Digərləri

DSX Türkiyəyə növbəti dəfə ərzaq yardımı göndərib

2023-02-21 14:41:00

Dövlət Sərhəd Xidməti (DSX) Türkiyəyə növbəti dəfə ərzaq yardımını yola salıb.

Türkiyədə oxuyan azərbaycanlı tələbələrə güzəştlərin edilməsi gündəmdə

2023-02-21 14:38:00

Türkiyədə zəlzələ bölgəsindən başqa ərazilərdə də bir çox universitetlərdə dərslər ya dayandırılıb, ya da distant formaya keçirilib. Bu səbəbdən qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr ölkəmizə gəlməyə başlayıblar. Ancaq aviabiletlərin baha olması tələbələrin qayğısını artırıb.

Rusiyada "cadugər ovu" başlayır

2023-02-21 14:29:00

Rusiya prezidenti Vladimir Putin Federal Məclis qarşısında çıxışında ənənəsinə sadiq qalıb. Əvvəlki 17 çıxışda olduğu kimi, yenə də hədələyici bəyanatları ilə yadda qalıb. Müraciətinin birinci hissəsi Qərbə qarşı ittihamlar, ikinci hissə - Donbass Şimal Hərbi Dairəsinin veteranlarına dəstək tədbirlərinin elanı, üçüncü hissə isə Rusiya iqtisadiyyatının sınaqdan necə çıxması ilə bağlıdır. Gözlənildiyi kimi hər şey prezidentin 2022-ci il müraciətlərinin ruhunda olub və eskalasiyanın heç bir işarəsi yoxdur.

Hava bu tarixdən dəyişir:

2023-02-21 14:22:00

Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq.

Bu binalardakı mənzillərə çıxarış verilməyəcək

2023-02-21 14:16:00

Türkiyədə güclü zəlzələ zamanı minlərlə binanın dağılmasına səbəb kimi tikintinin norma və qaydalara uyğun aparılmaması göstərilir. Hətta qardaş ölkədə ekspertlər də bu qənaətə gəliblər ki, tikinti aparılarkən kefiyyətə önəm verilməyib.

Birbankla Türkiyəyə kart köçürmələri komissiyası ləğv olundu

2023-02-21 14:02:00

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Qardaş ölkəyə dəstək tədbirləri çərçivəsində Birbank vasitəsilə Türkiyənin bank kartlarına edilən köçürmələrə görəkomissiya 31 mart 2023-cü il tarixinədəkləğv olundu.

Hatayda zəlzələnin vurduğu ziyan “Bayraktar”la görüntüləndi

2023-02-21 13:32:00

Türkiyədə fevralın 6-da baş verən zəlzələdə böyük dağıntılarla üzləşən Hatay son olaraq 6,4 bal gücündə təkanlarla sarsıldı.

Türkiyəyə turlar ucuzlaşıb

2023-02-21 13:10:00

Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 əyalətdə ciddi dağıntılara, böyük insan itkisinə səbəb olan zəlzələ ölkənin turizm sektoruna necə təsir edəcək?

Güclü cənubqərb küləyi olacaq

2023-02-21 13:03:00

Fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

“Bakı KOB evi”ndə sahibkarlara kommunal qurumlar tərəfindən xidmətlər göstərilir

2023-02-21 12:50:00

Sahibkarlar kommunal xidmətlərlə bağlı "Bakı KOB evi"nə müraciət edə bilərlər. Hazırda KOB evində "Azərsu" ASC, "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyi tərəfindən sahibkarlara müxtəlif xidmətlər təqdim olunur.

Zaqatalada müəllimlər və valideynlərin direktora etirazı

2023-02-21 12:14:00

Bu gün səhər Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin müəllimləri yeni təyin olunan direktora etiraz edərək dərsə girməyiblər. Müəllimlərə valideynlər də qoşulub.

