Direktorla dalaşandan sonra işdən çıxarılmışdı yenə cəzalandırıldı
Digərləri 18 Apr 2025 18:24:00 76 0
Naxçıvan Şəhər Məhkəməsində şəhərin 1 saylı orta məktəbinin keçmiş müəllimi 1985-ci il təvəllüdlü Səriyyə Qənbərova barəsindəki xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
Bu xəbəri də oxu: Bu yolla benzinə 90 faiz qənaət edəcəksiniz
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məktəbin direktoru Asudə Məmmədova müəllimin Cinayət Məcəlləsinin 147.2-ci "Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzalandırılmasını tələb edib.
O bildirib ki, müəllim kütləvi çıxışlarda, sosial şəbəkələrdə ona qarşı şər və böhtan xarakterli ifadələr işlədib, "dövlət büdcəsini mənimsəyib", "röşvətxodur" ifadələrini deyib, guya hazırlıq kursunda hansısa müəllimlə əlbəyaxa savaşdığını, pilləkənlardan yıxıldığını bildirib: "Səriyyə Qənbərova xarici dövlətin sosial şəbəkə seqmentində antiAzərbaycan mövqedə çıxış edən, özünü hüquqşünas kimi təqdim edən Qurban Məmmədovun proqramında barəmdə xoşagəlməz ifadələr və şər böhtan danışıb. Qurban Məmmədov məni haradan tanıyıb? Tərcümeyi halımı necə bilib? Guya mən Beyləqan rayonundan Naxçıvan şəhərinə kiminsə hesabına gəlmişəm, şəxsi şəkillərim sosial şəbəkədə göstərilib, adıma qeyri-etik olan "erməni", "model" deyib, kiminsə pulu və maddi dəstəyi ilə bu vəzifədə oturduğumu bildirib, qadınlığımı, qürurumu alçaldan ifadələr işlədib. Bunların hamısını Qurban Məmmədov deyib, səbəbkarı da Səriyyə Qənbərovadır. Bu hadisələrdən sonra psixoloji problem yaşamışam və müalicə almışam".
S.Qənbərova isə əməlində cinayət tərkibinin olmadığını bildirərək icraata xitam verilməsini istəyib.
Məhkəmənin hökmü ilə S.Qənbərova Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və ona 1000 manat cərimə cəzası verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təlim və Simulyasiya Mərk

"Apple"ın yeni "iPhone 17 Pro" və "17 Pro Max" m

Aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komanda

Məclislərin birində görüntülənən məşhurlar aparıcı Aytəkin Mərdan

Yeni imtahan modelinə keçiddən sonra tam (11 illik) orta təhsil səviyyəsi

"Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək bax�

Aprelin 19-da avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması g

Türkiyədə Beykozda bir iş adamının evini atəşə tutulub.

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsve

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət H

Son illərdə hərbi gəmi istehsalı sahəsində əldə etdiyi uğurlarla diqq�

Ağ Evdə baş tutan görüş gərgin diplomatik anlara səhnə olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərə

Cənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlz
