Kriminal

Ramiz Quliyevin dəfn olunacağı yer məlum olub

2025-10-15 15:24:00

Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Nazirlikdən Xalq artistinin ölümü ilə bağlı nekroloq

2025-10-15 10:48:00

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edib.

78 yaşında vəfat edən Ramiz Quliyev kimdir?

2025-10-15 10:46:00

Xəbər verdiyimiz kimi,  bu gün Azərbaycanın xalq artisti, görkəmli tarzən Ramiz Quliyev vəfat edib. 

Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA “Ana təbiət” sərgisinin açılışında iştirak ediblə FOTO

2025-10-15 10:06:00

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.

Bakıda Təranə Muradovaya həsr olunmuş “Rəqs Edən Brilyantların Gecəsi” keçiriləcək

2025-10-14 22:37:00

Oktyabrın 30-dan noyabrın 2-dək Bakı dünya rəqs mədəniyyətinin mərkəzinə çevriləcək. Azərbaycan paytaxtında Azerbaijan Dance Festival 2025 keçiriləcək. Tədbir Azərbaycan Rəqs İttifaqı (AzDC, prezidenti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova) və Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezidenti - Olqa Krasnyanskaya) tərəfindən təşkil olunur. Rəqs bayramının axşamları JW Marriott Absheron Baku otelində baş tutacaq. "Rəqs Edən Brilyantların Gecəsi" - 31 Oktyabr Bu axşam Azərbaycanın Xalq Artisti və Azərbaycan Rəqs İttifaqının Prezidenti Təranə Muradovanın yubileyinə həsr olunmuş xüsusi bir hadisə olacaq. Gecənin proqramında Təranə xanım milli rəqs elementləri ilə birləşdirilmiş unikal ball rəqsi xoreoqrafiyasını təqdim edəcək. Səhnədə həmçinin dünya şöhrətli iki ball rəqsi əfsanəsinin parlaq şou nömrələri, eləcə də Smooth proqramı üzrə Peşəkarlar arasında Avropa Çempionatı nümayiş olunacaq. Bu axşam incəsənət, zəriflik və ilhamın birləşdiyi unudulmaz bir rəqs bayramı olacaq. 1 Noyabr - Bütün Yaş Kateqoriyaları üzrə Dünya Çempionatları Bu axşam Smooth proqramı üzrə Dünya Çempionatları bütün yaş kateqoriyalarında - uşaqlardan böyüklərə qədər - keçiriləcək. Bununla yanaşı, Avropa və Latın proqramları üzrə açıq beynəlxalq yarışlar da baş tutacaq. Bu gecə idman ruhu, adrenalın və zirvəyə can atmaq arzusu ilə ball rəqslərinin estetikasını və incəliyini birləşdirən möhtəşəm bir sintez olacaq. Qonaqları zərif şam yeməyi, canlı musiqi və fasilələrdə rəqs meydançasına çıxmaq imkanı gözləyir.   2 Noyabr - Beynəlxalq Pro-Am Yarışları Festivalın son günü Pro-Am (Professional-Amateur) formatına həsr olunacaq. Bu yarışlarda peşəkar rəqqaslar öz tələbə və həvəskar partnyorları ilə birgə çıxış edirlər. Bu sadəcə yarış deyil - bu, birlik və ilham fəlsəfəsidir, rəqsi özünüifadə və daxili harmoniya vasitəsinə çevirən insanları bir araya gətirir.  Pro-Am dünyasında yaş və hazırlıq səviyyəsi əhəmiyyət daşımır - hər kəs səhnə sənətinin, hərəkət gözəlliyinin və emosional azadlığın dünyasına qədəm qoya bilər. 2 noyabr - rəqs etməyin heç vaxt gec olmadığını sübut edənlər üçün əsl rəqs bayramı olacaq. Canlı Musiqi və İlham Atmosferi Festivalın hər üç axşamı dirijor Boris Myagkovun rəhbərliyi ilə simfonik orkestrin canlı müşayiəti ilə keçiriləcək. Azərbaycan bəstəkarlarının məşhur melodiyaları - vals, ça-ça-ça, tanqo və fokstrot - ball stilində aranjimanlarda səslənərək zəriflik və ilham dolu bir atmosfer yaradacaq. Zövq və Gözəllik Bayramı Qonaqları eksklüziv şam yeməkləri, nəfis mətbəx nümunələri və premium içkilər gözləyir.  Burada idman və ali incəsənət bir araya gəlir. "Rəqs Edən Brilyantların Gecəsi" - sadəcə bir rəqs tədbiri deyil, səhnənin gözəllik, güc və ilhamın parlaq təntənəsinə çevrildiyi an olacaq. Biletlər əldə etmək üçün https://iticket.az/events/azerbaijan-dance-festival-2025 İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir FOTO

