqda ( xüsusən narkomaniyada). İnfeksion endokardit anadangəlmə və qazanılma olur. Klinik əlamətlər infeksiyanın orqanizmdə daxil olmasından 2 - 4 həftə sonra üzə çıxır. Xəstəliyin ən çox nəzərə çarpan əlaməti qızdırmadır. Qızdırma bəzən yüksək, bəzən isə subfebril olur. Xəstənin dərisinin rəngi avazıyır. Xarakterik südlü-qəhvə rəngini alır. Uzun müddət davam edən xəstələrdə barmaqlar baraban çubuğu formasını alır. Xəstəlik özünü ürəkdə deyil, həmçinin ağciyərdə, beyində, damarlarda göstərir. Diaqnozun qoyulmasında EKQ, qanın biokimyəvi analizi, sidiyin ümumi analizi və anamnez boyük əhəmiyyət kəsb edir. Rəngli doppler müayinəsi də diaqnozun qoyulmasında əhmiyyətlidir. Müalicəsi: Etiotrop müalicə aparılır. İnfeksiya-bakteriyanın növü aşkar olunaraq ona müvafiq müalicə taktikası seçilir. Göbələk mənşəli proseslərdə antifunqal terapiya tətbiq olunur.
2023-01-03 07:51:00
Vibroterapiya-aşağı tezlikli mexaniki səyrimələrlə müalicəvi təsirdir. Bundan ötrü vibroakustik aparatlardan istifadə olunur. Mikrovibrasiyanın təsiri altında damar divarlarındakı əzələlər boşalır. Toxumala qan axını artır, limfa cərəyanı da artır. Vibroakustik aparatların amplitudası 0,003-0,03 mm təşkil edir ki, bu da vibromassaj aparatına nisbətən 50-100 dəfə azdır. Belə vibrasiya mikrovibrasiya adlanır. Müxtəlif hüceyrə strukturları və damarları mikrivibrasiyaya qarşı müxtəlif ölçülərə və müxtəlif həssaslıqlara malikdirlər. Buna görə də tezliyin tədricən və fasiləsiz dəyişməsi zəruridir. Mikrovibrasiya belə xassə ilə fiziolojidir, buna görə də ona öyrəşmə yaranmır və o tamamilə təhlükəsizdir. Mikrovibrasiyaya göstərişlər- dayaq-hərəkət sisteminin xəstəlikləri ( artrit, artroz, revmatoid artrit, çıxıqlar, burxulmalar, osteoxondroz, radikulit, travmalar, skolioz, yastıpəncəlik).
2023-01-03 07:41:00
Zöhrəvi limfaqranuloma xlamidiyaların L1-L3 seroloji tipləri tərəfindən törədilir. Sinonimləri Nikol-Favr xəstəliyi, zöhrəvi rikketsioz, 4-cü zöhrəvi xəstəlikdir. Klinik gedişatında 3 mərhələ ayırd edilir: 1. İlkin əlamətlər. 2. Limfa düyünlərinin zədələnməsi. 3. Növbəti ağır fəsadlar. Xəstəlik inkubasion dövrdən (3 - 30 gün) sonra baş verir. Ilkin mərhələdə uşaqlıq yolunda, cinsiyyət dodaqlarında, nadir hallarda uşaqlıq boynunda papulalar, pustulalar, səthi xoralar əmələ gəlir. Paralel olaraq uretrit inkişaf edir. Ikinci mərhələdə limfa düyülərində abseslər aşkar edilə bilər. Üçüncü mərhələdə limfa düyünlərindən başqa digər ətraf toxumalarda da ağır destruktiv dəyişikliklər baş verir. Hətta retrovaginal fistulalar, uşaqlıq yolu və düz bağırsağın strikturaları baş verə bilər. Bu mərhələdə xəstəlik MSS-ə, dəri, ürək və digər orqanlara yayılır. Diaqnostika:
2023-01-03 07:31:00
Ümumi məlumat: Diz oynağının mexaniki travması nəticəsində yaranan diz oynağının toxumalarının qapalı zədələnməsi ilə, funksiyalarının pozulması ilə müşayiət olunan patoloji prosesə diz oynağının əzilməsi deyilir.
2023-01-03 07:21:00
Elektrotravma - normadan artıq elektrik cərəyanını bədəndən keçməsi nəticəsində yaranan zədələnmədir.