Bakının məşhur bulağında su kranları yenilənib

2023-02-21 11:55:00

Artıq bir neçə aydır davam edən "Bir Damcı" kampaniyası çərçivəsində daha bir təqdirəlayiq layihə başladılmışdır. Təkcə təbliğat işləri ilə kifayətlənməyən kampaniya təşkilatçıları bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əməli tədbirlərlə sudan qənaətlə istifadəyə töhfə veriblər. Belə tədbirlərdən biri bu günlərdə "İçərişəhər" metrostansiyasının çıxışında yerləşən məşhur bulaqda su kranlarının yenilənməsi olmuşdur. 

Tağı Əhmədovun vəziyyəti pisləşdi:

2023-02-21 11:52:00

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.

Sabirabad sakini öz avtomobilinə od vurdu

2023-02-21 11:41:00

Sabirabad sakini öz avtomobilini yandırıb. 

CÀSÀ Kulinariya Mərkəzinin tələbəsi Emil Zeynalzadə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023”də qalib oldu və Azərbaycan üçün qızıl kuboku qazandı! FOTO

2023-02-21 11:30:00

Hindistanın 4 əyalətində təşkil olunan tədbirdə 50-dən çox ölkənin nümayəndələri qatılmışdı. Sayca 9-cu olanbu olimpiadanın təşkilatçısı Hindistanın nüfuzlu kulinariya məktəbi "International Institute of Hotel Management (IIHM)" idi. "Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023" rəsmi açılış mərasimi Hindistanın paytaxtı Yeni Dehli şəhərində baş tutmuşdur. Olimpiadanın qaydalarına əsasən iştirakçılar qrup şəklində Hindistanın digər bölgələrində yarışa davam etməli idilər. Yarışın birinci mərhələsi Qoada reallaşıb. Tələbəmiz Emil Zeynalzadə hazırladığı vegeterian yeməklə final mərhələsinə vəsiqə qazandı. İlk onluğa düşən ölkəmiz final mərhələsində digər 9 ölkənin (Hindistan, Tayland, Malayziya, Sinqapur, İngiltərə, Fransa, ABŞ, Yeni Zenlandiya və Niderland) təmsilçiləri ilə yarışaraq qalib gəlmiş və qızıl medala layiq görülmüşdür. Final mərhələsi fevarlın 4-ü Hindistanın Kəlkütə şəhərində təşkil olunmuşdur. Qeyd etmək istəyirik ki, Azərbaycan sözügedən olimpiadada ilk dəfə iştirak edirdi.

Nazir yeni rəis təyin etdi

2023-02-21 11:16:00

Polis mayoru Namiq Musa oğlu İsmayılov Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax xətt Polis Şöbəsinə rəis təyin olunub.

Vardanyanın istefası reallaşır

2023-02-21 10:24:00

Azadlıq Radiosunun erməni xidməti - "Azatutyun" yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhendə keçirilən təhlükəsizlik konfransında verdiyi bəyanatın ardınca Qarabağın separatçı siyasətçiləri arasında "dövlət naziri" kimi təqdim olunan Ruben Vardanyanın istefası məsələsi qızğın müzakirələrə səbəb olub.

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıb

2023-02-21 10:16:00

ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonuu Aşağı Seyidəhmədli kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesinə başlayıb.

“Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı

2023-02-21 10:07:00

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu "Türkiyə üçün bir ürək olaq!" adlı ianə toplanılması aksiyasına start verib.

Azərbaycanda 9cu sinif şagirdi faciəvi şəkildə vəfat etdi

2023-02-21 09:49:00

Goranboy rayonda şagird dəm qazından zəhərlənərək vəfat edib.