2025-10-14 21:30:00

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb. Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub. Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir. Layihə üzrə oktyabrın 9-da Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində kamança ixtisası üzrə ustad dərsi təşkil olunub. Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev tərəfindən aparılan dərsdə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və 4 nömrəli uşaq musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.  Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək layihənin gənc ifaçıların inkişafındakı önəmini vurğulayıb. 

“Xatirə olacaq səhnələr” adlı sərgi açıldı FOTO

2025-10-14 21:08:00

Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynlərin onları qalereya və muzey tipli maarifləndirici məkanlara aparmalarına təşviq etmək məqsədi ilə elan olunmuş "Xatirə olacaq səhnələr" adlı sərgi  Xətai Sənət Mərkəzində açıldı. Sərgini giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru  Zahid Əvəzov açaraq, sərgi iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Xətai rayon İcra hakimiyyəti  ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin  baş məsləhətçisi Turan Kərimzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseyn, Xətai Uşaq Sənəti Qalereyasının bədii rəhbəri, rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər. Sərgi sertifikatların təqdim olunması ilə davam etdi. Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq  Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri QSC-i, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti  Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı elan olunmuşdur. Sərgiyə 100-dən çox azyaşlı uşağın şüuraltı fantaziyasının məhsulu olan təsvirlər təqdim olunmuşdur. Sərgilənmiş təsvirlərin online kataloqu : https://online.fliphtml5.com/zcykp/swmu/ Konsepsiyamıza uyğun olan işlərin Xətai Uşaq Sənəti Qalereyasında bir neçə həftə sərgilənməsi nəzərdə tutulmuşdur. Valideinlərə tövsiyə: Uşaqlara stimul yaratmaq və xatirəni yaşatmaq naminə sərgidən sonra bu işlərin evinizdə asılması məqsədə uyğun olardı.  İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib

2025-10-14 16:30:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.

World Coaching Organization (WCO) Beynəlxalq Kouçluq Sertifikasiya Təlimi (ICC) proqramı ilə Bakıda çıxış edəcək

2025-10-14 16:05:00

Bakıda ilk dəfə Beynəlxalq Kouçinq Sertifikatı (ICC) - SOULMIND və World Coaching Organization-un təşkilatçılığı ilə World Coaching Organization (WCO) illərdir dünyanın müxtəlif ölkələrində fərdlərin və təşkilatların inkişafına yönəlmiş beynəlxalq kouçluq proqramları həyata keçirir.

Rusiya bu filmi qadağan etdi

2025-10-14 14:56:00

Rusiyada güneyli rejissor Cəfər Pənahinin "Sadə bir təsadüf" filmi planlaşdırılan tarixdə nümayiş etdirilməyəcək.

Taksi sürücüsü ilə VİDEOlarına görə arvadını öldürdü Məhkəmədən

2025-10-14 13:38:00

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin məhkəmə prosesi başa çatıb.

Maşına oğru girdi, 4000 manatı götürmədi

2025-10-14 12:09:00

Sosial şəbəkədə oğurluq hadisəsi gündəm olub.