2023-01-03 07:11:00
Papilloma uşaqlıq boynunun fon xəstəliklərinin nadir formalarından olub, stromanın və buynuzlaşmış çoxqatlı yastı epitelin ocaqlı artması ilə xarakterizə olunur. Xəstəlik insan papillomavirusu ilə əmələ gəlir. Papillomanın əmələ gəlməsində xlamidiya və trixomonad infeksiyası da müəyyən rol oynayır. Uşaqlıq boynunun papllomavirus zədələnməsinin 3 növü ayırd edilir. 1. Klassik iti uclu kondilomalar
2023-01-03 07:05:00
Tovuzda ova gedən dostlardan biri müəammalı şəkildə yoxa çıxıb.
2023-01-03 07:01:00
Kvant terapiyası 200-dən artıq xəstəliklərin müalicəsində, eləcə də profilaktika, diaqnostika və reabilitasiyasında effektivdir. Kvant terapiyası aşağıdakı fiziki faktorların insan orqanizminə məqsədyönlü təsirinə əsaslanır: -daimi maqnit sahəsi -pulsasiya edən qırmızı işıq -daimi infraqırmızı (isti) şüalanma -periodik (impulslu) lazerli infraqırmızı şüalanma -çoxyüksək tezlikli şüalanma Kvant təbabətində tətbiq olunan energetik təsirin kiçik gərginlikləri tamamilə təhlükəsizdır.
2023-01-03 06:53:00
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.
2023-01-03 06:05:00
DENS-terapiyanın (dinamik elektroneyrostimulyasiya) əsasını orqanizmin özəl sinir impulslarına bənzəyən akupunktur zonalara elektrik impulsları ilə təsir etmək təşkil edir. Bu cihazların digər tibbi aparatlardan fərqləndirən 2 xüsusiyyəti vardır: -geriyə dönən əlaqənim olması( cihaz orqanizmin vəziyyəti haqqında informasiyanı hesablayır) -verilən vaxtda orqanizmin vəziyyətindən asılı olaraq impulsun daima dəyişmə forması. Bu cihazların istifadəsinə əks-göstərişlər aşagıdakılardır : -elektrik cərəyanını fərdi olaraq bədənin qəbul etməməsi -implant kardiostimulyatorun olması -epileptik status -muxtəlif etiologiyalı və lokalizasiyalı törəmələrin olması -kəskin qızdırmalı vəziyyətlər -venaların trombozu -kəskin psixi, alkohol və ya narkotik oyanmanın olması Ev şəraitində istifadə olunan cihazlar bunlardır: DENAS, DENAS+, DiaDENS T, Dia DENS DT, LADOS, Osteo-DENS. Bu aparatlar dəriyə ağrı zona və nöqtələrində təsir edərək ağrını aradan qaldırır, xəstə orqanların və bütövlükdə orqanizmin normal işini bərpa edir. Beldə ağrının olması diqqət tələb edir və bu terapiyanın aparılmaslna bilavasitə göstəriş hesab olunur. DENS terapiya həmçinin osteoxondroz, kəskin radikulit tutmalarında, fəqərəarası disklərin zədələnməsində, əməliyyatlardan sonrakı periodlarda çox effektiv müalicə metodudur.
2023-01-03 05:04:00
Salmanelyoz kəskin infeksion xəstəlik olub müxtəlif bağırsaq patologiyaları ilə özünü biruzə verən xəstəlikdir. Xəstəlik qastroenterit və ağır sepsis əlamətləri ilə özünü biruzə verir. Xəstəliyin əmələ gəlməsini salmanello qrupuna aid olan parazitlər törədir. Salmonellalar kimyəvi və fiziki təsirlərə malik olan, süd və ət məhsullarında tapıla bilən, xarici mühitə davamlı, artıb-çoxalmaq qabilyyətinə malık bakteriyadır. Salmonellalar ən çox qida zəhərlənmələrinə səbəb ola bilən bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar heyvanların və insanların bağırsaqlarında yaşayırlar. Xəstəlik insana yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvani məhsullardan yoluxa bilir. Salmonella bakteriyasını daşıyan heyvanın məhsulları yaxşı bişirildikdə bakteriyalar ölür. Salmonella bağırsağa düşdükdən 12-72 saat ərzində orqanizmdə öz patoloji təsirini göstərir. Bu əlamətlərə aiddir: - ishal - yüksək qızdırma - ürəkbulanma - qusma - qarında sancılar. Xəstəlik 4-7 gün öz kəskin dövrünü sürür. Bu zaman xəstələrdə elə şiddətli ishal baş verir ki, xəstəni xəstəxanaya gətirmək belə mümkün olmur. Salmanellolar bağırsaqlardan qan dövranına düşüb orqanizmin digər bölgələrinə də yayıla bilirlər. Xəstəliyin müalicəsi gecikərsə ağır septik əlamətlər meydana çıxır və xəstə ölə bilir. Adətən ölüm halları yaşlılar, körpələr və immun sistemi zəif olan adamar arasında daha çox rast gəlinir. Xəstəliyə diaqnoz qoymaq üçün xəstənin nəcisi analiz edilir. Müalicə antibiotiklərlə və simptomlara qarşı preparatlarla aparılır. Profilaktika məqsədi ilə bəzi qaydalara əməl etmək lazımdır: 1. Ət, süd, yumurta və digər heyvani məhsullar suda yaxşı bişirilməlidir. 2. Heyvanlarla və ya onların çiy məhsulları ilə təmasda olarkən gigiyena qaydalarına əməl edilməlidir. 3. Xəstəliyin yayılmaması üçün soyuducuda çiy məhsullarla, bişmiş məhsullar eyni yerdə qoyulmamalıdır. 4. Yemək yemədən əvvəl əllər yaxşı-yaxşı yuylmalıdır. 5. Südəmər uşağın bağırsağında salmonello bakteriyası tapılarsa, onu mütləq ana südü ilə qidalandırmaq lazımdır.
