Dünya
2025-03-21 14:08:00
Almaniya 13 ildən sonra Dəməşqdəki səfirliyini yenidən açır.
2025-03-21 12:25:00
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ilə Ukrayna arasında qismən atəşkəs rejiminin müzakirəsi müharibənin başa çatması kontekstində geriyə doğru addımdır.
2025-03-21 11:55:00
ABŞ prezidentinin oğlu kiçik Donald Tramp Florida ştatının Palm-Biç şəhərində keçirilən amfAR Palm Beach qalasında iştirak edib.
2025-03-21 10:20:00
ABŞ prezidenti Donald Tramp bildirib ki, avtomobil istehsalçısı "Tesla"ya qarşı təxribat törətməkdə təqsirli bilinən şəxslər 20 ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.
2025-03-21 09:21:00
"Ermənistan Avropa İttifaqına daxil olarsa, bir çox imtiyazlarını itirəcək, çünki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olacaq".
2025-03-21 08:37:00
ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvi prosesinə başlanması haqqında fərman imzalayıb.
2025-03-21 08:18:00
Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib, Hitrou hava limanı elektriksiz qalıb.
2025-03-21 07:07:00
Finlandiya səkkiz il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi seçilib.
2025-03-20 23:00:00
ABŞ Ordusu Yəmənin qərbindəki Əl-Hodeyda əyalətində husilərin mövqelərinə bir sıra zərbələr endirib.
2025-03-20 22:24:00
Serbiyanın Baş naziri vəzifəsini icra edən Miloş Vuçeviç Rusiyanın Baş naziri Mixail Mişustinə rəsmi məktub göndərərək ondan 15 mart mitinqin şəraitinin araşdırılmasına rusiyalı mütəxəssisləri cəlb etməyi xahiş edib.
2025-03-20 22:00:00
ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.
2025-03-20 21:11:00
"Fransanın terrorçuların inkubatoruna çevrildiyini söyləmək mübaliğə olmaz". Son.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Zaxarova terrorçuların inkubatoruna çevrilmiş Fransaya öz evini qaydaya salmağı tövsiyə edib. O, fransız əsilli insanların Yaxın Şərqdəki radikal islamçı təşkilatlarda geniş şəkildə təmsil olunduğunu xatırladıb. "Əgər Fransa hakimiyyəti həqiqətən də terrorla mübarizəyə töhfə vermək istəyirsə, ilk növbədə öz evlərini qaydaya salmalıdırlar", - deyə Zaxarova vurğulayıb. /Bizim.Media
2025-03-20 20:48:00
Almaniya xarici işlər naziri Annalena Berbok Suriyaya səfər edib.
2025-03-20 19:52:00
Rusiya Bakıdakı "Rus evi" ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir.
2025-03-20 18:45:00
"Əvvəlki prezident Co Bayden ABŞ-ın Ukraynaya yardımının həcmini anlamayıb. O, pulları qeyri-adekvat vəziyyətdə paylayıb".
2025-03-20 18:42:00
Ukraynanın ilk Baş naziri Vitold Fokin vəfat edib.
2025-03-20 18:34:00
İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneiyə məktubuna tezliklə cavab göndərəcək.
2025-03-20 16:04:00
Şahzadə Meqan Markl sosial şəbəkədə arxiv fotosu ilə diqqət çəkib.
2025-03-20 15:58:00
ABŞ Prezidenti Donald Tramp ölkəsində və bütün dünyada qədim Novruz bayramını qeyd edən hər kəsi təbrik edib.
2025-03-20 15:28:00
"ABŞ-də əcnəbi sərmayədarlar üçün ölkə ərazisində yaşamaq hüququ verən sənəd "Trump card" adlana bilər".
2025-03-20 14:33:00
Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.
2025-03-20 13:59:00
Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılacaq.
2025-03-20 13:15:00
Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı vasitəsilə jurnalistlərin suallarına cavab verərkən Fransa lideri Emmanuel Makron ona zəng edib.
2025-03-20 13:06:00
ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) və Yaponiyanın Toxo Universitetinin (Yaponiya) alimləri Yer kürəsində həyatın yox olması ilə bağlı yeni ssenarini təqdim ediblər.
2025-03-20 12:55:00
ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask motivasiya üçün vitse-prezident Ceyms Devid Vensin Ağ Evdə asılmış portretinə baxdığını deyib.
2025-03-20 12:14:00
Avstriya 1 maydan etibarən 1-8-ci siniflərdə mobil telefonlara qadağa tətbiq edir.
2025-03-20 11:54:00
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhər məhkəməsi erməni bloqçu Vardan Qukasyanın vəkillərinin girovla bağlı müraciətini rədd edərək, onu həbsdə saxlayıb.
2025-03-20 11:11:00
Beynəlxalq axtarış sistemi olan "Google" Novruz bayramına "doodle" həsr edib.
2025-03-20 10:55:00
İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsdə ABŞ senatoru Con Fettermanı (Pensilvaniya ştatından demokrat) qəbul edib.
2025-03-20 10:34:00
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evin Oval kabinetindəki masanın üzərindəki qırmızı rəngli düymə diyetik "Coca-Cola" sifariş etmək üçün nəzərdə tutulub.
2025-03-20 10:18:00
İsrail ordusu bu gecə və səhər saatlarında Qəzza zolağının şimal və cənub hissələrinə zərbələr endirib.
2025-03-20 10:12:00
Bayden administrasiyası vəzifədən getməzdən əvvəl ölkə daxilində təxminən 8 milyon toyuğu kəsərək yumurta tədarükündə fasilələrə və qiymətlərin artmasına səbəb olub.