Digərləri
2023-02-21 07:01:00
Uzun illərdir ki, dietologiya tibb elminin bir bölməsinə çevrilib. İnsanlar sağlam həyat tərzi yaşamaq üçün dietoloqların məsləhəti ilə qidalanır, onların göstərişlərinə əməl edirlər. Qəbul elədiyimiz gündəlik qidalar hava və su kimi orqanizmimizə lazımdır. Qidaların tərkibindəki maddələr sayəsində orqanizm ehtiyacı olan həyat əhəmiyyətli vacib maddələri qəbul edir. Onu da qeyd etmək lazımdır ki, orqanizmin sağlamlığı və ömrün uzunluğu qəbul edilən qidalardan çox asılıdır. Son bir-neçə onillikdə sağlamlıqlarının qayğısını çəkən isanlar qida rasionunu dietoloqların məsləhətlərinə uyğun tərtib edirlər. Düzgün olmayan qidalanma, stresslər, azhərəkətlilik, spirtli içki və siaret qəbulu, ayaqüstü yeməklər insanlarda bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olduğunu düşünsək dietoloqların məslətəhi ilə qidalanmaya üstünlük vermək olar. Çünki bu cür həyat rejimi ciddi xəstəliklərin - o cümlədən şəkərli diabetin, ürəyin işemik xəstəliklərinin, arterial təzyiqin, ateresklerozun meydana gəlməsinə səbəb olur. Bəs nə zaman dietoloqlara müraciət etmək lazım olduğunu bilirsinizmi? Həkimlər aşağıdakı hallarda dietoloqa getməyin mütləq olduğunu söyləyirlər: * artıq çəki, piylənmə * çəkinin normadan az olması * şəkərli diabet və digər endokrin xəstəliklər * maddələr mübadiləsi pozğunluqları zamanı * təngnəfəslik və şişkinlik olduqda * qanda xolesterolun miqdarı çox olduqda * mədə-bağırsaq xəstəlikləri * qaraciyər xəstəlikləri * ürək-damar xəstəlikləri * atereskleroz * müxtəlif qida allergiyaları * menopauza dövrü * orqanizmin ümumi təmizlənməyə ehtiyacı olduğu zaman * idman məşğələləri ilə məşğul olduqda * yuxu pozğunluqlarında * onurğanın müxtəlif hissələrində ağrılar olduqda. Düzgün seçilmiş dietoloq və düzgün qidalanma rejimi arterial təzyiqin normallaşmasına, çəkinin normaya düşməsinə, xroniki yorğunluq əlamətlərinin aradan qalxmasına, maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.
2023-02-21 06:55:00
Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı üzvü Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.
2023-02-21 06:05:00
Zülal-enerji aclığı, zülalsız qidalanma zamanı orqanizmdə zülalın və enerjinin azalması, qurtarması ilə nəticələnir və azyaşlıların ölümünə səbəb olur. Bu ən çox inkişafdan qalmış, qidalanma aclığı olan ölkələrdə yaşayan əhali arasında baş verir. Aclığın səbəb olduğu zülal-enerji çatışmazlığından ən çox uşaqlar ölümə məruz qalırlar. Zülal-enerji aclığından əziyyət çəkən uşaqlar vaxtında xəstəxənaya yatırılarsa, müxtəlif prosedurlarla xəstəni xilas etmək olur. Bu zaman xəstəyə yataq rejimi və zülallı qidalanma təyin edilir, xəstənin immun sisteminin artırılması istiqamətində müalicə aparılır. Xəstənin qaraciyəri müalicə edilir. Müalicənin baş verməsinə baxmayaraq zülal aclığı keçirmiş uşaqların hamısında mədə-bağırsağın sorulma funksiyası pozulur, beyin funksiyaları isə aparılan müalicələrə baxmayaraq tam bərpa olunmur. Xəstəliyinin əlamətlərinə aiddir: - çəkinin azalması - zəiflik - zehni inkişafdan gerilik - dəridə sarılıq - dərialtı qansızmalar - qanda natriumun aşağı düşməsi - daima baş verən ishal - halsızlıq - orqanizmin inkişafdan qalması. Xəstəliyin baş verməsinə səbəb uzun müddət zəif, vitaminsiz, mineralsız və zülalsız qidalanmadır. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Müalicə zamanı azyaşlı uşaqların zülal çatışmazlığını bərpa etmək üçün 24-48 saat ərzində venadaxili prosedurlarla körpə həyata qaytarılmağa çalışılır. Körpəyə kalorili qida südə qatılmış halda verilir. Bu zaman körpə ən az 12 həftə stasionar şəraitində qalmalıdır.