2023-01-03 04:44:00
Azərbaycanda 2023-cü ilin ilk uşağı dünyaya gəlib.
2023-01-03 04:03:00
Stafilokokk bakteriyaları hər bir yerdə tapılması mümkün olan bakteriyalardır. Onlara insanın ağzında, burnunda və hətta dəri toxumasının üstündə də rast gəlmək olur. İnsanın orqanizmi sağlam olduqda stafilokokklar heç bir təhlükə yaratmır, bəzi hallarda dəridə xırda sızaqlarla özlərini biruzə verirlər. Orqanizmin immuniteti, müdafiə qüvvəsi aşağı düşdükdə isə stafilokokkların fəaliyyətinin qabağını almaq çətin olur. Çünki bu zaman stafilokokklar qana daxil olaraq orqanizmin hər yerinə yayılır və sümüklərdə, ağciyərlərdə, ürəkdə ölümcül xəstəliklərə səbəb ola bilirlər. Stafilokokk nədir? Stafilokokk bir çox xəstəliklərə səbəb ola bilən bakteriya növüdür. Bu bakteriya növü canlılara toksiki təsir göstərə və bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. İstiyə və qaynamağa və bəzi antibiotiklərə qarşı davamlıdırlar. İnsanların bir çoxu qanında stafilokokk bakteriyası gəzdirir. Stafilokokk bakteriyası insandan insana yoluxa bilir. İnfeksiya insana istənilən yolla yoluxur və asanlıqla xəstəlik əmələ gətirir. Stafilokokk gəzdiricisi olan ananın dünyaya gətirdiyi körpənin də qanında stafilokokka rast gəlmək olur. İnfeksiya bəzən orqanizmə yanıq yaralarından, əməliyyat yaralarından da daxil ola bilir. Stafilokokk infeksiyası orqanizmdə aşağıdakı əlamətlərlə özünü göstərə bilir: - yüksək temperatur - ürəkbulanma - dəridə qızartılar - dəridə irinli yaralar - intoksikasiya əlamətləri - arıqlama - immunitetin daha da aşağı düşməsi - dərinin solğunlaşması - əzələlərdə ağrılar. Stafilokokk infeksiyasının orqanizmdə əmələ gətirdiyi xəstəliklər onlarladır - frunkul, karbonkul, angina, stomatit, müxtəlif bağırsaq infeksiyaları, müxtəlif cür dermatitlər, plevrit, müxtəlif ağciyər xəstəlikləri, enteritlər, perikardit, miokardit, revmatizm, endokardit, peritonit, meningit, sepsis və s. Stafilokokka yoluxma təhlükəsi altında olan şəxslər bunlardır: - xroniki xəstələr - immuniteti aşağı olanlar. İnfeksiyadan daha çox zərər görməmək üçün bu hallarda həkimə müraciət edilməlidir: 1. Dəridə qizartı və ya irinli proses olduqda. 2. Bir neçə gün qızdırma baş verdikdə. 3. Sümüklərdə və əzələlərdə səbəbsiz ağrılar olduqda.