Nefroptoz (böyrək sallanması)

2023-02-21 08:59:00

Nefroptoz böyrəklərin sallanması, onun patoloji hərəkətli olmasına deyilir. Bu hal sağ tərəfdə daha çox təsadüf olunur. Patolojiyası həm birtərəfli , həm ikitərəfli ola bilər. Xəstəlik ən çox qadınlarda rast gəlinir. ETİOLOGİYASI:

Diş kistası

2023-02-21 08:55:00

Diş kistası çənədə bərk qişalı boşluqdur. Diş kistası iltihabi maye ilə dolu olan kapsula şəklində olan bir törəmədir. Əgər onun ölçüləri 0,5 mm-dən kiçikdirsə qranuloma adlanır. Böyük ölçülü törəmə oduqda bu, əsil kista adlanır. Rentgen şəkildə kista aydın konturlara malik tünd oval şəklində görünür. Dış kistasının növləri: -radikulyar kista - dişin kökündə yaranır. Bu patologiyaya səbəb xroniki, müalicə olunmayan periodontit olur. -ilkin kista-keratokista adlanır, dişin inkişafı pozulduqda baş verir. -follikulyar kista dişlərin çıxmayan hissəsinin infeksiyalaşması nəticəsində əmələ gəlir. -paradental və ya retromolyar kista - ağıl dişinin xroniki iltihabı və ya diş çıxarma zamanı əmələ gələn törəmədir. -rezidual kista - diş çəkildikdən sonra diş sümüyündə əmələ gəlir. -diş çıxartmaq kistası - 7-11 yaşlarda uşaqlarda diş çıxartma zamanı yarana bilər. Səbəbləri: Əsas səbəbi diş toxumasına infeksiyanın düşməsi nəticəsində olur. Bu vəziyyət dişin kariyesi, dişləri müalcə etmədikdə, diş kanallarını düzgün müalicə etmədikdə, burun-udlağın travma və infeksiyalarında, inkişaf qüsurları nəticəsində baş verir. Kista haymorit nəticəsində də inkişaf edə bilər. Simptomları: Uzun müddət kista heç cür biruzə vermir, bu zaman diş toxuması dağılmağa başlayır. Böyümüş kista diş, baş ağrısı verə bilər, ümumi vəziyyət pisləşir, hərarət qalxır, limfa düyünləri böyüyür. Kista xaricdən irinləyir, diş əti şişir. Ağırlaşmaları: -abses - irinli ağırlaşma -flyus - periostuniltihabı -üzdə və boyunda fleqmona, yumşaq toxumaların iltihabı -kista nahiyəsində dişlərin tökülməsi -xosxassəli şişlər -xərçəng Müalicə: Vəziyyətdən asılı olaraq stomatoloq terapevtik və ya cərrahi müalicə aparır. Konservativ müalicədə diş kanalı spesifik dərmanlarla yuyulur və plomblanır. Cərrahi müalicədə diş ətindən kəsik aparılır, sonra sintetik materiallarla əvəz olunur, antibiotiklər təyin olunur.

Uşaqlarda allergiya və ondan qorunma

2023-02-21 08:51:00

Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin allergenlərə qarşı dözümlü olmaması nəticəsində zərər görməsidir. Allergiya toxunmaqla dərini, qoxu ilə gözləri, toz vasitəsilə burunu və bronxları zədələyir. Bu səbəbdən də, heç bir körpə uşağın allergiyaya tutulmamaq şansı yoxdur. Çünki texnologiyanın bu qədər yüksək inkişaf etdiyi, ekologiyanın bu qədər korlandığı bir zamanda körpə uşaqları çevrədən tədric eləmək mümkünsüzdür. Valideyinlərdə allergiyanın əlamətlərinin az olması, onların uşaq vaxtı daha təmiz hava şəraitində böyümələridir. Müasir dövrdə havada olan radioloji aktiv amaddələrin çoxluğu uşaqların həssaslığını daha da artırır. Allergiyanın əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür: - ekologiyanın pozulması - süni qidalardan istifadə edilməsi - çox işlənən antibiotiklər - irsi faktor Həddindən artık gigiyenik şəraitdə uşaq böyütmək də uşaqların allergiyasına gətirib çıxarır. Belə uşaqların orqanizmləri ətraf mühitlə mübarizə aparmaq qabiliyyətinə malik olmur. Uzun müddət antibiotik qəbul edən şəxslər, gündəlik qidasına şokolad, qazlı içkilər, coca-cola, çips və sairə bu kimi qidalar qəbul edən uşaqların allergiya olma şansı daha böyükdür.