2023-02-21 05:04:00
Orqanizmdə purin əsaslarının məhsulu sidik turşusudur. Əsas etibarıilə o qara ciyərdə nukleotidlərin parçalanmasından, oksipurinlərin oksidləşməsindən əmələ gəlir. Endogen sidik turşusu endogen purinlərin oksidləşməsindən sintez olunur. Bu sidik turşusu purinsiz qidalanma zamanı əmələ gəlir. Ekzogen sigik turşusu qida məhsulları ilə bədənə daxil olan purinlərdən əmələ gəlir. Orqanizmdə sidik turşusunun 2 əsas sintez yolu mövcuddur. Birincisi didik turşusunun əmələ gəlməsinin düz yoludur ki , bu hipoksantinin oksidləşməsi nəticəsində baş verir. İkincisi qeyri düz yol - sidik turşusunun əmələ gəlməsinin mənbəyi olan nuklein turşularının və s. 8-10 günə əmələ gəlməsidir. Böyrəyə daxil olan sidik turşusu yumaqcıqda filtirasiya olunduqdan sonra böyrək kanalcıqlarında reabsorsiya olunurlar . Sidiyin reyaksiyası sidik daşlarının əmələ gəlməsində əsas faktor sayılır. Sidik turşusunun qanda səviyyəsinin artmasına salisilatlar, diuretiklər, xörək duzu kalsium preparatları, atropin səbəb olur. Hiperuraturiya sidik turşusu diatezinin simptomlarından olub , kliniki şəkildə sidikdə kristalların olması ilə müşayət olunur. Onlar əksər hallarda natrium , kalium duzları, az halda kalsium və maqnezium duzları şəklində olurlar. Sidik turşusunun başqa duzu olan urat digər duzlardan fərqli olaraq sidikdə çoküntüyə çevrilir. Duzların qum və kristal halı sidiyin normal xaric olunması prosesini ləngidir və böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Sidik turşusu diatezinin növləri aşağıdakılardır: 1. Oksaluriya 2. Hiperkalsiuriya 3. Fostaturiya Böyrək daşı xəstəliyinin müalicəsi daşların növunə uyğun olaraq aparılır.
2023-02-21 04:04:00
Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər. Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır. Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər: dərman preparatlarındna, həşərat sancmalarından və qida məhsullarından. Anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər. Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Bu allergiya növü orqanizmin hər hansısa bir qida məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir. Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir. Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir. Allergik zökəm (mütəxəssislər bunu rinit adlandırır) 10 nəfərdən 1-də müşahidə olunur və bu adətən irsi keçmədir. Belə allergiya əsasən kişilərdən çox qadınlarda yaranır. Allergik zökəm zamanı yaranan simptomlar: gözlərdə, burunda, boğazda və damaqda qaşınmalar, asqırma, burun tutulması, göz yaşarması, burundan axan seliklikli axıntı, konyuktivit (gözlərdə ağrı və qızartı). Bəzi ağır hallarda isə allergik zökəm astma yaradır (astmadan əziyyət çəkən insanlarda).
2023-02-21 03:04:00
Əl və ayaq dırnaqları yalnız manikür etməkdən ötrü yaradılmayıb. Onlar sizin barmaqlarınızı qoruyur və xırda əşyaların ələ alınmasında köməkçiniz olur. Dırnaqlar insanın sağlamlığı haqqında çox sözlər deyir. Belə ki, dırnaqlara baxıb orqanizminizdə olan bəzi patologiyaıarı təyin etmək mümkündür. Dırnaqlar, dırnaq kökündə olan qəlibdən çıxır və uzanır. Onun tərkibi orqanizmdən xaric olunacaq sıxlaşmış ölü toxumalardan ibarətdir. Yeni dırnaq toxuması əmələ gəldikdə ölü toxumanı qabağa doğru itələyir və bu səbəbdən də dırnaqlar uzanır. Əgər uzanan dırnaqlarda patoloji dəyişikliklər varsa, deməli orqanizmdə patoloji poroseslər gedir. 1. Eninə zolaqlı xətlər və çökəkliklər dırnaq toxumasında olan fəaliyyətin qısa müddətli dayanmasından xəbər verir. Bu isə o deməkdir ki, qan dövranında qana müxtəlif patoloji birləşmələr qarışıb. Bu müxtəlif infeksiya və ya ciddi xəstəliklər ola bilər. Xəstəliklərin orqanizmdə inkşafa başladığı zaman isə dırnaqlarda əmələ gələn eninə zolaqlı kəsiyin meydana çıxmasından 1 ay qabaq baş verib. 2. Dırnaqda psorias özünü xırda çökəkliklər və müxtəlif patologiyalarla biruzə verir. Bu orqanizmdə gizli və ya aşkar dəri xəstəliyinin olmasından xəbər verir. 3. Uzun müddət soyuq sudan istifadə etdikdə və ya əlcəksiz qarla oynadıqdan sonra əllərininzin göyərməsi sizin qan dövranınızda pozğunluqların olmasından və ətraflarınızın oksigenlə normal qidalanmadığından xəbər verir. Bu Reyno xəstəliyinin olmasından da xəbər verə bilər. 4. Dırnaqların sarı və qalın olması göbələk xəstəliyinin olmasından xəbər verir. 5. Dırnaqların qara rəngdə olması dırnaq altında olan dərinin qaralması zamanı baş verir. Bu dırnaqaltı melanomadır və onkoloji xəstəlik hesab edilir.
