Kriminal
2025-12-29 18:04:00
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Ey, Vətən!" adlı konsert proqramı keçirilib. Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub. Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər. Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub. Azərbaycanın dünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. Vokalçı həmçinin bildirib ki, 2026-cı ildə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi əsasən Suriyada və İraqda yaşayan türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək. Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosu Leyla Qədirzadəyə məxsus "Məhsəti" operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib. Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondan ümumiyyətlə, istifadə edilməyib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2025-12-29 17:42:00
Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi. Bir əsrdən artıqdır ki Azərbaycanın müxtəlif teatrlarında bu əsər səhnələşdirilir və müvəffəqiyyətlə ifa olunur.
2025-12-29 17:37:00
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
2025-12-29 17:13:00
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş "25 il sənət yolu" adlı sərginin açılış mərasimi keçirilib.
2025-12-28 17:38:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.Klassik musiqinin təntənəsi və bayram əhval-ruhiyyəsinin vəhdətində dinləyicilərə unudulmaz anlar yaşatdı.
2025-12-28 17:22:00
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında "Klassik musiqinin zamanı" layihəsi çərçivəsində Azərbaycan Dövlət Konservatoriyasının məzunu, istedadlı bəstəkarı və mahnı müəllifinin yubileyinə həsr olunmuş "Şainskiy-100" konsert-konfransı keçirildi.
2025-12-28 17:16:00
Gəncə Dövlət Filarmoniyasında "Yeni ilə bizimlə" adlı bayram konsert proqramı keçirilmişdir.
2025-12-28 16:17:00
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında beynəlxalq müsabiqələr laureatı, 15 yaşlı pianoçu Aydan Nuriyevanın iştirakı ilə zərif musiqi-poetik axşam keçirilib.
2025-12-27 14:10:00
Beynəlxalq Muğam Mərkəzi və İMEC Beynalxalq Müsiqi və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "IMEC-in sehrli Yeni il konserti" adlı konsert təqdim olunub.
2025-12-27 10:51:00
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.
2025-12-26 20:39:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "ANİMAFİLM Studio" yaradıcı heyəti ilə görüşüb.
2025-12-26 18:09:00
UNESCO Dünya İrsi siyahısına daxil olan Quedlinburg şəhərində I-opener e.V. tərəfindən, kuratoru Zuleyxa İbad olan "Tənhalıq Dövründə İnsan və Təbiət" sərgisi təqdim olundu. Səkkiz günlük proqram bədii işləri, elmə yaxın vasitəçilik formatlarını və regional tərəfdaşlarla hazırlanmış ictimai tədbirləri bir araya gətirdi. Layihə Quedlinburg şəhərinin və Almaniyanın federal "Demokratie leben!" proqramının dəstəyi ilə həyata keçirildi. Sərgi tənhalığı yalnız şəxsi hiss kimi deyil, siqnallar, məlumatlar və təsvirlərlə həddindən artıq yüklənmiş bir mühitdə texnoloji, ekoloji və institusional strukturların nəticəsi kimi araşdırdı. Ekspozisiyada beynəlxalq rəssamların video əsərləri, rəsmləri və interaktiv rəqəmsal layihələri nümayiş etdirildi. Benjamin Claux Apocalypse Now? və Spatium Fantasma əsərlərində təsvir və siqnalların siyasətinə müraciət etdi; Vincent Jondeau Pelkė layihəsində bərpa ilə istismar arasındakı gərginliyi göstərdi; Clara Juan Ontologies işi ilə təbiəti dərk etməyin müxtəlif yollarını qarşılaşdırdı; İlyas Grunt isə infrastrukturun və ekoloji zərərin izlərini araşdırdı. Sərgi Oliver Juan-ın iştirakçı video quraşdırması ilə yekunlaşdı və ziyarətçiləri "təbii" və "süni" anlayışlarını yenidən düşünməyə dəvət etdi. Kuratorial yanaşmada ictimai məkanı simvolizə edən pivəxana skamyalarından istifadə olundu, bu isə ictimai həyatın yalnız praktik iştirakla mümkün olduğunu vurğuladı. Sərgi müasir tənhalığın mahiyyəti və rəqəmsal tükənmə şəraitində diqqətin mümkün formaları ilə bağlı suallar ortaya qoydu.