Böyrək vərəmi

2023-02-21 08:46:00

İfrazat sisteminin vərəminin səbəbi vərəm mikrobakteriyalarıdır. PATOGENEZİ

Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

2023-02-21 08:45:00

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Xroniki böyrək çatışmazlığının əmələ gəlmə səbəbləri

2023-02-21 08:25:00

Xroniki böyrək çatışmazlığının əmələ gəlməsinə səbəb olan xəstəliklər aşağıdakılardır: - böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər * xroniki qlomerulonefrit * yarımkəskin qlomerulonefrit - böyrək kanalcıqlarının və intersistal toxumanın pozğunluqları * pielonefrit * intersistal nefrit - böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz xəstəlikləri * qırmızı qurd eşənəyi * sistem sklerodermiya * düyünlü periarterit * Veqener qranulomatozu * hemoragik vaskulit - mübadilə pozğunluğu xəstəlikləri * şəkərli diabet * amiloidoz * podaqra * sistinoz * hiperkalsiuriya - böyrəklərin anadangəlmə, irsi xəstəlikləri * böyrək polikistozu * Alport sindromu * diffuz mezangial nefroskleroz * nefropatiya - böyrəklərin birincili zədələnməsi * bədxassəli hipertoniya xəstəliyi * essensial hipertoniya - obstruktiv nefropatiyalar * böyrəkdaşı xəstəliyi * hidronefroz * sidik-cinsiyyət sisteminin şişləri. Son illərdə şəkərli diabet xəstəliyinin də xroniki böyrək çatışmazlığına səbəb ola bilməsi müəyyən edilmişdir.

XankəndiLaçın yolunda ekoaksiyanın 72ci günü:

2023-02-21 08:23:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş iki gündür davam edir.

Subaraxnoidal qansızmalar

2023-02-21 08:21:00

Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxtalanmasının pozulması, şişlər zamanı baş verir. Klinikası: Xəstəlik kürəkdə kəskin ağrı (xəncər zərbəsi), intensiv kökcük ağrıları, paresteziyalarla başlanır. Paresteziyalar ayağa və onurğaya elektrik cərəyanı zərbəsini xatırladır. Paravertebral əzələlərin gərginliyi inkişaf edir, baldırın bükücü əzələlərinin tonusu artır. Tezliklə hərarət yüksəlir, müayinə zamanı onurğa mayesində qan aşkar edilir. Subaraxnoidal boşluğa axan qan, tezliklə kəllə boşluğuna keçir, kökcük ağrılarına ürəkbulanma, qusma qoşulur. Əgər subaraxnoidal qansızma hematomieliya ilə birgə müşahidə edilmirsə, onurğa beynin zədələnmə əlamətləri spinal insultun bu formasının ilk günlər və ya ilk həftəsində geriyə inkişaf edir. Kəllə boşluğuna axan qan qıcolmalara, gözü hərəkətə gətirən sinirlərin funksiya pozulmalarına, göz dibində durğunluğa səbəb olursa, spinal subaraxnoidal qansızmaların diaqnozu çətinləşir. Diaqnostika: Xəstəliyə diaqnoz qoymaq üçün həkimin diqqətli omağı vacibdir. Spinal subaraxnoidal qansızmaların dəqiq diaqnozu selektiv angioqrafiya vasitəsilə dəqiqləşdirilir.

