Diskriminasiya ilə bağlı Nike şirkəti barəsində araşdırma başlanılıb
Dünya 05 Fev 2026 11:57:00 50 0
ABŞ-ın Məşğulluqda Bərabər İmkanların Təminatı üzrə Federal Komissiyası (EEOC) ağdərili əməkdaşlara qarşı ayrı-seçkilik iddiaları ilə əlaqədar olaraq Amerikanın Nike şirkəti barəsində araşdırmaya başlayıb.
Bu xəbəri də oxu: Epşteynin ölümünə dair yeni görüntülər yayıldı
Son.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunan açıqlamada yer alıb.
Sənədə əsasən, komissiyaya Nike şirkətində ağdərili əməkdaşlara qarşı sistemli "irqi diskriminasiya"nın mövcud olması ilə bağlı şikayətlər daxil olub. Bununla əlaqədar komissiya ABŞ-ın Missuri ştatında yerləşən federal dairə məhkəməsi vasitəsilə şirkətdən işçilərin irqi və etnik mənsubiyyətinin necə nəzərə alındığına dair hesabatlar təqdim etməyi tələb edib. Bu hesabatlara işdən azad edilmə, vəzifədə irəli çəkilmə və müxtəlif ödənişlərin hesablanması zamanı qəbul edilən qərarlar da daxildir. Nike şirkəti idman geyimi və ayaqqabılarının iri istehsalçılarından biridir.
Komissiyanın sədri Andrea Lukas bildirib ki, şirkətdə "müxtəliflik, bərabərlik və inklüzivlik" proqramlarının federal irqi diskriminasiya qadağalarını poza biləcəyinə dair "inandırıcı sübutlar" mövcuddur. O, bu məsələ ilə bağlı "hərtərəfli araşdırma" aparılacağını vurğulayıb.
Qeyd edək ki, sözügedən federal komissiya ABŞ-da işə qəbul zamanı hər hansı əlamətə görə ayrı-seçkiliyin yolverilməzliyini nəzərdə tutan qanunlara əməl olunmasına nəzarət edir.
Ayxan Son.az
Məzuniyyətdə olan iş yoldaşını müvəqqəti əvəz edən işçilərin əl
"By Fateh" ictimai iaşə obyektində yoxlama aparılıb.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadın sürücülərin peşək
Prokurorluq orqanlarında süni intellekt texnologiyalarından da istifadə edil
Müğənni Zeyno qatıldığı televiziya proqramlarının birində ünvanına y
Dünən Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ü
Bakıda "LEGIS" Beynəlxalq Hüquq Forumu keçirilir.
Odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, g�
Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 71 min ABŞ dollar
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştir
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınma
"Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirm�
2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrində ailə