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Leyli və Məcnun” operası Heydər Əliyev Sarayında təqdim olunub FOTO

2025-10-13 17:33:00

Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Leyli və Məcnun" operası 10 oktyabr tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında nümayiş etdirilib.

Milli İncəsənət Muzeyində “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” adlı mühazirə təqdim olunacaq

2025-10-13 13:52:00

15 oktyabr 2025-ci il tarixində, saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" adlı mühazirə təqdim olunacaq.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olmuş ərazilərində icra edilməsi üçün verdiyi əmrlərin şəkilləri məhkəmədə nümayiş etdirilib

2025-10-13 13:41:00

Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Üç Yol bədii filminin təqdimatı olub FOTO

2025-10-13 12:17:00

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və Elcinema şirkətinin istehsal etdiyi Üç Yol bədii filminin təqdimatı olub. 

Filarmoniyada Dövlət Kamera Orkestrinin və ABŞdan George Held konserti baş tutub VİDEO FOTO

2025-10-13 11:50:00

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - George Held (klarnet, ABŞ) və İrina Mehdiyeva (piano) dinləyicilər qarşısında çıxış edib.

Bakıda vəzifəli şəxsi bıçaqlayıb öldürdülər

2025-10-12 16:03:00

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar.

Üzeyir Hacıbəylinin və Mikalojus Konstantinas Čiurlionisin yubileylərinə həsr olunmuş konsert baş tutub – FOTO

2025-10-12 15:48:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 və Litva bəstəkarı Mikalojus Konstantinas Čiurlionis-in 150 illik yubileylərinə həsr olunmuş konsert baş tutub.

Bakıda keçmiş arvadını bıçaqlayan şəxs

2025-10-12 13:34:00

2022-ci il avqustun 30-da Yasamal rayonu ərazisində Araz İsazadənin qısqanclıq zəminində Nuridə Əhədovaya bıçaqla xəsarətlər yetirməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 144.1-ci (adam oğurluğuna cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"

2025-10-11 17:43:00

"Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəziyyətdə idi. Gözləyirik nəfəs aparatından azad olunsun ki, həm rahat ünsiyyət qura, danışa bilək, həm də ki, ciyərləri tam olaraq funksiyalarını yerinə yetirsin".

Mübariz Tağıyevdən səhhəti ilə bağlı açıqlama

2025-10-11 16:33:00

"Səhhətimdə heç bir problem yoxdur, hər şey qaydasındadır".

Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı “Balet günləri” layihəsinə start verirlir

2025-10-11 15:57:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə olaraq genişmiqyaslı "Balet günləri" layihəsinə start verir.

Bakıda qadın satıcı marketə girən oğru ilə əlbəyaxa oldu

2025-10-10 18:16:00

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib.

“Pıçıldaşır ləpələr” adlı konsert baş tutub

2025-10-10 16:39:00

8 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Pıçıldaşır ləpələr" adlı konsert baş tutub. 

Xalq artisti Əminə Yusifqızı dəfn edildi

2025-10-10 16:15:00

Xalq artisti Əminə Yusifqızı dəfn edilib.

Əminə Yusifqızının ən son görüntüsü

2025-10-10 16:08:00

Xəbər verdiyimiz kimi, Xalq artisti Əminə Yusifqızı vəfat edib.

“Ay bəri bax” adlı instrumental ansamblının konserti keçirildi FOTO

2025-10-10 16:06:00

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Ay bəri bax" adlı instrumental ansamblının konserti keçirildi.

Nəvəsi Əminə Yusifqızından danışdı: "Bunu sevməzdi" FOTO

2025-10-10 13:53:00

"Hamı üçün Əminə Yusifqızı idi, bizim üçün isə doğma insan idi".

Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir FOTO

2025-10-10 11:55:00

Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.

Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

2025-10-10 09:44:00

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.

14 yaş kiçik qardaşını bıçaqlayıb öldürdü Lənkəranda qətl

2025-10-09 21:05:00

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qardaş xəstəxanada ölüb.