Revmatoid artritin kliniki mənzərəsi

2023-02-21 08:15:00

Xəstəliyin ilkin əlamətlərində kliniki əlamətlər zəif olur. Xəstələrdə adətən ümumi vəziyyətin pisləşməsi qeyd olunur. Bu zaman xəstələr zəiflikdən, səhərlər hərəkətlərinin məhdudlaşmasından, artralgiyadan, subfebril hərarətdən, arıqlamadan, limfoadenopatiyadan şikayət edirlər. Sonralar isə tədricən oynaqların zədələnmələri meydana çıxır. Revmatoid artrit zamanı oynaqların zədələnməsi 2 kateqoriyada baş verir: 1. Patensial olaraq geri dönə bilən. 2. Geridönməz struktur dəyişiklikləri. Revmatoid artrit zamanı sinovial qişanın iltihabının ən parlaq əlaməti səhərlər hərəkətin məhdudlaşmasıdır ki, bu da əsasən 1 saatdan az çəkmir. Hərəkətin məhdudlaşmasının zamanının uzun olması xəstəliyin ağırlıq dərəcəsini bildirir. Xəstələrin əl və ayaq falanqa oynaqlarında patologiyalar xəstəlik başladıqdan 1-1,5 il sonra meydana çıxmağa başlayır. Sonra xəstələrin diz oynaqlarında, ayaqlarında, daha sonralar isə onurğanın boyun şöbəsində patologiyalara səbəb olur. Bu zaman fəqərə oynağının natamam çıxığı və fəqərə arteriyasının kompressiyası ilə fəsadlaşır. Xəstələrdə səsin kobudlaşması, təngnəfəslik, disfaqiya və residivləşən bronxit inkişaf edir. Xəstəlik irəlilədikcə oynaqdankənar təzahürlər meydana çıxmağa başlayır və xəstələrin daxili orqanlarında patologiyalar baş verməyə başlayır. Xəstələrdə anemiya,trombositoz və neytropeniya inkşaf edir. Revmatoid artritə diaqnozun qoyulmasında laborator analizlərin, rentgenoqrafiyanın və USM-nin nəticələri əsas götürülür. Sinovial mayenin müayinəsi diaqnozun təsdiqlənməsində əsas rol oynayan müayinə metodlarından biridir.

Paytaxtda avtomobil iki maşını əzdi, sonra işıq dirəyinə çırpıldı

2023-02-21 08:13:00

Bakının Nizami rayonunda ağır yol qəzası olub.

