Tramp ən çox sevdiyi lideri açıqladı
Dünya 05 Fev 2026 23:27:00 80 0
Dünya liderləri ilə gərgin mübahisələri ilə tanınan ABŞ Prezidenti Donald Tramp Salvador Prezidenti Nayib Bukeleni "ən sevdiyi insanlardan biri" adlandırıb. Tramp xüsusilə Bukelenin cinayətkarlığa qarşı tətbiq etdiyi sərt metodları və böyük həbsxanalar sistemini yüksək qiymətləndirib.
Bu xəbəri də oxu: Saniyəlik fərqlə ölümdən döndü
Son.az xəbər verir ki, Tramp bildirib ki, Bukele Salvadoru dünyanın ən təhlükəli ölkələrindən birindən ən təhlükəsiz yerinə çevirməyi bacarıb. ABŞ lideri qeyd edib ki, Bukelenin tikdirdiyi nəhəng həbsxana kompleksləri sayəsində minlərlə ağır cinayətkar küçələrdən təmizlənib.
Tramp özünəməxsus üslubda konkret rəqəm çəkərək qeyd edib: "Orada 11 888 qatil var idi və onların əksəriyyəti hazırda onun həbsxanalarındadır. Bukele möhtəşəm bir iş görür". O, həmçinin vurğulayıb ki, ABŞ-də yaxalanan bəzi ağır cinayətkarlar, narkotik alverçiləri və qatillər məhz El Salvadora göndərilir.
Bukelenin insan haqlarını pozduğuna dair beynəlxalq tənqidlərə toxunan Tramp bildirib: "Bəziləri onun üçün 'həyatımda gördüyüm en qəddar adam' deyəcək. Amma mən bunu deməyəcəyəm". Bununla Tramp təhlükəsizliyin təmin edilməsinin liberal hüquq müzakirələrindən daha üstün olduğunu qeyd edib.
Bu əməkdaşlığın bir hissəsi kimi, Salvador ABŞ-dən deportasiya edilən və ya ABŞ üçün təhlükə yaradan cinayətkar qruplaşma üzvlərini (xüsusilə MS-13 dəstəsi) qəbul etməyi öhdəsinə götürüb. Tramp bu addımın ABŞ vətəndaşlarının təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini düşünür. Lalə Qüdrətova Son.az
Sabah Umman vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan nüvə danış�
Xalq artisti Ofeliya Sənani hərbçilərə olan sevgisindən danışıb.
Gəncədə iki avtomobil toqquşması nəticəsində yol nəqliyyat hadisəsi ba
Azərbaycanın tanınmış aparıcısı əməliyyat olunub.
76 yaşlı məşhur prodüser Herşel Veynqrodun yaşının az olduğunu bildiyi
Məşhur türkiyəli aktyor Burak Özçivit Etiler səmtində təxminən 50 mily
Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.
İsrail Müdafiə Qüvvələri Livan ərazisində yeni hava hücumları həyata
"Yalı Çapkını" serialında "Gülgün" obrazını canland
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 5-də Luvr Ə
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşi
Fevralın 28-i axşam saatlarında səmanda maraqlı astronomik hadisə - planet
Məşhur meyxanaçı Ağamirzə qardaşının ağır yol qəzasına düşməsi x