2025-12-26 17:14:00
Azərbaycan Milli İncəsənət Muzeyi və Uşaqların Sağlam Gələcəyi (USG) Erkən Müdaxilə Mərkəzinin birgə təşkilatçılığı ilə muzeydə maskalı bal keçirilib.
2025-12-26 14:25:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda həyata keçirilən səyyar sərgilər layihəsi uğurla davam edir.
2025-12-26 14:06:00
Bakı şəhərində yerləşən qadın mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb.
2025-12-25 23:11:00
Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb.
2025-12-25 21:21:00
Beynəlxalq Muğam Mərkəzində Qarabağ xanəndəlik məktəbinin unudulmaz simalarından olan Qədir Rüstəmovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
2025-12-25 21:10:00
Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
2025-12-25 20:40:00
1995-ci ildə, 4 yaşında itkin düşən Emine Yıldırımcanın işi 30 il sonra "Müge Anlı ilə Tatlı Sert" proqramında yenidən gündəmə gəlib.
2025-12-25 19:40:00
Bakıda "Land Rover" idarə edən narkokuryerdə 17 kq marixuana aşkarlanıb.
2025-12-25 16:30:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) 2025-ci il üçün nəzərdə tutulan ustad dərslərinin sonuncusu Yevlax şəhərində təşkil olunub.
2025-12-25 16:03:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi.
2025-12-25 13:11:00
Bir neçə gün öncə dahi heykəltəraş, akademik Ömər Eldarovun 98 yaşı tamam olub.
2025-12-24 17:36:00
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin Milad bayramına, Yeni ilə və Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib, Musiqi gecəsi eyni səhnədə ənənələri, gəncliyi və peşəkarlığı birləşdirən əsl sənət bayramına çevrilib.
2025-12-24 15:47:00
Yanvar ayının 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin " TOSKA" operasının tamaşası keçiriləcəkdir.
2025-12-24 14:40:00
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında AMK-nın müəllimi, Beynəlxalq Müsabiqələr qalibi, Gənclər mükafatçısı, tarzən İbrahim Babayevin müəllifi və solisti olduğu "MughaMix" adlı təqdimat-konserti keçirilib.
2025-12-23 20:43:00
Dekabrın 23-də Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq" konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
2025-12-23 09:24:00
Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.
2025-12-23 00:37:00
Beynəlxalq Muğam Mərkəzində musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Xalq artisti, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Mizeyinin Qədım Musiqi Alətləri Ansamblının yaradıcısı, bədii rəhbəri (1996- 2013) Məcnun Kərimovun (1945 - 2013) -80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli çıxış edərək Məcnun Kərimovun həyat və fəaliyyətindən danışıb. Onun görkəmli tarixçilər, musiqişünaslarla birgə qədim musiqi alətlərini bərpa etmək üçün xüsusi laboratoriya yaratdığını, qədim dövr musiqiçilərimizin istifadə etdiyi alətlərimizi yenidən bərpa etdiyini diqqətə çatdırıb. Çıxışlarda bildirilib ki, onun zəhməti nəticəsində çəng, Şirvan tamburu, çəqanə, çonqur, rübab, səntur, barbəd, qopuz və digər musiqi alətlərinə yeni həyat bəxş edilib. Onun zəhməti nəticəsində yaradılan Qədim Musiqi Alətləri Dövlət Ansamblı nəyinki ölkəmizdə, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təbliğ edir.
2025-12-22 11:06:00
Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə klassik ədəbiyyat nümunəsinə - Süleyman Sani Axundovun ölməz "Qaraca qız" hekayəsinə səhnə həyatı verib.
2025-12-21 23:49:00
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.
2025-12-21 18:15:00
Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə şübhəli şəxs müəyyən olunub.