Xroniki intersistal nefrit

2023-02-21 07:51:00

Xroniki intersistal nefrit qeyri -infeksion xəstəlik olub prosesin ara toxumada lokalizasiyası və böyrək kanalcıqlarının zədələnməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik geniş yayılmışdır, əksər hallarda xroniki böyrək çatmazlığı ilə nəticələnir . ETİOLOGİYASI:  Xroniki intersistal nefrit polietioloji xəstəlikdir. Bu xəstəliyin səbəbi medikamentoz məişət və istehsalat intoksikasiyaları, radiolaji şüalanma, maddələr mübadiləsinin pozğunluqları, bədənin immun dəyişiklikləri və s. olur. Xəstəliyin baş vermə səbəblərindən biri də uzunmüddətli bəzi dərman maddələrinin qəbuludur. PATOGENEZİ:  Xroniki intersistal nefriti yaradan səbəbdən asılı olaraq onun patogenezinin xüsusiyyətləri olur. Belə ki ,bəzi dərman maddələri kanalcıq epitelisini birbaşa zədələyərək distrofiyasına səbəb olur. Analgetik nefropatiyasının baş verməsində prostaqrandinlərin sintezinin azalması nəticəsində böyrək işemiyasının yaranmasının böyük əhəmiyyəti vardır. Analgetiklər böyrək məməciyinin nekrozuna səbəb ola bilir. İltihabi proses bu zonadan başlayır, sonra qabıq maddəyə yayılır, papillyar nekrozla yanaşı,papillyar skleroz da inkişaf edir. Xponiki intersistal nefritin baş verməsində bədən reaktivliyinin də əhəmiyyəti vardır. PATOLOJİ ANATOMİYASI: Xəstəliyin davametmə müddətindən və inkişafından asılı olaraq böyrəyin ölçüləri kiçilir, kənarının hamalılığı itir. Fibroz kapsula böyrəklə bitişdiyi üçün çətinliklə ayrılır, məməciklər avazıyır və atrofiyalaşır, nekroz əlamətləri meydana gəlir. KLİNİKASI:  Xroniki intersistal nefrit kliniki olaraq uzun müddət simptomsuz davam edir, minimal əlamətlərlə özünü göstərir deyə xəstəliyi başlanğıcda təyin etmək olmur. Xəstəliyə erkən diaqnoz qoymaq çətindir. Subyektiv olaraq xəstələrdə ümumi zəiflik , halsızlıq, tez yorulma, iş qabiliyyətinin, iştahanın aşağı düşməsi müşahidə olunur. Yalnız xəstəlik inkişaf etdikdə böyrək xəsəliyi haqda fikir yürütmək olur. Xponiki intersistal nefrit sidik yollarının infeksiyası və piolonefritlə ağırlaşaraq qızdırma, dizuriya, leykosituriya ,intioksiksiya ilə müşayət oluna bilir. 1-2 il ərzində xroniki böyrək çatışmazlığı ilə nəticələnir. DİAQNOZ :  Xəstənin anamnezində bəzi dərman maddələrinin uzun müddətli qəbulu qeyd olunur. Xəstənin sidiyində proteinouriya, hematuriya, leykosituriya, poliuriya və s.normadan yüksək olur. Uroqrafiya zamanı papillyar nekroz üçün əlamətlər qeyd olunur. Diaqnozu dəqiqləşdirmək üçün punksion biopsiyanan həlledici rolu böyükdür. MÜALİCƏSİ:  İlk növbədə xəstəliyi yaradan dərman preparatının qəbulu dayandırılır. Simptomatik müalicə aparılır, xəstəyə vitaminlər təyin olunur, xörək duzunun və suyun miqdarı azaldılır. Xroniki intersistal nefritin baş verməməsi üçün dərman preparatlarını uzuz müddətli qəbul edəndə diqqətli olmaq lazımdır. Bu xəstəlikdən sağalma olmadığı üçün xəstəliyə tutulmamaq lazımdır.

Kokain və ondan asılılıq

2023-02-21 07:41:00

Kokain ağız, burun və ineksiya vasitəsilə venaya daxil edilən maddədir. Bu maddə güclü təsirə malik stimulyator hesab edilir və orqnizmə daxil edildikdə fiziki aktivliyi, əhval-ruhiyyəni artırır. Kokain qəbul edən adam özünü bacaqırlı hesab edir, ona elə gəlir ki, o hər işin öhdəsindən asanlıqla gələ bilər. Kokain qəbul edən idmançılarda qəfil infarkt və ölüm baş verə bilir. Kokain qəbulu zamanı orqanizmdə aşağıdakı simptomlar özünü göstərir: * arterial təzyiqin artması * ürək döyüntülərinin artması * bağırsaqlarda köp * əsəbi oyanıqlıq * toxunma halyusinasiyaları * dəridə qaşınma * fiziki aktivlik * eyforiya. Bir çox narkomanlar kokainin əmələ gətirdiyi əsəbilik əlamətlərini aradan qaldırmaq üçün müxtəlif psixoaktiv maddə və ya spirtli içki qəbul edir. Kokain orqanizmdə asılılıq yaradan maddələrdən hesab edilir. Gün ərzində kokain qəbul edən adamlarda qısa bir zamanda asılılıq yaranır. Belə adamlar kokaini tərgitmək istədikdə isə onlarda depressiya və adi bir şeyə qarşı əsəbi davranış qeyd edilir. Kokain qəbul edən adamlar onun qəbulunu saxladıqdan bir-neçə gün sonra, onların fiziki və əqli sağlamlıqları geri qayıdır. Bu zaman isə demək olar ki, onların hamısı intihara cəhd göstərir. Kokainlə müalicə onun əmələ gətirdiyi intoksikasiya əlamətlərinin aradan qalxmasına yönəldilir. Xəstəyə kalium və kalsium duzları, vitaminlər, oksigen terapiyası təyin edilir və trankvilizatortlar, yuxugətiricilər təyin edilir.