2023-02-21 02:02:00
Orqanizmin yoluxucu xəstəliklərdən qorunmasında iştirak edən qeyri-spesifik mühafizə amilərinə aşağıdakılar aiddir: - Bədən temperaturu. Yüksək temperatur bir sıra mikroorqanizmlərə öldürücü təsir göstərir. Quşların bədən temperaturu məməlilərə nisbətən yüksək olduğuna görə onlar qarayara xəstəliyinə tutulmurlar. Lakin süni surətdə soyudulmuş göyərçinlərdə qarayara xəstəliyinin törədicilərinə qarşı həssaslıq yaranır. - Toxumalarda oksigenin miqdarı. Mühitdə oksigenin miqdarı kifayət qədər olduqda anareob mikroorqanizmlərin inkişafı və çoxalması ləngiyir. Tetanus və qazlı qanqrena xəstəliyinin törədiciləri yalnız anaerob şəraitdə çoxalır. - Hidrogen ionlarının qatılığı. Normal infeksion amillərə nisbətən çox təmasda olan sahələrində hidrogen ionlarının qatılığı kifayət qədər yüksək olur.
2023-02-21 01:01:00
Bu xəstəlik özünü oliqodipsiya, oliqouriya, böyrək və ürək xəstəlikləri olmadan ətraflarda ödemin olması ilə səciyyələndirir. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir. Bu zaman aşağıdakı patologiyalar da meydana çıxa bilir: - aybaşı tsiklinin pozulmaları - baş ağrıları - hiperxolesterinemiya. Baş ağrılarının əmələ gəlməsinə səbəb beyin qişalarının ödemi, damar patologiyaları və emosional vəziyyət səbəb olur. Xəstəlik piylənmə fonunda və piylənməsiz baş verə bilir. İdiopatik ödem dövri və daimi olmaqla 2 yerə ayrılır. Dövri ödemlər çox vaxt aybaşıdan əvvəl baş verir və əksər hallarda bütün bədənə eyni miqdarda yayılır. Bu bədən kütləsinin artması il müşayiət olunur. Ödemlər bədən çəkisinin 3-20 kq arasında artmasına səbəb ola bilirlər. İdiopatik ödemlər hipotalamus-hipofizar nahiyədə müxtəlif etiologiyalı çatışmazlıqların olduğu zaman meydana gəlir. Mayenin ləngiməsi antidiuretik hormonun və aldosteronun ifraz sintezi, cinsi hormonların çatışmazlığı ilə bağlıdır. Psixi zədə amillərinin də hormonların ifraz sisteminin pozulmasında rolu olduğu danılmır. Xəstəliyin müalicəsi qida rasionundan karbohidratların və xörək duzunun çıxarılması ilə başlayır. Müalicə zamanı kalium preparatlarından və veroşpirondan istifadə edilir, xəstəyə bromokriptin təyin edilir. Son zamanlar idiopatik ödemlərin müalicəsi zamanı antidepressantlardan da uğurla istifadə edilir.
2023-02-21 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-20 23:52:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən kafenin dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
2023-02-20 23:48:00
Azərbaycanda taksi minik avtomobillərinin sürücülərinə qarşı tələbin olmaması əsas məqamları nəzarətdə saxlamağa imkan vermir.
2023-02-20 23:33:00
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın olub.
2023-02-20 23:05:00
Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur.
2023-02-20 21:33:00
Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qabağı çərşənbələrin fərqli şəkildə keçirilməsinə öz təsirini göstərib.
2023-02-20 21:11:00
Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fasilə yaranıb.
2023-02-20 21:00:00
Bruklin Bekhem və Nikola Peltsin toyu tədbirin təşkilatçıları ilə Pelts ailəsi arasında məhkəmə prosesinə səbəb olub.
2023-02-20 20:40:00
Rejissor Ceyms Kemeronun "Avatar: Suyun yolu" filmi "Titanik"in rekordunu yeniləyib.
2023-02-20 20:37:00
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
2023-02-20 20:31:00
Məşhur aşpaz CZN Burak "Barselona"nın sabiq futbolçusu Ronaldinyo və Argentina millisinin futbolçusu Lionel Messinin ona bağışladığı imzalı formaları satışa çıxarıb.
2023-02-20 20:11:00
"Google" 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb.
2023-02-20 19:40:00
Adıyamanda hər kəsin " Eski Kahta" deyə adlandırdığı böyük bir qaya zəlzələ nəticəsində iki yerə bölünüb.
2023-02-20 19:31:00
Kahramanmaraşda baş verən zəlzələdə yaşananlarla bağlı türk mediası müxtəlif yazılar dərc edib.
2023-02-20 19:15:00
Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.
2023-02-20 18:24:00
Ölkə ərazisində küləkli hava şəraiti davam edəcək.
2023-02-20 18:22:00
Konteyner sayını 200 minə qədər artıra biləcəyik.
2023-02-20 18:14:00
Zəlzələ bölgəsində 751 min nəfər çadırlarda qalır
2023-02-20 18:10:00
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
2023-02-20 18:00:00
Türkiyədə baş verən dəhşətli zəlzələ və mövcud hava şəraiti ilə əlaqədar Azərbaycana uçuşların təxirə salınması səbəbindən ölkəmizə gələn karqo daşımalarında gecikmə halları yaşanırdı.