2023-01-03 03:03:00
Yastıayaqlılıq (düzdabanlıq) anadangəlmə və qazanılma olur. Qazanılmış yastıayaqlılıq uyğun olmayan ayaqqabı geyildiyi zaman meydana çıxır. Düzgün, ortapedik olmayan ayaqqabı ayaq sümüklərinin deformasiyasına səbəb ola bilir. Buna görə də az yaşlı uşaqlara ayaqqabı seçərkən çox diqqətli olmaq lazımdır. Bəzən normal ayağa sahib olan bir adamın ayaqları 30-40 yaşdan sonra da düzləşə bilir. Bunun səbəbi aşağıdakılar ola bilər: - yaş həddi - daima dabansız düz ayaqqabı geymək - artıq çəki - revmatik xəstəliklər. Düzdabanlıq adi gözlə müayinə edilib, asan diaqnozu qoyulan bir xəstəlikdir. Ayağın altında normada olması gərəkən çuxurun olmaması, düzdabanlı adamlarda müəyyən narahatçılıqlar əmələ gətirir. Bu cür ayağa sahib adamlar uzun müddət ayaq üstə dayana bilmir, uzaq məsafəyə piyada gedə bilmirlər. Ayaq altında qövsün olmaması belə adamların ayaq əzələlərində ağrılara, tez yorulmağa səbəb olur. Anadangəlmə düzdabanlı uşaqlar isə tez-tez yıxılmağa məruz qalır. Topuqlarında ağırlıq hissi olduğuna görə idman oyunlarında yaşıdlarından geri qalırlar.
2023-01-03 02:02:00
Sınıqlar açıq və qapalı ola bilər. Qapalı sınıqlar zamanı sümük sınır və ya çatlayır və dəri öz tamlığını saxlayır. Açıq sınıqlar zamanı dəri də zədələnir, sümük sınaraq dəridən kənara çıxır. Açıq sınıqlarda infeksiya ola bilər. Səbəbləri: - müəyyən hündürlükdən yıxılma - yolda bədbəxt hadisə - güclü zərbə - fiziki məşğələlər zamanı güclü gərginlik nəticəsində bud, diz, pəncənin sınıqları ola bilər. Simptomları: Əgər yıxıldıqda sümükdə güclü deformasiya, sümük nahiyəsində güclü ağrı hiss olunursa mütləq tibbi yardıma müracıət etmək lazımdır. Siz nə edə bilərsiniz: Sınığa şübhə olduqda həkimə müraciət etmək lazımdır. Əgər damarlar, sinirlər zədələnibsə xəstə mütləq hospitalizasiya olunmalıdır. Əgər sınığa şübhə varsa zədəli nahiyyəyə əl vurmayın. Açıq sınıqlarda quru sarğılardan istifadə edin. Zədəli ətrafı fiksə edin, bundan ötrü sınıq nahiyyəyə şina qoyun. 60 yaşdan yuxarı insanlarda sınıq olarsa osteoporoz təhlükəsi ola bilər. Həkim nə edə bilər: Həkim sınıq nahiyyəni rentgenoqrafiya edir, sonra həmin nahiyyəyə gips qoyur. Gips açıldıqdan sonra həkim bərpa dövrındə massaj, müalicəvi gimnastika, fizioterapiya təyin edir.
2023-01-03 01:22:00
Yaponiya "Lexus"un ən son nəsil LX 600-ün eksteryerini təqdim edib.
2023-01-03 01:01:00
Xroniki B hepatit çox vaxt az simptomlu gedişə malik olur. Diaqnoz əksər hallarda laborator müayinələrin nəticəsinə əsasən retrospektiv qoyulur və ancaq bundan sonra xəstə retrospektiv olaraq xəstəliyin daha erkən təzahürlərini yaşayır. Bu onunla izah olunur ki, xronikləşmə çox vaxt kəskin B viruslu hepatitin yüngül sarılıqla və ya sarılıqsız formalarından sonra başlayır. Xəstələrin əksəriyyətində xroniki B hepatit sarılıqsız keçir. Xəstəlik subfebril qızdırmalarla keçir. Xəstələrin bir hissəsində (qadınlarda) qaraciyər təzahürləri mialgiya, artralgiya, dəri qaşınması aşkar edilir. Bu zaman xəstələrdə aşağıdakı simptomlar təzahür edir: - Astenovegetativ sindromlar * tez yorulma * zəiflik * iş qabiliyyətinin azalması * yuxunun pozulması * emosional dəyişkənlik * arıqlama - Dispeptik sindromlar * iştahanın itməsi * ağızda acılıq hissi - Ağrı sindromu * sağ qabırğa altında ağrı * qarının yuxarı hissəsində ağrı - Qaraciyər sindromu * sarılıq * assit * ensefalopatiya - Xolestas sindromu * dəri qaşınması * bilirubin * qələvi fosfataza. Xroniki B hepatitində qaraciyər əlamətləri (damar ulduzcuqları, ovuc eriteması) xəstəliyin sirroza keçid dövründə meydana çıxır. Damar ulduzcuqları adətən üz, boyun nahiyəsində, döş qəfəsinin yuxarı hissəsində əmələ gəlir. Ovuc eriteması ovucun xırda ləkəli simmetrik qızarması ilə xarakterizə olunur. Sarılıq az olur, çox vaxt skleranın ikteriyası ilə məhdudlaşır.
2023-01-03 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir