Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
Digərləri 03 İyl 2025 02:02:00 60 0
Gecə boyunca yuxu alsanız belə, gün ərzində davamlı güc çatışmazlığı hiss edirsizsə, ən adi işlər belə dözülməz yükə çevrilirsə, bu, tənbəllik deyil, yorğunluğun artması deməkdir.
Bu xəbəri də oxu: Hər gün yeyirik, ancaq ömrü 10 il qısaldır
Son.az xəbər verir ki, yorğunluğun müxtəlif səbəbləri var həyat tərzindən tutmuş ciddi xəstəliklərə qədər. Ekspertlər bildirir ki, bu halın nə üçün baş verdiyini müəyyən etmək və enerjini bərpa etmək üçün səbəblər aydınlaşdırılmalıdır.
Bəs yorğunluğun səbəbləri nədir?
Fizioloji yorğunluq həddindən artıq yüklənmə, yuxusuzluq, düzgün qidalanmamaq, son zamanlar baş vermiş xəstəlik və ya hamiləlik nəticəsində yaranır. Bu vəziyyət istirahət etdikdən sonra aradan qalxır. Xroniki yorğunluq isə yuxu və istirahət zamanı keçmir, gizli xəstəliklərin olması ehtimalını artırır. Psixoloji yorğunluq isə əsəbilik, narahatlıq və işdə çətinliklər şəklində özünü göstərir.
Mütəxəssislər yorğunluğu mülayim, orta, ağır və kritik dərəcələrə ayırır. Mülayim yorğunluq gündəlik işlərin bir az daha çox səy tələb etməsi ilə xarakterizə olunur. Orta dərəcədə iş və ünsiyyət çətinləşir, səhvlərin sayı artır. Ağır yorğunluqda bütün enerji əsas işlərə sərf olunur, kritik yorğunluqda isə istirahətdən sonra da keçmir və təhlükəli səhvlərə səbəb ola bilər. Daimi enerji çatışmazlığı, gün ərzində yuxululuq, konsentrasiya və yaddaş problemləri, tam apatiya və marağın itməsi yorğunluğun əsas əlamətləridir. Anemiya, yuxu pozğunluqları, hipotiroidizm, şəkərli diabet, depressiya və düzgün qidalanmamaq yorğunluğun ən çox rast gəlinən səbəbləridir. Xüsusilə anemiyada dəmir və B12 çatışmazlığı, qan itkisi və bəzi xroniki xəstəliklər rol oynayır. Həkimlər səhər yeməyini atlamamağı, sağlam yağlar və zülal qəbul etməyi tövsiyə edir.
İlk növbədə terapevtə müraciət edilməli, qan analizi və digər müayinələr aparılmalıdır. Müvafiq müalicə anemiya, hipotiroidizm, şəkərli diabet, yuxu problemləri və depressiyaya qarşı təyin olunur. Həmçinin, düzgün qidalanma və həyat tərzinin dəyişdirilməsi vacibdir.
Nəhərd asteroid Yerə doğru sürətlə irəliləyir. Əgər dəysə, həyatı

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Kremlə bağlı media resurslar Azərbaycanın Yekaterinburq hadisələrinə ver

Azərbaycan Prezidenti İlham Əliyev "X"dəki hesabında ölkəmizdə

Rusiyanın E1.ru nəşri Yekaterinbuqrda ötən illərdə törədilmiş qətllə

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Babək&qu

2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus &

Müğənni Natavan Həbibi Əməkdar artist Könül Kərimovanın ondan istəyin

Türkiyədə Bayburt ilə Erzurum sərhədində, dünya turuna çıxan Mehmet De

NATO-nun baş katibi Mark Rutte, ABŞ televiziyasında - Fox News kanalında ç�

Bəzi bürclərin altıncı hissi güclü, yuxuları isə gizli mesajlarla dolu

Müğənni Rahidə Baxışova "Bir gün" verilişində keçmiş həyat

Azərbaycanəsilli milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına ba
